KİTABXANA

Çap

MİRZƏYEVA TÜRKAN ZƏFƏR QIZI

 
Mirzəyeva TürkanAMİ-nin Şəki filialının kitabxanasında direktor
 
QISA BİOQRAFİK MƏLUMAT

1987-ci il fevralın 10-da Şəkidə anadan olub. 1994-2000-ci illərdə Şəki şəhər 19 saylı orta məktəbdə, 2000-2005-ci illərdə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə orta təhsil almışdır.  2005-2009-cu illərdə Bakı Dövlət Universitetini bitirmişdir. 2009-cu ildən AMİ-nin Şəki filialının kitabxanasında çalışır. Ailəlidir. 1 övladı var. YAP-ın üzvüdür.

ƏMƏK FƏALİYYƏTİ

2009-cu il dekabrın 1-ində AMİ-nin Şəki filialının kitabxanasında kitabxanaçı işləmişdir.
2011-ci ilin yanvarın 21-dən AMİ-nin Şəki filialının kitabxanasında kitabxana müdiri vəzifəsində çalışır.

ƏMƏKDAŞLAR

Mirzəyeva Türkan Zəfər qızı - kitabxana müdiri
İsmayılova Gülnaz Əhəd qızı - böyük kitabxanaçı
Ədilova Səlamət Eldar qızı - böyük kitabxanaçı
Əkbərova Afaq Vaqif qızı - kitabxanaçı
Süleymanzadə Ətrabə Dilavər qızı - biblioqraf

KİTABXANANIN TARİXİ VƏ FƏALİYYƏTİ

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının kitabxanası respublikanın ali məktəb kitabxanalarından biridir.
Kitabxana 30 sentyabr 1991-ci ildən,2000-ci ilədək BDU-nun kitabxanası kimi, 13 iyun 2000-ci ildən isə AMİ-nin Şəki filialının kitabxanası kimi fəaliyyət göstərir.
Kitabxananın fondunda Azərbaycan, Rus, Türk, İngilis və Fransız dillərində 14550-dan yuxarı kitab saxlanılır. Bunlardan 8577 ədəd kiril, 5369 ədəd isə latın qrafikası ilə olan kitablardır. Kitabxanaya 604 ədəd kitab hədiyyə olunmuşdur.
2008-ci ildən kitabxanada elektron kataloq yaradılmağa başlamışdır. Kitabxanada görülmüş bütün işlər haqqında elektron məlumat hazırlanır. 2011-ci ildən oxucularımız kitabxanada internetdən istifadə edirlər.
Kitabxana yaradılan mədəni sərvətləri, informasiya resurslarını toplayır və qoruyur, eyni zamanda onların istifadəsini, yayımlanmasını təmin edir.

KİTABXANANIN FONDU ZƏNGİNLƏŞİR

Tarix: 12.05.11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitablarla kitabxananın fondu zənginləşir.