Filialda payız semestrinin imtahanları uğurla davam edir

Çap

11.01.17 12:59 ərzində olan dəyişikliklər Yazan Manager 11.01.17 12:57

 

Filialda payız semestrinin imtahanları uğurla davam edirADPU-nun Şəki filialında artıq 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlamışdır. İmtahan sessiyasının uğurla keçməsi üçün hazırlıq işlərinə vaxtında başlanmış, lazımi işlər həyata keçirilmiş, Elmi Şuranın 14 dekabr 2016-cı il tarixli iclasında hazırlığın vəziyyəti müzakirə edilmiş, müvafiq qərar qəbul edilmiş, məsələ filial direktorunun müvafiq əmri ilə rəsmiləşdirilmişdir. Əmrə əsasən, imtahan

komissiyası, imtahanda yarana biləcək şikayət və narazılıqların operativ həll edilməsini təmin etmək məqsədi ilə münaqişə komissiyası, “İmtahan qərargahı” yaradılmış, müvafiq otaqlar ayrılmışdır. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə valideynlərin və ictimaiyyətin, KİV-in imtahanlarda iştirak etməsi rəhbərlik tərəfindən diqqət mərkəzində saxlanılır. Əmrdə nəzərdə tutulan məsələlərdən biri də valideynlərin və KİV-in imtahanların gedişini izləyə bilməsi üçün müvafiq şəraitin yaradılmasıdır.  Filial direktoru dos.Rafiq Rasulov imtahanların gedişi ilə mütəmadi olaraq maraqlanır və imtahan otaqlarında gedişi izləyir. Filialın tədrisi Zaqatala şəhərində təşkil olunan tələbələrinin də obyektiv imtahan vermələri üçün  lazımi şərait yaradılmışdır. İndiyədək iki nəfər tələbə imtahan nəticəsi ilə bağlı münaqişə komissiyasına ərizə ilə müraciət etmiş və onların məsələsinə komissiyada baxılmışdır.