Fəxrİ lövhə

Elmlər doktoru - 4 nəfər
Fəlsəfə doktoru - 17 nəfər
Professor - 3 nəfər
Dosent - 6 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 38 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Fevral 2016 >
Bz Ç Ç Cm C. Ş Bz
1 2 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29            

KEÇİDLƏR

Statistika

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1179
mod_vvisit_counterDünən2717
mod_vvisit_counterBu həftə3896
mod_vvisit_counterKeçən həftə16425
mod_vvisit_counterBu ay46474
mod_vvisit_counterKeçən ay63210
mod_vvisit_counterCəmi3022618

Sizin İP: 184.73.17.193
 , 
Tarix: Fev. 21, 2017

Tərcümə et

English Russian

III kurs tələbələrinin pedaqoji təcrübəsinə dair məlumat

PDF faylını alÇapE-poçt

 

Pedaqoji təcrübə2015-2016-cı tədris ilinin II semestrində tədris planına müvafiq olaraq III kurs tələbələrinin pedaqoji təcrübələri başlayır.
İbtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat və informatika, Xaric dil(ingilis və fransız), Tarix - coğrafiya müəllimliyi ixtisaslarının III kurs tələbələrinin pedaqoji təcrübələri 09.02.2016-cı il tarixdən başlayaraq 01.03.2016–cı il tarixədək davam edəcək.


İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan 24 tələbə Şəki şəhər 5 və 14 saylı, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisa üzrə təhsil alan 34 tələbə 7,10 və 14 saylı, Tarix – coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan 35 tələbə Şəki şəhər Riyaziyyat-fizika və humanitar təmaüllü lisey, 7,9 və 18 saylı, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil alan 60 tələbə Şəki şəhər Riyaziyyat-fizika və humanitar təmaüllü lisey, 9, 10, 18 saylı orta, Xarici dil (ingilis və fransız dili) müəllimliyi ixtisası üzrə təhsil alan 48 tələbə Şəki şəhər Riyaziyyat-fizika və humanitar təmaüllü lisey, 9, 10, 18 və Kiş kənd 1 və 4 saylı orta məktəblərdə təcrübəyə başlayacaqdır.
İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbələri pedaqogika və psixologiyadan xüsusi tapşırıqlar yerinə yetirməli, azərbaycan dili və riyaziyyatdan nümunə olaraq 2 sınaq dərsi keçməlidirlər.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbələri pedaqogika və psixologiyadan xüsusi tapşırıqlar yerinə yetirməli, azərbaycan dili fənnindən 2, ədəbiyyatdan 2 sınaq dərsi keçməlidirlər.
Xarici dil müəllimliyi ixtisasının III kurs tələbələri pedaqogika və psixologiyadan xüsusi tapşırıqlar yerinə yetirməli, İngilis(fransız) dilindən 4 sınaq dərsi keçməlidirlər.
Riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbələri pedaqogika və psixologiyadan xüsusi tapşırıqlar yerinə yetirməli, riyaziyyat və informatika fənlərinin hər birindən 2 sınaq dərsi keçməlidirlər.
Tarix – coğrafiya müəllimliyi ixtisasının III kurs tələbələri pedaqogika və psixologiyadan xüsusi tapşırıqlar yerinə yetirməli, tarix və coğrafiya fənlərinin hər birindən 2 sınaq dərsi keçməlidirlər.
Qrup yarımqruplara bölünməklə institut əməkdaşları və əmrə daxil edilmiş metodist, məktəb müəllimləri ilə işləyəcəklər.
Bu metodistlərdən 1 nəfər rəhbərliyin icazəsi ilə həmin yarım qrupun metodist rəhbəridir.
Təcrübəçi tələbələr pedaqoji təcrübənin başlanğıc və yekun konfransında, həmçini məktəb tədbirlərində, müşavirələrdə, pedaqoji və di rektoryanı şuralarda,
metobirləşmə iclasında iştirak etməli, ekskursiya, disput, səhərcik, gecə və görüşlər keçirilməsinin təşəbbüsçüsü və iştirak çısı olmalıdırlar.
Təcrübə müddətində tələbələr məktəbin daxili nizam-intizam qay dalarına riayət edir və şagirdlərin bu qaydalara əməl etmələri üçün iş aparırlar.
Tələbələr pedaqoji təcrübə rəhbərinin, məktəb rəhbərlərinin bütün tap- şırıqlarını yerinə yetirirlər.
Pedaqoji təcrübə gün ərzində 6 saat davam edir.
I növbə- 8-dən 14-dək
II növbə- saat 12-dən 18-dəkdir
Təcrübəyə başlayandan nəzərdə tutulan bütün işlər icra olunduqca gün- dəlkdə qeyd edilir.
Təcrübəçi tələbələr müəyyən olunmuş miqdarda nümunə dərsləri keçirlər, yoldaşlarının nümunə dərsərində iştirak edir, dərslər haqqında öz fikirlərini qeyd dəftərində göstərir və bu əsasda müzakirələrdə rəylərini bildirirlər.
Qeyri müvəffəq qiymət alan şagirdlərlə əlavə məşğələ keçilər.Təcrübənin sonunda tələbələr görülmüş işlərə dair hesabat, gündəlik, sınaq dərslərini nümunəvi icmalları, protokolları və əyani vəsaitləri, keçirilmiş əxlaqi söhbətlərin mətninə aid sənədləri təhvil verməlidirlər.
Göstərilən bütün sənədlər təhvil olunmadan təcrübəçiyə müvvəfəq yekun qiymət yazılmır.
Pedaqoji təcrübədə qiymətlər komissiya tərəfindən müəyyən edilir. Bütün kurslar üzrə pedaqoji təcrübə öyrədici və tərbiyyəvi xarakterə malikdir.
Konfrans bitdikdən sonra hər bir qrup rəhbəri metodistin qrupuna aid olan sənədləri imza edib götürməsi və sənədləri bu gündən başlayaraq gündəlik doldurması xahiş olunur.
Dövlət sənədi olan jurnallar və adiyyatı olan sənədlər təcrübə yekun laşdıqdan bir həftə sonraya qədər təhvil verilməlidir.
Bu işdə hamınıza müvəffəqiyyət arzulayıram.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Övladlarınız arasında oğlanla qıza fərq qoymayın. Fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım. MƏHƏMMƏD PEYĞƏMBƏR (S. Ə. S)

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

Əla - 49.5%
Yaxşı - 17.2%
Qənaətbəxş - 14%
Bəyənmədim - 19.3%

Nəticə: 430
The voting for this poll has ended on: 19 Dek. 2016 - 00:00

QALEREYA

KEÇİDLƏR

 

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp