Fəxrİ lövhə

Elmlər doktoru - 4 nəfər
Fəlsəfə doktoru - 17 nəfər
Professor - 3 nəfər
Dosent - 6 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 38 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

KEÇİDLƏR

Statistika

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2636
mod_vvisit_counterDünən3070
mod_vvisit_counterBu həftə8658
mod_vvisit_counterKeçən həftə12174
mod_vvisit_counterBu ay37945
mod_vvisit_counterKeçən ay58570
mod_vvisit_counterCəmi2950879

Sizin İP: 54.159.238.28
 , 
Tarix: Yan. 19, 2017

Tərcümə et

English Russian

ƏLAVƏ TƏHSİLƏ METODİKİ XİDMƏT KABİNETİ

PDF faylını alÇapE-poçt

ƏSMAYƏ ƏKBƏROVA BƏXTİYAR QIZI

Ekberova-Esmaye.jpgFransız dili müəllimi, baş müəllim,“Əlavə Təhsilə Metodiki Xidmət” kabinetinin müdiri.
QISA BİOQRAFİK MƏLUMAT
1947-ci il, aprel ayının 25-də Şəki şəhərində anadan olub. Əvvəl şəhər 10 saylı orta məktəbi, 1962-66-ci illərdə Şəki Pedaqoji texnikumunu, 1966-71 ci illərdə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunun Fransız dili fakultəsini bitirib. 1972-97-ci illərdə Şəki 12-20 saylı orta məktəblərdə Fransız dili müəllimi, 1994-cü ildən paralel olaraq “Bakı Müəllimləri Təkmilləşdirmə və İxtisasınıartırma İnstitutu” nun Şəki filialında metodist vəzifəsində çalışmışdır. 2000-ci ildə Fransanın Azərbaycandaki səfirliyi tərəfindən Fransanın Berakson şəhərinə ixtisasartırmaya göndərilmişdir. 2003-2006-cı illərdə Amerika Dövlət Departamentinin (İREX) həyata keçirdiyi “Müəllim hazırlığının və orta təhsilin yeni prespektivləri” adlı 3 illik layihənin qalibi və iştirakçısı olmuşdur. Azərbaycanın “Fransız dili müəllimləri assosiasiyasının” üzvüdür. Hazırda Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Əlavə təhsilə metodiki xidmət” kabinetinin müdiri, bakalavr pilləsində fransız dili müəllimidir. 44 il iş stajı var. Dillər kafedrasının “Baş müəllim”idir. 2009-2010-ci ilin sentyabr ayında "Fransa Milli Təhsil Nazirliyi"nin diplomu, (Fransa səfirliyi tərəfindən) "Palmes Académiques" medalı ilə mükafatlandırılmış və  Təhsil kavalleri rütbəsini qazanmışdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI.

1966-cı ildə Şəki pedaqoji texnikumunu bitirib.
1971-ci ildə M.F.Axundov adına Xarici Dillər İnstitututnun Fransız dili fakultəsini bitirib.
“Baş müəllim”dir.

ƏMƏK FƏALİYYƏTİ

1972-ci ildə şəhər 12 saylı orat məktəbdə fransız dili müəllimi.
1974-2007-ci illərdə 20 saylı orta məktəbdə fransız dili müəllimi,
1994-cü ildən indiyə kimi Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəlcə metodist, sonra isə “Əlavə təhsilə metodiki xidmət” kabinetinin müdiri və “Bakalavr” pilləsində fransız dili müəllimi vəzifəsində çalışır.

BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

2005, 14-15 aprel. Bakı. “Tərcümə və Transmilli Proseslər” mövzusunda Beynəlxalq Elmi Konfrans. (ADU.)
2008, 27 noyabr. Bakı. “Azərbaycan cəmiyyətinin müasir mərhələsində gənclərin əxlaqi tərbiyəsinin xüsusiyyətləri” mövzusunda Respublika Elmi Konfransı. (AMİ.)
2009, 30 aprel. Bakı. “Müasir şəraitdə yaşlıların təhsili: problemlər və prespektivlər” mövzusunda Respublika Elmi Konfransı.
2003-2006-cı illərdə Akademik Dövlət Departamentinin (İREX)-in həyata keçirdiyi "Müəllimlər hazırlığı və orta təhsilin yeni perspektivləri" adlı üçillik layihənin qalibi və dərslik müəlliflərindən biri.
2013-2014-cü illərdə "Tərcümə və onun istiqamətləri" mövzusunda Beynəlxalq Elmi Konfrans (ADU).

BEYNƏLXALQ SEMİNARLARDA İŞTİRAKI VƏ ALDIĞI SERTİFİKATLAR.

1999, avqust. Bakı. Fransa səfirliyi.
1999, noyabr. Bakı. Fransa səfirliyi.
1999, 17 dekabr. Bakı. Fransa səfirliyi.
2000, 14 aprel . Bakı. Fransıa səfirliyi.
2000, iyul-avgust. Bakı. Fransa-Bezanson “Beynəlxalq Dilçilik Mərkəzi.”(CLA)
2001, 11 iyun. Bakı. Fransıa səfirliyi.
2004 - 2006, Bakı. 3 illik fəaliyyət. ABŞ səfirliyi tərəfindən həyata keçirilmiş layihə.(İREX)
2007, 28 iyul. Bakı. Fransa səfirliyi.
2008, 21 iyul. Bakı .Fransa səfirliyi.
2005, 14,15 aprel. Baki. ADU.
2008, aprel. Baki. AMİ.
2008, Bakı Fransa səfirliyi
2009, 30 aprel. Baki. AMİ.
2010, Fransa. Diplom və medal.
2011, İyun. Fransa səfirliyi
2012, İyun Fransa səfirliyi.

SEÇİLMİŞ ƏSƏRLƏRİ ELMİ-METODİK MƏQALƏLƏRİ

1. 2003, Bakı. « Təhsilin humanistləşdirilməsi və pedaqoji kadrların ixtisasının artırılması məsələlərinə müasir baxış” Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər №3.
2. 2004, Bakı. “Azərbaycan - Fransa ədəbi əlaqələri”. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Bakı. Tədqiqlər №3.
3. 2006, Bakı. “Kiçik yaşlı məktəblilər” üçün yazılmış Azərbaycan mahnılarının fransız dilində səslənmə variantları. Elmi-metodik və bədii-publisist jurnal “Le Français en Azerbaidjan”. № 2-3.
4. 2007, Bakı. “Xarici dil dərslərində yeni təlim texnalogiyalarından istifadə.” Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri. №3.
5. 2008, Bakı. “La Francophonie en Azerbaidjan, `a Cheki ” Elmi – metodik və bədii publisist jurnal. №1.
6. 2009, Bakı. “Andraqoq yaşlıların təhsilinin təşkilatçısı və animatorudur.” Respublika Elmi Konfransının materialları.
7. 2009, Bakı.“Fransız dili frazeoloji birləşmələrinin Azərbaycan dilində səslənmə variantları”.“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” adlı Ali məktəblərarası elmi məqalələr məcmuəsi. N1.
8. 2010, "La Francophonicen Azerbaidjan" jurnalı. "Fransız dilinin tədrisi metodikası"
9. 2011, "Şəki filialında fransız dilinin tədrisi yolları"
10. 2012 " Frazeoloji birləşmələrin Azərbaycan və fransız dilində səslənmə variantları" , "Təhsil Problemlləri qəzeti"
11. 2014. 22 yanva. "Bədii tərcümənnin yolları. (ADU)
12. 2015. "Gənclərin asudə vaxtlarının təşkili". (ADU)

TEZİSLƏRİ

2005, Bakı. “Poeziya tərcüməsinin xüsusi problemləri.” “Tərcümə və transmilli proseslər ” adlı Beynəlxalq Konfrans. Azərbaycan Dillər Universiteti. Tezislər toplusu.
2008, Bakı. “Müasir Azərbaycan gəncliyi: dövlətçilik və siyasət” adlı Respublika Elmi Konfransının tezisləri. AMİ.
2009. Bakı. AMİ "Andraqogikanın tədqiq sahələri" tezis. Elmi Konfrans.
2014. Bakı. ADU "poetik tərcümə prinsipləri" tezis. Elmi konfrans.

KİTABLAR

1. « İnteraktiv kurrikulum : mahiyyəti və nümunələr » müəllim üçün vəsait . Bakı. İREX. Model 3. 0,8 ç.v.
2. Fransız dilindən tərcümələr. Şer toplusu. Bakı. 2005. Beynəlxalq Elm mərkəzi.
3. Proqram. Bakalavrlarda Fransız dilinin tədrisi" 2011, aprel
4. Proqram. Bakalavr pilləsində "Fransız dilinin nəzəri qramatikası". 2014 oktyabr.
5. Proqram. Bakalavr pilləsində "Fransız dilinin leksikologiyası". 2014 oktyabr.
6. Proqram.Bakalavr pilləsində "Fransız dilinin üslubiyytaı". 2015 yanvar.

“ƏLAVƏ TƏHSİLƏ METODİKİ XİDMƏT” KABİNETİ HAQQINDA MƏLUMAT.

“Əlavə Təhsilə Metodiki Xidmət” kabineti Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının direktorunun 01 noyabr 2006-cı il, 87.35 saylı əmri ilə fəaliyyətə başlamışdır.
Kabinetin strukturuna 5 nəfər daxildir:
1. Kabinetin müdiri : Əkbərova Əsmayə Bəxtiyar qızı, baş müəllim.
İxtisası : Fransız dili müəllimi.
2. Kabinetin metodisti : Şirəliyeva Sevil Əhməd qızı:
İxtisası : İbtidai təhsilin pedaqogikası və metodikası.
3. Kabinetin metodisti : Şərifova İlhamə Nəsib qızı.
İxtisası : Rus dili.
4. Kabinetin metodisti : Abdulkərimova Məhəbbət Fikrət qızı.
5. Operator : Kərimova Sevinc Elxan qızı
İxtisası : kompyuter mütəxəssisi.

KABİNETİN FUNKSİYALARI

Kabinetin Əsasnaməsinə uyğun olaraq iş planı hazırlamaq;
kabinetin fəaliyyyətini tənzimləyən sənədləri əldə etmək və öyrənmək;
Kabinetin nəzdində “Metodiki" şura yaratmaq.
islahatın əsas mahiyyətini və əsas prinsiplərini kurs müddəti və kursarası vaxtlarda müəllimlərə izah etmək;
kursarası dövrlərdə ixtisasartırmaya olan tələbatları üzə çıxarmaq;
qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənmək və metodmərkəzlərlə birgə əməli iş aparmaq;
qabaqcıl təcrübə ünvanını ümumiləşdirib mətbuata çıxartmaq;
tədris prosesində müxtəlif forma, metod və təlim vasitələrinin uğurlu tətbiqi üçün müəllimlərə yaxından köməklik göstərmək;
ixtisasartırma təhsilindən qayıtmış müdavimlərin pedaqoji kollektivdə çıxışlarını təşkil etmək;
pedaqoji mətbuatda məqalələrlə çıxış etmək;
fəal təlim üsullarının reallaşdırılmasına aid dərs kurrikulumları hazırlamaq;
pedaqoji kadrların şəxsi təhsillərinin düzgün istiqamətləndirilməsinə köməklik göstərmək;
yerlərdə təhsilin vəziyyətini öyrənmək, müşahidə olunan çatışmazlığı aradan qaldırmaq üçün məktəblərə reydə çıxmaq;
ixtisasartırmaya cəlb edilmiş müəllimlərlə giriş və yekun anket-sorğu keçirmək;
yenidənhazırlanma və ixtisasartırma ilə bağlı problemlərin həllinə çalışmaq;
yenidənhazırlanma və ixtisasartırma kurslarının fəaliyyəti müddətində kabinet əməkdaşlarının dərs demələrini tənzimləmək;
məşğələlərin gedişində ümumtəhsil məktəblərinin qabaqcıl müəllimlərinin açıq dərslərinin video-kasetlərini nümayiş etdirmək;
məktəblərdə keçiriləcək açıq dərslərdə kurs müdavimlərinin iştirakını təmin etmək.

KABİNETİN FƏALİYYƏTİ

Kabinetin əməkdaşları hər il öz fəaliyyətlərini direktor tərəfindən təsdiqlənmiş iş plani əsasında yerinə yetirirlər. Kabinetin idarəedici orqanı “Metodiki şura"dır. Ayda bir dəfə əməkdaşlar şura qarşısında gördükləri işlər haqqında hesabat verirıər. Müddət ərzində 13 nəfər qabaqcıl müəllimin pedaqoji təcrübəsi öyrənilib, pedaqoji mətbuata 2 nəfərin - Musayeva Ədalət (10), Məmmədova Adilə (10) Respublika miqyasında iş təcrübəsi yayılıb, çıxarılmışdır. İxtisasartırmaya cəlb edilmiş müəllimlərlə səmərəli iş aparmaq məqsədilə bütün kurslarin ilk günü onlarla giriş, sonunda isə yekun sorğular keçirilir. Sorğular anonim keçirildiyindən dinləyicilər öz irad və təkliflərini açıq yazmaqdan çəkinmirlər. Bu isə gələcək fəaliyyətimizdə bizə çox fayda verir. Məşğələləri Müasir Təhsil sisteminin tələbləri əsasında qurmağa çalışırıq. Bu məqsədlə dərs demək üçün Beynəlxalq sertifikatlı, elmi dərəcəli müəllimlərdən ibarət güclü potensial yaradırıq. Yeri gəldikcə ümumtəhsil məktəblərinin qabaqcıl müəllimlərinin dərslərindən çəkilmiş video-kasetləri nümayiş etdiririk. İşimizi daim Şəki Təhsil şöbəsi ilə sıx əlaqədə qurur, metodmərkəzlə birgə əməli iş aparırıq. Çalışırıq ki, müasir təhsil və müasir təlim metodları məktəblərə yol tapsın. Kurikulum islahatı təhsildə öz səmərəsini versin və müəllimlərimizin hər biri təhsildə olan irəliləyişləri öyrənmək üçün treninqlərdə iştirak etsinlər.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Çalışmaq həyat, düşünmək işıqdır. V.HÜQO

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

Əla - 49.5%
Yaxşı - 17.2%
Qənaətbəxş - 14%
Bəyənmədim - 19.3%

Nəticə: 430
The voting for this poll has ended on: 19 Dek. 2016 - 00:00

QALEREYA

KEÇİDLƏR

 

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp