AMİ-NIN ŞƏKİ FİLİALININ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ

Çap

Azərbaycan Müəllimlər İnstitutu-nun Şəki filialının Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar Təşkilatı

 Müasir cəmiyyətimizin sosial orqanizmində təşkilatlanmanın mühüm rolu vardır. Bu təşkilatlanma insanların dövlətin həyatında və sosial  struktur tərkibində fəal mövqe tutmasına gətirib çıxarmışdır. Belə təşkilatılardan biri də həmkarlar təşkilatıdır. Həmkarlar təşkilatıarı cəmiyyətin müxtəlif sahələrinin tərəqqisində aparıcı mövqe tutmaqdadırlar. Ümummilli liderimiz H.Əliyevin Azərbaycana siyasi rəhbərliyi dövründən başlamış bu günümüzün özündə də möhtərəm Prezidentimiz İ.Əliyevin gərgin və məqsədyönlü səyləri nəticəsində bu təşkilatların nüfuzu yüksəlmiş, onların fəaliyyətini tənzimləyən, səlahiyyət və hüquqlarını müəyyən edən normativ-hüquqi baza təkmilləşdirilmişdir.

AMİ-nin Şəki filialının Həmkarlar İttifaqı Komitəsi 176 nəfər, Tələbə Həmkarlar Təşkilatı isə 803 nəfər professor, müəllim, texniki-işçi və tələbə kollektivini özlərində birləşdirirlər. Dövlər qeydiyyatından keçmiş dairəvi möhürə, künc ştampına malikdir. Komitənin və Tələbə Həmkarlar Təşkilatının fəaliyyəti demokratik prinsiplər əsasında qurulmaqla, fikir plüralizminə, hüquqların bərabərliyinə və hər bir üzvün fikrinə hörmətlə ynaşma prinsipləri əsasında qurulmuşdur. Komitənin sədri-filialın baş müəllimi Tahir Məhərrəm oğlu Məhərrəmov, Tələbə Həmkarlar Təşkilatının sədri isə filialın tələbə şöbəsində mütəxəssis vəzifəsində işləyən İradə Mahir qızı Hacinəbiyevadır. Analıq məzuniyyətində olduğu üçün iradə Hacınəbiyevanı müvəqqəti olaraq filialın ƏTMX kabinetinin metodisti İlhamə Nəsib qızı Şərifova əvəz edir. Həmkarlar Təşkilatının Əsasnaməsini qəbul edən hər bir müəllim, texniki-içşi və tələbə onun üzvü ola bilər. Bu üzvlər təşkilatın rəhbər orqanlarını seçmək, onlara seçilmək, təşkilatın fəaliyyətinə aid olan bütün məsələlərin müzakirəsində sərbəst iştirak etmək, onun müdafiəsindən istifadə və tədbirlərində iştirak etmək, üzvlüyünü dayandırmaq, həmçinin təşkilatdan çıxmaq hüquqlarına malikdirlər. Həmçinin onlar Əsasnamənin müddəalarına əməl etməyə, onun rəhbər orqanlarının qərarlarını yerinə yetirməyə borcludurlar. Bu iki ictimai təşkilat filialda tədris ilinin əvvəlində  dərs bölgüsündə yaz və payız imtahan sessiyalarının gedişində yaxından iştirak edir, müəllim texniki işçi və tələbələrinin hüquqlarının müdafiəçisi kimi fəaliyyət göstərirlər. Bu təşkilatların rəhbər orqanları komitə, konfrans və idarə heyətidir. Təşkilata operativ nəzarət 9 nəfər üzvü olan idarə heyyəti tərəfindən həyata keçirilir. Filialın bütün qruplarında qrup tələbə həmkarlar təşkilatının sədrləri və fəalları fəaliyyət göstərirlər.

AMİ-nin Şəki filialının Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar Təşkilatı kollektivin təşkilatlanması ilə yanaşı onun idarəetmə vərdişlərinə yiyələnməsində böyük və mühüm əhəmiyyət kəsb edirlər.

Hər iki təşkilat filialımızın və Şəkimizin ictimai həyatında fəal iştirak edir.