Fəxrİ lövhə

Elmlər doktoru - 4 nəfər
Fəlsəfə doktoru - 17 nəfər
Professor - 3 nəfər
Dosent - 6 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 38 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

KEÇİDLƏR

Statistika

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1268
mod_vvisit_counterDünən4422
mod_vvisit_counterBu həftə11712
mod_vvisit_counterKeçən həftə12174
mod_vvisit_counterBu ay40999
mod_vvisit_counterKeçən ay58570
mod_vvisit_counterCəmi2953933

Sizin İP: 54.205.209.213
 , 
Tarix: Yan. 20, 2017

Tərcümə et

English Russian

Humanitar Elmlər Kafedrası

PDF faylını alÇapE-poçt

FƏRMAN QƏHRƏMAN OĞLU İSMAYILOV

Ismayilov-FermanFəlsəfə elmləri doktoru, professor. Humanitar elmlər kafedrasının müdiri.

QISA BİOQRAFİK MƏLUMAT
1936-cı ildə Şəki rayonunun Göynük kəndində anadan olmuşdur. 1946-1956-cı illərdə Göynük kənd orta məktəbində oxumuşdur. 1957-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub. 1962-ci ildə həmin institutu “Orta məktəbdə ingilis dili və natamam orta məktəbdə Azərbaycan dili və ədəbi qiraət müəllimi” ixtisası üzrə bitirmişdir. 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutda müəllim kimi fəaliyyətə başlamışdır. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda dosent, 1978-1999-cu illərdə Azərbaycan Dövlət Universitetində dosent, 1991-2001-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında direktor, 2001-ci ildən hal-hazıra qədər Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında Kafedra müdiri və professor kimi fəaliyyət göstərir. 2012-ci ildə də o "İlin alimi" elan olunmuşdur. Tədris və elmi fəaliyyətindəki uğurlarına görə o, dəfələrlə Təhsil Nazirliyinin, BDU-nun "Fəxri Fərmanı , "Təhsil əlaçısı" döş nişanı ilə təltif olunmuşdur. Azərbaycan Prezidenti yanında İdarəetmə Akademiyasında fəaliyyət göstərən doktorluq dissertasiyası üzrə Müdafiə Şurasının üzvüdür. Ona qədər elmlər nazmizədi yetişdirmiş, çoxlu aspirantlara, o cümlədən xarici vətəndaşlara elmi rəhbərlik etmiş və etməkdədir.
Fərman İsmayılov Nəsimi rayonunun Xalq Deputatları sovetinə üç dəfə deputat seçilmişdir. Ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür. 1999-cu ildə İstanbul Universitetində üç aylıq yaradıcılıq məzuniyyətində olmuş, Mərmərə və Beykənd Universitetlərində mühazirələrlə çıxış etmişdir.
Ailəlidir, 3 övladı var.


TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1957-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olmuş və oranı 1962-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
1966-cı ildə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına qəbul olmuşdur.
1970-ci ildə Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi,alimlik dərəcəsi almışdır.
1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “İdrak nəzəriyyəsi və linqivistik təhlil”  mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır.
2004-cü ildə ona professor elmi adı verilmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1992-ci ildən 2000-ci ilədək  BDU-nun Şəki filialının direktoru vəzifəsində çalışmışdır.
2000-cü ildən hazıra kimi AMİ-nin Şəki filialında Fəlsəfə fənnini  tədris edir.
2001-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Humanitar elmlər”  kafedrasının müdiridir.
Tədris etdiyi fənn: Fəlsəfə

TƏDQİQAT SAHƏSİ:

Müasir Qərb fəlsəfi tarixi.

DƏRSLİK VƏ DƏRS VƏSAİTLƏRİ

“XX əsr fəlsəfəsinə dair oçerklər” B, 1992, 14 ç.v.
“Ziqmund Freyd”, B,1998, 13,5 ç.v.
“XX əsr Qərb fəlsəfəsi tarixi” I cild, B., “ Təhsil”, 1999, 26 ç.v.
“XX əsr Qərb fəlsəfəsi tarixi” Bakı,  II cild ,B.,”Təhsil”, 2000, 41,5 ç.v.
“Dilin metafizikası” B,2002, 31,7 ç.v.
“Klassik psixoanalizin əsasları” B, 2003, 19,8 ç.v.

MONOQRAFİYALARI

Обыденный язык и философия. Б., «Элм”, 1970, 1 п.л.
Müasir pozitivizm. B., “Azərnəşr”, 1975, 4 ç.v.
Antikommunizm və insan problemi. B., “Elm”, 1978, 4 ç.v.
Müasir burjua fəlsəfəsinin böhranı.B., “Azərnəşr”, 1981, 6 ç.v.
XX əsr fəlsəfəsinə dair oçerklər. B., “Təhsil” 1994, 8 ç.v.
İnsan və dünya. B., 1996, “Kitab palatası”, 16 ç.v.
İdrak nəzəriyyəsi və lnqvistik analiz. B., “Elm” , 1996, 5 ç.v.
“Rene Dekart” B, 2008

METODİK VƏSAİTLƏRİ

Müasir Qərb fəlsəfəsi. B, 1991, 17,5 ç.v.
İnsan və dünya B, 1994, 15,75 ç.v.
İnsan Məninin fenomenologiyası
Müqəddəs od yaxud fəlsəfənin fəlsəfəsi

MƏQALƏLƏRI
Что такое философия лингвистического анализа. Журнал «Агитатор» Б., 1967, № 4, 0,5 п.л.
Английская лингвистическая философия о природе философского познания. Известия АГУ, серия «История и философия», 1970, №2, 0,5 п.л.
Fəlsəfə və dil. “Elm və həyat”, B., 1972, N 10, 0,5 ç.v.
Müasir insanlığın böhranı haqqında əfsanə. “Azərbaycan kommunisti”, B., 1978,   N 6, 0,5 ç.v.
Метафизика здравого смысла. “Sosial –siyasi problemlər “ jurnalı. B., 2008,  N 2, 0,7 ç.v.
Философия духа Д.Р.Райла. «Fəlsəfə və sosial- siyasi elmlər”. B., 2008, N 3, 0,7 ç.v.

TEZİSLƏRİ

Дж. Локк и некоторые вопросы философии языка. Материалы научной конференции молодых учёных республики. (Тезисы докладов) Б.,1967.    0,1 п.л.
Критика знаковой теория языка. Материалы научно- теоретической конференции преподавателей АПИ Русского Языка и Литературы им. М.Ф.Ахундова. Б., 1968., 0,1 п.л.


“HUMANİTAR ELMLƏR”  KAFEDRASI


AMİ-nin Şəki filialının Humanitar elmlər kafedrası filial direktorunun 02 sentyabr 2002-ci il tarixli 65/35 nömrəli §3 əmri ilə yaradılmışdır. Həmin ildən kafedraya f.e.d., professor Fərman Qəhrəman oğlu İsmayılov rəhbərlik edir.
2015-2016-ci tədris ilində kaferada 20 nəfər müəllim çalışır ki, onlardan 3 nəfəri elmlər doktoru (prof. F.Q.İsmayılov və t.e.d. M.İ.Əmrahov, f.e.d. C.E.Feyziyev), 3 nəfəri elmlər namizədi (Z.Ə.Cavadova, S.Ə.Quliyev, V.B.Baxışov), 6 nəfəri baş müəllim (T.Məhərrəmov, İ.Süleymanova, P.Zakirova, H.Manaflı, V.Aslanov, M.Eminova), 8 nəfər müəllim (R.Əhmədova, N.İbrahimova, İ.Abdulsəlimli, A.Cavadova, N.Salamov, E.Cabbarova, V.Şükürov, K.Kərimova) kimi, eləcə də 1 nəfər laborant fəaliyyət göstərir.
Cari tədris ilində kafedraya 5585 saat dərs yükü ayrılmışdır ki, bunun da 551 saatı pedaqoji təcrübə saatlarıdır. Hazırda kafedra xətti ilə müəllimlərimiz tərəfindən müxtəlif ixtisaslar üzrə 4 kursda 28 fənn tədris olunur.
Kafedramızın üzərinə düşən problem mövzu və elmi istiqamət
aşağıdakı kimidir:
Elmi istiqamət: HS 070100 –Tarix; HS 020100-Filologiya; HS 000000 –Humanitar və sosial elmlər; M011300- Pedaqogika və psixologiya.
Təhsilin İnkişaf üzrə Dövlət Strategiyasının tələbləri baxımından müəllim hazırlığına və təhsilin məzmununa yeni yanaşmalar.
Problemlər:
Humanitar və təbiət fənlərinin öyrənilməsinin müasir problemləri və tədrisin təkmilləşdirilməsi
I mərhələnin mövzuları aşağıdakı tərkibdədir.
1. B.m. Məhərrəmov Tahir Məhərrəm oğlu- I mərhələ. Erməni terror təşkilatlarının yaranması
2. B.m. Zakirova Pakizə İsrail qızı - I mərhələ. Qədim Şərq ədəbiyyatı nümunələrinin tədrisi
3. B.m. Süleymanova İlahə İzzət qızı - I mərhələ. B.Vahabzadənin poema yaradıcılığı
4. M. Şükürov Vaqif Kamal oğlu- I mərhələ. Stalin hakimiyyətinin son dönəmində Azərbaycanda ictimai-siyasi durum
5. M. İbrahimova Nübar Natiq qızı- I mərhələ. İXX əsrin əvvəllərində inqilabi demokratların uşaq ədəbiyyatı sahəsində fəaliyyəti
6. M. Salamov Natiq Muxtar oğlu - I mərhələ. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı
7. B.m. Manaflı Həbibullah Şirin oğlu - I mərhələ. M.F.Axundzadənin tarixşünaslığa dair fikirləri
8. M. Abdulsəlimli İbrahim Məmmədrahim oğlu- I mərhələ. Azərbaycan ali təhsil sisteminin mövcudvəziyyəti və perspektivlər
9. M. Əhmədova Rasimə Şamil qızı - I mərhələ. C.Məmmədquluzadənin ədəbi mühiti
10. M.Kərimova Könül Telman qızı- I mərhələ. Gənclər siyasətinin formalaşmasında Ümummilli lider H.Əliyevin rolu
11. B.m.Eminova Mirvari Abduləli qızı- I mərhələ. Tarixin tədrisində multimediya-kompüter texnologiyalarından istifadə.
Qeyd etmək lazımdır ki, müəllimlərimizin elmi-tədqiqat işi sahəsində bir sıra uğurları da vardır:
1.Aslanov V. “Hələ də susan daşlar”. 23 may 2015-ci il. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Slavyan Universitetinin xəbərləri. Bakı, 2015. N32-33 (məqalə)
2.Aslanov V. “Vaqif Aslanın şeirləri və tərcümeyi –halı”. Avrasiya şairləri Antalojisi. 2 cild. 2015. Ankara. Səh 153-1541
3.Aslanov V. “Hüseyn xan Müştaq (xronika)”. “Orxan” NPM, Bakı, 2015. 320 səh. (kitab)
4.Əmrahov M. “Şəkidə təhsil. Tarix, inkişaf yolu”. AMEA-nın AşBakıxanov adına tarix institutu. 522 səh (kitab)
5.Abdulsəlimli İ. «Проблема обеспечения качества в образования». Вектор науки Тольяттинского Государственного Университета. 2015. №1(20). Россия. стр.11-14 (məqalə)
6.Manaflı H. “Tariximiz poetik etüdlərdə: təhrifdən gerçəyə doğru”. Bakı, 2015.
KAFEDRADA TƏDRİS OLUNAN  FƏNLƏR:

Kafedra müəllimləri tərəfindən bakalavr pilləsində aşağıdakı fənlər tədris olunur.
İsmayılov Fərman - Seçmə fənn: Fəlsəfə
Əmrahov Mais - Azərbaycan tarixi-1, Azərbaycan tarixi-3
Aslanov Vaqif - Azərbaycan ədəbiyyatı tarixi-2, S.f. Ədəbi tənqid tarixi
Məhərrəmov Tahir - Müasir tarix, S/f. Azərbaycan xalqının mənbəşünaslığı, S/f. Toponimika
Salamov Natiq - S.f. Az. Resp. Kons. və Hüququn əsasları
Manaflı Həbibullah- Orta əsrlər tarixi, Azərbaycan tarixi
Eminova Mirvari - Azərbaycan tarixi, Tarixin tədrisi metodikası, S.f. Azərbaycan xalqının etnogenezi, Ümumi təhsil kurrikulumunun əsasları
Quliyev Seyidməmməd - Seçmə fənn: Politologiya
Baxışov Vüsal - Türk xalqları tarixi
Şükürov Vaqif - Arxeologiya, S.f. Şərqi Avropa xalqları tarixi
İbrahimova Nübar - S.f. İfadəli oxu, İfadəli oxudan praktikum, S.f. Uşaq ədəbiyyatı
Zakirova Pakizə - Dünya ədəbiyyatı-1, Dünya ədəbiyyatı-3, S.f. Nitq inkişafı metodikası
Süleymanova İlahə - Ədəbiyyatşünalığa giriş
Əhmədova Rasimə - İfadəli oxudan praktikum
Cəlilova Elnarə - S.f. Etnoqrafiya
Kərimova Könül - S.f. Politologiya

ELMİ-PEDAQOJİ KADRLARIN, GƏNC MÜTƏXƏSSİLƏRİN HAZIRLANMASI İSTİQAMƏTİNDƏ İŞ

Yaradıldığı vaxtdan bu günə qədər kafedranın profilinə uyğun 2 doktorluq, 1 namizədlik dissertasiyası müdafiə edilib.

DOKTORLUQ DİSSERTASİYALARİ

“İdrak nəzəriyyəsi və linqivistik təhlil”  - F.Q.İsmayılov (1997- ci il)
“Azərbaycan mədəniyyəti ikinci dünya müharibəsi illərində” – M.İ.Əmrahov (2006).

NAMİZƏDLİK DİSSERTASİYASI

“Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat” (XIX əsrin əvvəlləri – 70-ci illəri)  - Z.Ə.Cavadova (2004-cü il).
"Səfəvilər dövründə çuxur - səd Bəylərbəyliyinin sosial-iqtisadi həyatı" - V.B.Baxışov - (2014-cü il)
Kafedranın müəllimlərindən :
1) Abdulsəlimli İbrahim - Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının doktorantıdır.
2) Şükürov Vaqif - BDU-nin Tarix fakultəsinin doktorantıdır.
3) Eminova Mirvari - Tarix İnstitutunun doktorantıdır.
4) Süleymanova İlahə - AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun disserdantıdır.
5) Əhmədova RAsimə - BDU-nin doktorantıdır.
6) Zakirova Pakizə -

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Tərbiyə vermək yuxudan oyatmaq deməkdir Q.HİPPEL

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

Əla - 49.5%
Yaxşı - 17.2%
Qənaətbəxş - 14%
Bəyənmədim - 19.3%

Nəticə: 430
The voting for this poll has ended on: 19 Dek. 2016 - 00:00

QALEREYA

KEÇİDLƏR

 

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp