Fəxrİ lövhə

Elmlər doktoru - 4 nəfər
Fəlsəfə doktoru - 17 nəfər
Professor - 3 nəfər
Dosent - 6 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 38 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Noyabr 2016 >
Bz Ç Ç Cm C. Ş Bz
  2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        

KEÇİDLƏR

Statistika

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1188
mod_vvisit_counterDünən2717
mod_vvisit_counterBu həftə3905
mod_vvisit_counterKeçən həftə16425
mod_vvisit_counterBu ay46483
mod_vvisit_counterKeçən ay63210
mod_vvisit_counterCəmi3022627

Sizin İP: 184.73.17.193
 , 
Tarix: Fev. 21, 2017

Tərcümə et

English Russian

Şəkidə akademik, əməkdar elm xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunub

PDF faylını alÇapE-poçt

 

Şəkidə akademik, əməkdar elm xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunubDünya şöhrətli riyaziyyatçı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məcid Rəsulovun anadan olmasının 100 illiyi oktyabrın 28-də onun doğulduğu Şəki şəhərində təntənə ilə qeyd olunub.
Yubiley tədbiri Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət

Pedaqoji Universiteti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə tanınmış elm xadimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, o cümlədən ADPU-nun Şəki filialının professor-müəllim heyəti iştirak ediblər.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəki Şəhər İcra Hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra Şəki şəhərində, Məcid Rəsulovun adını daşıyan küçənin girişində görkəmli alimin xatirə lövhəsinin açılışı olub. Mərasimdə çıxış edənlər XX əsrdə xalqımızın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən olan Məcid Rəsulovun Azərbaycanda riyaziyyat elminin inkişafındakı xidmətlərindən danışıblar.
Yubiley tədbiri Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilib.Tədbiri Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Azərbaycanın elm tarixində özünəməxsus yeri olan akademik Məcid Rəsulovun 100 illik yubileyinin onun anadan olduğu Şəki şəhərində keçirilməsinin şəhərin elmi və ictimai həyatında əlamətdar hadisə olduğunu, Azərbaycanda elmin inkişafının dövlətin daim diqqət mərkəzində durduğunu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi olaraq vurğulayıb və bildirib ki, cəmiyyətin inkişafında elm xadimlərinin rolu böyükdür. Məhz bu baxımdan dövlətimiz tərəfindən elm adamlarına həmişə böyük diqqət və qayğı göstərilir, onların xatirəsi əziz tutulur. Elxan Usubov qeyd edib ki, ölkəmizin ən qədim və gözəl şəhərlərindən biri olan Şəki Azərbaycan elminin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb, ölkəmizin elm və təhsil tarixinə böyük şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də akademik, Əməkdar Elm Xadimi, fizika-riyaziyyat elmləri doktoru Məcid Rəsulovdur. 1916-cı il iyulun-6 da Şəkidə anadan olan Məcid Rəsulovun çox ağır uşaqlıq illəri, sürgün həyatı, müharibə fəlakəti onun elmə və təhsilə marağını dəyişə bilməyib. Çətin, lakin şərəfli həyat yolu keçən Məcid Rəsulovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və o, bir çox fəxri adlara layiq görülüb.
Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri, AMEA-nın müxbir üzvü, riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, tarix elmləri doktoru, professor, millət vəkili Yaqub Mahmudov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov və başqaları Azərbaycanda riyaziyyat elminin inkişafına böyük töhfələr vermiş görkəmli alimin elmi fəaliyyətindən bəhs ediblər. Tədbirdə çıxış edın natiqlər qeyd ediblər ki, 1960-cı ildən Bakı Dövlət Universitetində “Ümumi riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışmağa başlayan Məcid Rəsulov 1964-cü ildə həmin kafedra əsasında “Riyazi fizika tənlikləri” kafedrasını yaradıb və ona rəhbərlik edib.Məcid Rəsulov xaricdə kitabı nəşr olunan ilk azərbaycanlı alim olub. Alimin 1964-cü ildə Moskvada nəşr edilən “Kontur inteqralı üsulu” adlı fundamental monoqrafiyası bütün SSRİ riyaziyyatçılarının stolüstü kitabı və ali məktəblərdə tədris edilən dərslik olub. 1967-ci ildə həmin monoqrafiya İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunub. Görkəmli riyaziyyatçının kitabı Hollandiya, ABŞ, Kanadada çap olunub və həmin ölkələrin ali məktəblərində indi də geniş istifadə edilir.
Sonra alimin həyatı və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Akademik Məcid Rəsulovun 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində oktyabrın 28-29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Nəzəri və tətbiqi riyaziyyatın aktual problemləri” mövzusunda respublika elmi konfransı da keçirilib. Konfranda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 30-dan çox professoru və gənc tədqiqatçılar İştirak ediblər.Konfrans öz işini iki gün davam etdirib. Konfransda riyaziyyatın ayrı-ayrı problemləri üzrə 100-dək məruzə, o cümlədən BDU-nun, Riyaziyyat İnstitutunun, ADPU-nun professor-müəllim heyətinin və gənc tədqiqatçılarının 50-dən çox məruzəsi dinlənilib.

Şəkidə akademik, əməkdar elm xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunubŞəkidə akademik, əməkdar elm xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunubŞəkidə akademik, əməkdar elm xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunubŞəkidə akademik, əməkdar elm xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunubŞəkidə akademik, əməkdar elm xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunubŞəkidə akademik, əməkdar elm xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunubŞəkidə akademik, əməkdar elm xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunubŞəkidə akademik, əməkdar elm xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunubŞəkidə akademik, əməkdar elm xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunub

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istedada malik olan nadir adamlardır. HEYDƏR ƏLİYEV.

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

Əla - 49.5%
Yaxşı - 17.2%
Qənaətbəxş - 14%
Bəyənmədim - 19.3%

Nəticə: 430
The voting for this poll has ended on: 19 Dek. 2016 - 00:00

QALEREYA

KEÇİDLƏR

 

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp