Fəxrİ lövhə

Elmlər doktoru - 4 nəfər
Fəlsəfə doktoru - 22 nəfər
Professor - 2 nəfər
Dosent - 9 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 50 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Noyabr 2016 >
Bz Ç Ç Cm C. Ş Bz
  1 2 3 4 5 6
8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        

KEÇİDLƏR

Statistika

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1041
mod_vvisit_counterDünən3138
mod_vvisit_counterBu həftə20723
mod_vvisit_counterKeçən həftə27513
mod_vvisit_counterBu ay102360
mod_vvisit_counterKeçən ay97740
mod_vvisit_counterCəmi3479317

Sizin İP: 54.162.91.86
 , 
Tarix: May 28, 2017

Tərcümə et

English Russian

II Azərbaycan Elm Festivalı - ADPU-nun Şəki filialının direktoru r.e.d., dos. Rafiq Rasulov

PDF faylını alÇapE-poçt

 

ADPU-nun Şəki filialının direktoru r.e.d., dos. Rafiq RasulovHörmətli Elxan müəllim!
Hörmətli Fəxrəddin müəllim!
Hörmətli mərasim iştirakçıları, dəyərli və əziz qonaqlar!
Xanımlar və cənablar!
Bir neçə gün bundan əvvəl 31 oktyabr tarixdə II Azərbaycan Elm Festivalının Bakıda, Milli Elmlər Akademiyasında təntənəli açılış mərasimi ilə öz 

işinə başlaması Azərbaycanda çox mühüm hadisə, elm adamlarına və elmin inkişafına dövlətimizin göstərdiyi qayğı və diqqətin təzahürüdür. 

Bu yolun başlanğıcı müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Ulu öndərin siyasi hakimiyyəti dövründə elm tutumlu sahələr inkişaf yoluna qədəm qoymuş, elmin yeni infrastruktur sahələri yaranmış, yüksək keyfiyyətli elmi kadrlar hazırlanmışdır.
İki il bundan əvvəl 2014-cü ilin 10-11 noyabr tarixlərində ilk dəfə keçirilmiş Bakı Elm Festivalı öz miqyasını genişləndirərək ümumrespublika miqyaslı möhtəşəm elmi hadisəyə çevrilmişdi. Bu festivalın respublikamızın bir sıra iri şəhərləri ilə yanaşı, ölkəmizin tarixi və mədəni mərkəzlərindən biri olan Şəkidə də keçirilməsi biz şəkililər üçün fərəh və qürur doğuran hadisədir.
Dünya elminə böyük simalar bəxş etmiş Azərbaycanda son 10 ildə elm sektorunun inkişafına investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artmış, elm və elmi fəaliyyət çoxcəhətli və çoxfunksiyalı insan fəaliyyəti sahəsi kimi dövlətimizin dəyər verdiyi prioritet sahəyə çevrilmişdir.
09 avqust 2016-cı ildə isə ölkə başçısı cənab İlham Əliyevin “Elm haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq etməsi ölkəmizin elm tarixində mühüm hadisə olmuşdur. Heç şübhəsiz, mükəmməl hazırlanmış bu qanun elmi fəaliyyət sahəsində mükəmməl qanunvericilik bazası yaratmışdır və gələcəkdə vətəndaşlarımızın rifahının və elmi səviyyəsinin yüksəldilməsində, dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu bir daha sübuta yetirəcəkdir. Dünyanın ən müdrik və intellektli xalqlarından olan Azərbaycan xalqı tarixən həmişə elmə və elm adamlarına, onların fədakar əməyinə yüksək qiymət vermişdir.
Hörmətli festival iştirakçılasrı!
Zəmanəmizdə iqtisadiyyat, sənaye, elm, səhiyyə, təhsil və mədəniyyətin bir çox sahələrində olduğu kimi, ictimai həyatın və praktikanın digər sahələrində də elmi və texnoloji innovasiyalar sürətli inkişaf yoluna qədəm qoymuşdur. Həmin sahələrin ümumdünya rəqabət mühiti şəraitində bazar iqtisadiyyatının tələblərinə uyğun inkişaf yolu, heç şübhəsiz, yüksək ixtisaslı elmi kadr hazırlığından keçir. Bu cəhəti elmin və təhsilin inkişafında prioritet hesab edən cənab prezident İlham Əliyev elmlə təhsilin inteqrasiyası, ali məktəblərdə elmlərin inkişafı elm və təhsil mərkəzlərinin yaradılması, elmdə qocalma tendensiyalarının aradan qaldırılmasını dövlətimizin elm və təhsil siyasətinin strateji hədəfləri kimi elan etmişdir.
Cənab İlham Əliyev 2015-ci ilin noyabrında AMEA-nın yaradılmasının 70 illik yubileyindəki nitqində demişdir: “Mən çox istəyirəm Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər.
Hörmətli festival iştirakçıları!
Bu möhtəşəm açılış mərasimində Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin inkişafına dəyərli töhfələr vermiş qədim və müasirləşən Şəkinin layiqli ziyalıları, elm adamları, təhsil və mədəniyyət işçiləri iştirak edirlər.
Dövlətimizin elm və təhsil sahəsindəki siyasətini , bu sahədə qarşımızda qoyulan vəzifələrin məsuliyyətini yaxşı dərk edirik. Artıq 25 ilə yaxındır ki, Şəkidə ali məktəb fəaliyyət göstərir. Milli müstəqilliyimizin yaşıdı olan və hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı adlanan bu təhsil müəssisəsində ötən qısa müddət ərzində çox işlər görülmüş, kadr potensialı formalaşdırılmış, maddi-texniki bazanın yaxşılaşdırılması , tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində bir sıra uğurlu nəticələr əldə olunmuşdur. Hazırda filialımızda baklavriat pilləsində 8 ixtisas üztə 1113 nəfər tələbə təhsil alır. Professor-müəllim heyəti tərkibində çalışan 136 nəfərin 7 nəfəri elmlər doktoru, 23 nəfəri isə fəlsəfə doktorudur. Əməkdaşlarımızdan 34 nəfəri magistr elmi ixtisas dərəcəsinə malikdir. 16 nəfər isə AMEA-nın müxtəlif sahə institutlarının və digər ali təhsil müəssisələrinin doktorantura və dissertanturalarında təhsillərini davam etdirirlər. Son 5 ildə əməkdaşlarımız tərəfindən 4 dərslik, 22 dərs vəsaiti və metodik vəsait, 200-dən artıq elmi və elmi-metodik məqalə yazılaraq çap etdirilmişdir. Elmi fəaliyyəti tədris fəaliyyəti ilə inteqrasiyada həyata keçirən əməkdaşlarımız xaricdə və ölkə daxilində keçirilən beynəlxalq və respublika elmi konfranslarında ardıcıl iştirak edirlər. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın elm məbədi olan AMEA-nın bir bölməsinin də Şəkidə fəaliyyət göstərməsi bu ərazidə elmi potensialın daha da güclənməsinə və inkişaf etməsinə münbit şərait yaradır. Filialımızın professor-müəllim heyəti öz elmi fəaliyyətini bu müəssisə ilə qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində qurur. Bütün bu nailiyyətlərimizin əldə olunmasında isə biz elm adamlarına göstərilən yüksək qayğı və diqqətin rolu olduqca böyükdür. Fürsətdən istifadə edib filialımızın professor-müəllim heyəti adından bu möhtəşəm festivalın Şəkidə keçirilməsinə göstərdiyi dəstəyə görə hörmətli icra başçımız cənab Elxan Usubova, festivalın keçirilməsində rolu olan bütün təşkilatlara öz dərin minnətdarlığımızı ifadə etmək istəyir və bütün festival iştirakçılarına uğurlar diləyirəm. Diqqətinizə görə sağ olun.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Çox yeməkdən özünü qoru, çünki bədənin sağlamlığına və ağla ziyan vurur. ABBASQULU AĞA BAKIXANOV

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

Əla - 49.5%
Yaxşı - 17.2%
Qənaətbəxş - 14%
Bəyənmədim - 19.3%

Nəticə: 430
The voting for this poll has ended on: 19 Dek. 2016 - 00:00

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp