TƏSƏRRÜFAT ŞÖBƏSİ

Çap

YUNUSOV ƏLƏHMƏD SADƏDDİN OĞLU

Yunusov-Elehmed.jpgMühəndis müəllim, təsərrufat müdiri

QISA BİOQRAFİK MƏLUMAT

1942-ci il Şəki şəhərində anadan olub.
1949-cu ildə Şəki 11 saylı orta məktəbdə təhsil almışdır. 1962-ci ildə Azərbaycan Neft Kimya (indiki Neft akademiyası) institutuna qəbul olunub, 1968-ci ildə həmin institutun “Energetika”fakültəsini bitirmişdir.
1968-ci ildə Şəki Elektrik Şəbəkəsində növbətçi-mühəndis vəzifəsində işləmiş, 1981-ci ildə Şəki 43N-li Texniki Peşə məktəbinə “Materialşünaslıq” “Xüsusi texnologiya” “Texniki-rəsmxət” “Bayraq-istesalatı texnologiyası” fənləri üzrə müəllim vəzifəsində çalışmışdır.
1983-cü ildə Dövlət Texniki-Peşə Təhsili komitəsinin qərarına əsasən “Tədris-istehsalat işləri üzrə direktor müavini, 1991-ci ildə Azərbaycan Respublikası Xalq təhsili Nazirliyinin əmrinə əsasən Şəki 43N-li Texniki-Peşə məktəbinə direktor təyin edilmişdir.
1997-ci ildə BDU-nun Şəki filialının inzibati və təsərrüfat işləri üzrə direktor vəzifəsinə təyin edilmişdir.
2000 - ci ildən etibarən Azərbaycan Müəllimlər İnstitutunun təsərrüfat şöbəsinin müdiri vəzifəsini icra edir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1984-cü il fevral ayında ixtisası üzrə aylıq ixtisasartırma kursunda olmuşdur.
1985-ci il may ayında Leylinqrandda rəhbər işçilərin peşə təhsili işçilərin aylıq ixtisasartırma kursunda olmuşdur.

ƏMƏK FƏALİYYƏTİ

1968 - ci ildə Şəki Elektrik şəbəkəsində mühəndis.
1970 - ci ildə Şəki 43 saylı Texniki peşə məktəbində mühəndis-müəllim.
1983 - cü ildə Şəki 43 saylı texniki-peşə məktəbində tədris və istehsalat işləri üzrə direktor müavini.
1991 - ci ildən Şəki 43 saylı Texniki-peşə məktəbində direktor.
1997 - ci ildə BDU-nun Şəki filialında inzibati və təsərrüfat işləri üzrə direktor müavini.
2000 - ci ildən AMİ-nin Şəki filialında təsərrüfat işləri üzrə direktor müavini.
2008 - ci ildən AMİ-nin Şəki filialında təsərrüfat müdiri.

TƏDQİQAT SAHƏSİ

Tələbələrin Əmək təliminin müasir tələblər əsasında təşkili problemləri.
Təsərrüfat şöbəsində 28 işçi var.