Fəxrİ lövhə

Elmlər doktoru - 4 nəfər
Fəlsəfə doktoru - 17 nəfər
Professor - 3 nəfər
Dosent - 6 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 38 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

KEÇİDLƏR

Statistika

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1477
mod_vvisit_counterDünən3099
mod_vvisit_counterBu həftə1477
mod_vvisit_counterKeçən həftə20041
mod_vvisit_counterBu ay72464
mod_vvisit_counterKeçən ay204536
mod_vvisit_counterCəmi3253144

Sizin İP: 54.157.226.227
 , 
Tarix: Mart 26, 2017

Tərcümə et

English Russian

AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN ŞƏKİ FİLİALI

PDF faylını alÇapE-poçt

 

ADPU-nun Şəki filialıHazırda Şəkidə fəaliyyət göstərən ali məktəbin əsası 1991-ci ildə qoyulmuşdur. 1991-ci il sentyabrın 30-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Şəkidə Bakı Dövlət Universitetinin filialı açılmışdır. Filialın yaradılmasında əsas məqsəd respublikamızın şimal-qərb regionunun ixtisaslı kadrlara olan təlabatını ödəmək, o cümlədən bölgənin sosial-iqtisadi inkişafına nail olmaq idi. Yeni açılmış bu təhsil ocağında ilk dəfə qəbul 7 ixtisas üzrə : Riyaziyyat, Pedaqogika-psixologiya, Azərbaycan dili və ədəbiyyatı, Tarix, Biologiya, İbtidai təhsilin pedaqogika və metodikası, Şərqşünaslıq(Ərəb dili) ixtisasları üzrə aparılmışdır.İlk tədris ilində filialda 3 kafedra: “Humanitar elmlər”, “Təbiət elmləri” və “Ümumelmi fənlər” kafedraları fəaliyyət göstərmiş, 1996-cı ildən daha bir kafedra-"Dillər" kafedrası yaradılmışdır. 
İlk tədris ilində filialda çalışan professor-müəllim heyətin 23 nəfəri elmlər doktoru və elmlər namizədləri olmuşdur. Fəaliyyət göstərdiyi 10 il ərzində bu ali təhsil ocağında 1419 nəfərə yaxın yüksək ixtisaslı kadrlar hazırlanmışdır. 
Ümummilli liderimiz H.Ə.Əliyevin 13 iyun 2000-ci il tarixli “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 349 saylı sərəncamı əsasında Bakı Dövlət Universitetinin və Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun Şəki filiallarının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır.
Fəaliyyətə başladığı ilk ildə filiala yalnız “İbtidai təhsilin pedaqogikası və metodikası”, “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” ixtisasları üzrə qəbul aparılmış, bölgədə ixtisaslı kadrlara olan ciddi ehtiyac nəzərə alınaraq 2003-2004-cü idən “Tarix”, “Riyaziyyat və fizika”, “Azərbaycan dili və ədəbiyyatı” və “Xarici dil” (İngilis dili) ixtisasları üzrə də qəbul planlaşdırılmışdır.
Hazırda filialda 8 ixtisas (Riyaziyyat və İnformatika müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Xarici dil (İngilis dili) müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və “Təhsildə sosial-psixoloji xidmət” müəllimliyi, “Xarixi dil (fransız dili) müəllimliyi", “Məktəbəqədər təlim və tərbiyə” llimliyi üzrə 803 tələbə bakalavr pilləsində təhsil alır. 
Filialda aşağıdakı struktur bölmələr mövcuddur:
1. Direktorluq: Direktor, tədris işləri üzrə direktor müavini, elmi işlər üzrə direktor müavini, əlavə təhsil üzrə direktor müavini, təsərrüfat müdiri, makinaçı;
2. Tədris şöbəsi: Müdir, istehsalat-təcrübə rəhbəri, tədris işləri üzrə iki böyük inspektor, iki metodist, statistik, operator, dispetçer;
3. Kadrlar və ümumi şöbəsi: Müdir, mütəxəssis, inspektor, arxiv müdiri, kargüzar, operator;
4. Mühasibatlıq: Baş mühasib, iki mühasib, iqtisadçı, operator;
5. Tələbə şöbəsi: Müdir, iki mütəxəssis, operator:
6. Kitabxana: müdir, iki böyük kitabxanaçı, kitabxanaçı, biblioqraf;
8. Kompyuter mərkəzi: müdir, iki mütəxəssis, beş operator;
10. Fakültələr. Pedaqoji fakültə: dekan, iki metodist, operator;
11. Kabinetlər:
-Əlavə təhsilə xidmət edən kabineti: müdir, üç metodist, operator;
-Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti: müdir, üç metodist, iki operator;
-Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti: müdir, üç metodist, operator;
Kafedralar:
-Humanitar elmlər kafedrası: müdir, baş laborant, laborant;
-Təbiət elmləri və tədrisi metodikası kafedrası: müdir, baş laborant, laborant;
-Ümumelmi fənlər kafedrası: müdir, baş laborant, laborant;
-Dillər kafedrası: müdir, baş laborant, laborant.
Filial 1959-cu ildə birtipli layihə əsasında internat məktəb təyinatı ilə tikilmiş binada yerləşir. Bina 2 və 3 mərtəbəli olmaqla ayrı-ayrı iki tədris korpusundan ibarətdir. Filialın binasının yerləşdiyi ümumi ərazi 3,12 ha-dır. Filialda 1 bufet, 1 yeməkxana, idman qurğuları olan meydança, 4 kompyuter zalı, 1 kitabxana, 1 oxu zalı və 1 idman zalı, 160 nəfərlik akt zalı vardır. Binanın əhatə olunduğu ərazidə 300-dən artıq dekorativ və meyvə ağacları əkilmişdir. İnstitutda 50 mühazirə və məşğələ otağı vardır. Hal-hazırda filialda 100-dən çox kompüter, digər audio və video avadanlıqları ilə təchiz edilmiş, internetə çıxışı olan kompüter mərkəzi fəaliyyət göstərir. Son 5 il ərzində filialın istilik sistemi yenidən qurulmuş, modul tipli yeni qazanxana quraşdırılmışdır. 2009-2013-ci illərdə filialda 400 min manatdan artıq əsaslı təmir işləri görülmüş, inzibati və tədris korpuslarında yüksək keyfiyyətli materiallardan istifadə olunmaqla təmir işləri aparılmış, yeni, müasir tipli inventar və avadanlıqlar alınmışdır. 2013-2014-ci ilin yay mövsümündə yeni tədris ilinə hazırlıq məqsədilə filialda 20-yə yaxın auditoriya və kabinet əsaslı təmir olunmuş, onların divarları, tavan və döşəmələri, qapı və pəncərələri tam şəkildə dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur.2012-2013-cü illərdə filialda əsaslı təmir işləri davam etdirilir. 
AMİ-nin Şəki filialına tələbə qəbulu dövlət qəbul planına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Son 3 ildə filialın ixtisaslarına müsabiqə xeyli yüksəlmiş, keçid ballarında dinamik artım özünü göstərmişdir.

“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə - 523-324 bal
“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə - 629-315 bal
“Xarici dil (İngilis dili) müəllimliyi” ixtisası üzrə - 633-308 bal
“Xarici dil (fransız dili)müəllimliyi” ixtisası üzrə - 299-250 bal
“Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə - 493-313 bal
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə - 494-300 bal
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə - 447-292 bal
“Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə - 386-279 bal

Hazırda filialda təhsil alan tələbələr Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublikanın 30-dan çox şəhər və rayonunu təmsil edir.
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının professor-müəllim heyətinin tərkibində 96 nəfər çalışır. Onlardan 63 nəfəri əsas heyətdə, 27 nəfəri əvəzçilik qaydasında, 6 nəfəri isə saathesabı olmaqla işləyir. Əməkdaşlardan 4 nəfəri elmlər doktoru (o cümlədən 3 nəfəri professor, 1 nəfəri dosent), 18 nəfəri elmlər namizədi, onlardan 7 nəfəri dosent, 11 nəfəri elmlər namizədi, baş müəllim, 24 nəfəri isə baş müəllimdir. 15 nəfər magistr elmi-ixtisas dərəcəsinə malikdir. Əməkdaşlardan 2 nəfəri doktoranturada, 10 nəfəri dissertanturada təhsillərini davam etdirirlər. 
Son 5 ildə filial əməkdaşlarından 2 nəfəri doktorluq, 4 nəfəri isə namizədlik dissertasiyası müdafiə etmişdir. 2012-2013-ci tədris ilində filialın məzunlarından 9 nəfəri respublikanın müxtəlif ali məktəblərinin magistraturasına daxil olmuşdur.
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının fəaliyyətə başladığı dövrdən ötən 13 il ərzində filial əməkdaşlarının bir sıra dəyərli monoqrafiyaları, dərs vəsaitləri və metodik vəsaitləri çap olunuşdur. Onların sırasında fəlsəfə elmləri doktoru, prof. F.Q.İsmayılovun “XX əsr Qərb fəlsəfəsi tarixi”, B.,2000, “Klassik psixoanalizin əsasları” B., 2003, “Rene Dekart” (monoqrafiya), B., 2008, “Bəşəri problemlər” (monoqrafiya) B.,2010, F.Bekon. Bakı, 2013; f.r.e.n.dos. R.A.Rasulovun “Adi differensal tənliklərin həlli üsulları” B, 2008, t.e.dok. prof.M.İ.Əmrahovun Azərbaycan ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri (1917-1941-ci illər) B., 2007, “Qarabağ xanlığı”, B., 2008, “XX əsr Azərbaycanda milli azadlıq hərəkatı”. B., 2008, p.e.d., professor F.N.İbrahimovun “Təlim prosesinin mahiyyəti”, B,2002, “Analitik və evritik məntiqlə həll olunan tapşırıqlar”, B., 2006, “Pedaqogikaya giriş”, B., 2008, “Didaktika” B., 2010,Pedaqogika (2hissədə) 2013; ÜÜmumtəhsil məktəbi pedaqogikasından mühazirələri" B. 2015, Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikası Bakı 2014; p.e.n.dos. N.Z.Çələbiyevin “Psixodioqnostika məsələləri”, B., 2003, “Uşaq psixologiyası”, B., 2005, “Təhsil sistemində psixoloji xidmət: nəzəriyyə və təcrübə”, B., 2008, "Ailə Psixologiyası" Bakı, 2015, t.e.n.b/m. Z.Ə.Cavadovanın “Şimal-qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası” (XIX əsrin əvvəlləri -70-ci illər), B., 2002, f.r.e..n. Y.H.Şükürlünün «Структурные белки» Баку, «Элм», 2006, fil.e.n.b/m. U.B.Mürşüdovanın “İngilis dilində dinləmə dərslərinin mərhələləri”, B., 2008, “İngilis dilinin tədrisində aktiv və interaktiv təlim metodlarından istifadə qaydaları”, B., 2008, p.e.n.b/m. S.R.Bədiyevin “Fizikadan test məsələlərinin şagirdlərin intelektual səviyyəsinin yüksəldilməsində rolu və təsnifi”, B., 2003, “Fizikanın tədrisində fəal təlim metodlarından istifadə etməklə şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inişaf etdirilməsi”, B, 2005, b/m.H.Ş.Manaflının “Öyünc və güvənc qaynağı”, B, 2007, “Gen yaddaşımızın poeziya dili”, B, 2008, Unutdurulmuş azman Əliabbas Qədimov (monoqrafiya) B. 2013; k.f.ü.f.d. b/m. K.F.Adışirinovun “İsmayıl bəy Nakam: həyatı və bədii yaradıcılığı”, B, 2006, XX əsr Şəki ədəbi-mədəni mühiti" B. 2015, dos G.A.Abdullayevanın "Müsir Azərbaycan dili" 2013,; Ali məktəblərdə Azərbaycan dilinin inteqrasiyalıtədrisi B. 2014  və başqalarını göstərmək olar. 
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı bölgədə mədəni həyatın inişafında müstəsna əhəmiyyəti olan yeganə ali təhsil ocağıdır. Vaxtaşırı olaraq burada respublika və regional əhəmiyyətli tədbirlər keçirilir. 2005-ci ilin oktyabr ayında “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər)” həyata keçirilməsinə həsr olunmuş regional konfrans, 2005-ci ilin noyabr ayında “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda bölgə müşavirəsi,2007-ci ilin aprel ayında AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutu və Şəki şəhər İcra Hakimiyyəti ilə birlikdə Əbdülqəni Əfəndi Nüxəvinin (Xəlisəqarızadənin) anadan olmsının 90 illiyi münasibəti ilə elmi-nəzəri konfrans, 2007-ci ilin avqustunda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Şəki şəhər İcra Hakimiyyəti ilə birlikdə “Azərbaycanda dövlət və din münasibətləri” mövzusunda seminar, 2008-ci ilin aprelində AMİ-nin Şəki filialında Şəki şəhər İcra Hakimiyyəti və AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutu ilə birlikdə “Şəki – sivilizasiyaların qovuşduğu məkan” adlı Respublika Elmi Konfransı keçirilmiş, 05 iyun 2010-cu il tarixdə filialın professor-müəllim heyəti ilə Fransa Respublikası UİFM təşkilatının təmsilçiləri arasında beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilmiş, qarşılıqlı səfərlər təşkil olunmuşdur.Elm, dövlət,incəsənət və ədəbiyyat xadimlərinin yubileylərinin qeyd olunması ənənə halınl almışdır.
21 oktyabr 2011-ci il tarixdə AMEA-nın Mexanika və Riyaziyyat İnstitutu və Texnika Elmləri Bölməsi ilə birlikdə “Nəzəriyyədən praktikaya dövrün tələbidir” adlı elmi-praktik konfrans, 21 aprel 2012-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş “M.F.Axundzadə və Şərqdə ədəbi-bədii, estetik fikrin intibahı” 2013-cü ildə "Azərbaycan qlobal siyasi-iqtisadi sistemdə: reallıqlar,perspektivlər " Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş 2014-cü ildən "Narkotiklərə yox deyək!" mövzusunda elmi konfranslar  mövzularında Xalq yazıçısıİlyas Əfəndiyevin 100 illik yubileyinə konfranslar "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və milli təhsilimizin perspektivləri" mövzusunda 2015-ci ildə keçirilmiş regional elmi-praktik konfrans  yaddaqalan və yüksək səviyyəli tədbirlər olmuşdur.
Filialda ardıcıl olaraq tarixi və bayram, anım günlərinə, yubileylərə həsr olunmuş konfranslar, debatlar, bilik yarışmaları və s. təşkil olunur, hər il tələbə Elmi konfransları və fənn olimpiadaları keçirilir. Filialın professor-müəllim heyəti və tələbələri respublika və beynəlxalq miqyaslı elmi konfranslarda yarış və müsabiqələrdə müntəzəm olaraq iştirak edir və fərqlənirlər.
AMİ-nin digər bölgələrdə yerləşən filialları kimi, Şəki filialı da 3 istiqamətdə: bakalavr, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhzırlanması istiqamətində fəaliyyət göstərir.
Filialda müəllimlərin ixtisasının artırılması, yenidənhazırlanması və təkmilləşdirilməsi istiqamətində işləri tənzimləmək məqsədilə iki kabinet– “Əlavə təhsilə metodik xidmət” və “Müasir təlim metodları və dayaq məntəqələri ilə iş” kabinetləri yaradılmışdır. Hər il orta hesabla 500-dən çox müxtəlif kateqoriyadan olan müəllim aylıq ixtisasartırma kurslarından keçir, 50 nəfər ixtisasını dəyişərək ikinci ixtisasa yiyələnir. İxtisasartırma kurslarında mühazirə və məşğələləri elmi dərəcəli və yüksək hazırlıqlı professor-müəllimlər, habelə “Öyrədənlərin öyrədəni” statusu üzrə sertifikatlar almış əməkdaşlar aparır. Onlardan 4 nəfəri ABŞ və Fransa Respublikasında 3 aylıq xüsusi təlim kurslarından keçərək yüksək sertifikatlar almışlar. İxtisasartırma kurslarında məşğələləri aparan əməkdaşlardan 10 nəfəri son 4 ildə SOROS fondu və BRİTİSH COUNCİL tərəfindən təlimlər layihəsi çərçivəsində Bakı şəhərində təşkil olunmuş treninq və seminarlarda xüsusi hazırlıqlardan keçmişlər.
2009-2010-ci tədris ilində filialın əməkdaşlarından 50 nəfəri Təhsil Nazirliyi xətti ilə təşkil olunan İKT üzrə hazırlıq kurslarında iştirak edərək müvafiq sertifikatlar almışlar.
Filialımızda elmi-tədqiqat işinə də xüsusi diqqət yetirilir. Fəaliyyət göstərdiyi ötən 13 il ərzində əməkdaşlarımız tərəfindən tədris prosesində ciddi ehtiyac duyulan sahələr üzrə 38 kitab, 24 dərs vəsaiti və metodiki vəsait, 34 monoqrafiya, 41 biroşür və metodik tövsiyə, 16 fənn proqramı, 500-dən çox  elmi məqalə və konfrans tezisi yazılaraq nəşr olunmuşdur. 
Şimali-Qərb bölgəsinin elm və mədəniyyət mərkəzinə çevrilmiş Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Baza İnstitutu olan Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə xanım Naxçıvanlının xüsusi diqqəti və qayğısı ilə əhatə olunmuşdur. Aqiyə xanım dəfələrlə filialda olmuş, geniş Elmi Şura iclaslarında iştirak etmiş, quruculuq işləri ilə tanış olaraq öz təklif və göstərişlərini vermişdir.
Şəki filialının Tələbə -Gənclər və Tələbə Həmkarlar Təşkilatları, Tələbə Elmi Cəmiyyəti filialda təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin asudə vaxtının təşkili sahəsində səmərəli iş aparır, Şəki şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə fəallıqla iştirak edirlər.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan. DEKART

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

Əla - 49.5%
Yaxşı - 17.2%
Qənaətbəxş - 14%
Bəyənmədim - 19.3%

Nəticə: 430
The voting for this poll has ended on: 19 Dek. 2016 - 00:00

QALEREYA

KEÇİDLƏR

 

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp