Fəxrİ lövhə

Elmlər doktoru - 4 nəfər
Fəlsəfə doktoru - 17 nəfər
Professor - 3 nəfər
Dosent - 6 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 38 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

KEÇİDLƏR

Statistika

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1978
mod_vvisit_counterDünən4157
mod_vvisit_counterBu həftə12962
mod_vvisit_counterKeçən həftə18224
mod_vvisit_counterBu ay66065
mod_vvisit_counterKeçən ay204536
mod_vvisit_counterCəmi3246745

Sizin İP: 54.205.251.237
 , 
Tarix: Mart 24, 2017

Tərcümə et

English Russian

MÜAVİNLƏR

PDF faylını alÇapE-poçt


ABDULLAYEVA GÜLARƏ ABDURAHMAN QIZI


Abdullayeva-Gulare-(1)Filologiya elmləri namizədi, dosent, tədris işləri üzrə direktor müavini

QISA BİOQRAFİK MƏLUMAT

1970-ci ildə Şəki rayonunda anadan olub. 1977-1987-ci illərdə Şəki rayon Qoxmuq kənd orta məktəbində, 1987-1992-ci illərdə N. Tusi adına ADPU-nun Filologiya fakültəsində, 1992-1995-ci illərdə həmin universitetdə “Xalqların dilləri” ixtisası üzrə aspiranturada təhsil almışdır.1995-ci ildən 2000-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında baş müəllim, ictimai əsaslarla “Dillər” kafedrasının müdiri, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Müəllimlər İnsitutunun Şəki filialında fəaliyyətini davam etdirir. 2001-ci ilin avqustunda G.Abdullayeva  Azərbaycan Müəllimlər İnsitutunun Şəki filialında tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Hazırda o, həmin vəzifədə işləyir. Ailəlidir, bir övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1987-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini,
1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasını bitirmişdir.
2000-ci ildə “Azərbaycan dilində -sa/-sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi adını almışdır.
2014-cü ildə AAK-in qərarı ilə dosent elmi adını almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1992-ci ildə şəki rayon Qoxmuq kənd orta məktəbində müəllim,
1995-ci ildə M. Ə. Rəsilzadə adına BDU-nun Şəki filialında baş müəllim,
1997-ci ildə Dillər kafedrasının müdiri,
2000-ci ildə AMİ-nin Şəki filialında baş müəllim,
2001-ci ildə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.

TƏDQİQAT SAHƏSİ

Azərbaycan dili

TƏDRİS ETDİYİ FƏNLƏR:

Müasir Azərbaycan dili.

Nəşr olunmuş əsərləri:

1.-sa/-sə şəkilçisinin tədqiqi tarixinə bir nəzər. Azərb. Resp. Pedaqoji Ali məktəb aspirantlarının
Elmi konfr. tezisləri, Bakı,1994, s.61-62.
2. Qədim türk yazılı abidələrinin dilində -sar,-sər şəkilçisi.“Tarixi-linqvistik fənlərin tədrisi problemləri” jurnalı, Bakı,1994, s. 92-94.
3.M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində -sa/-sə şəkilçisi.“Pedaqoji universitet xəbərləri” jurnalı, N 2, Bakı,1994, s. 40-45.
4.-sa/-sə şəkilçisinin morfoloji xüsusiyyətləri.“Dil məsələlərinə dair tematik toplu”, N 2, Bakı,1994. s. 97-99.
5.Azərbaycan dilində -sa/-sə şəkilçisinin sintaktik xüsusiyyətləri. Gənc alimlərin və aspirantların respublika konfransının tezisləri, Bakı, 1995, s. 62.
6.-sa/-sə şəkilçisinin genezisi. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 3-6.
7.-sa/-sə şəkilçisinin praforması. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 7-12.
8.-sa/-sə morfoloji-sintaktik əlamətli koordinativ şərt konstruksiyaları. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 55-57.
9.Fellərdə şərt məzmununun ifadə formaları-“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2007, s. 3-6.
10.Vaqif Aslanın şeirlərinin dili--“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2009, N 6, s. 94-99
11. İbtidai siniflərdə Azərbaycan dili dərslərində interaktiv təlim metodlarından istifadə-“Pedaqoji Universitet xəbərləri”, 2009, N 6, s. 205-209
12. Müasir Azərbaycan dilində qarışıq tipli tabesiz mürəkkəb cümlələr--“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2010, N3, s. 3-7
13. Müasir Azərbaycan dilində qarışıq tipli tabeli mürəkkəb cümlələr-“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2010, N 6, s. 3-7
14. Azərbaycanda əlifba islahatı sahəsində Mirzə Fətəli Axundzadənin təşəbbüsləri - -“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2013, N 4, s. 3-6.
15. Sintaksisin tədrisində yeni təlim texnologiyalarından istifadə - "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" - "Bakı Slavyan Universitetinin xəbərləri" , 2015, N 1, s. 125-130.

Kitabları:

1.Azərbaycan dilində -sa, -sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, “Elm”, 2000,120 səh.
2.Müasir Azərbaycan dili. II hissə.(Morfologiya, sintaksis). Dərs vəsaiti. Bakı, “Elm və təhsil”, 2013. 308 səh.
3. Ali və orta məktəblərdə Azərbaycan dilinin inteqrativ tədrisi. Metodik vəsait. Bakı, “Müəllim”, 2014. 164 səh.

Proqramlar:

1. Seçmə fənn: Ədəbi tənqid tarixi. Bakı. “Müəllim”, 2014.
2. Müasir Azərbaycan dili. Bakı, “Müəllim”, 2014.

Tel: +(994 24) 246 06 65

ÇƏLƏBİYEV NURALI ZƏRBALI OĞLU

 

Celebiyev-Nureli-(2).jpgPedaqoji elmlər namizədi, dosent, elmi işlər üzrə direktor müavini

QISA BİOQRAFİK MƏLUMAT

1959-cu ildə Oğuz rayonunda anadan olub.1967-1975-ci illərdə Oğuz rayon Bucaq kənd səkkizillik məktəbində, 1975-1977-ci  illərdə Oğuz şəhər 2 saylı orta məktəbdə oxuyub. 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1981-1993-cü illərdə Oğuz rayonunda orta məktəbdə müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, Oğuz Rayon Təhsil Şöbəsində metodist və məktəb inspektoru vəzifələrində işləmişdir. 1993-cü ildən 2000-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışmışdır. 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradıldıqdan sonra orada dosent, kafedra müdiri kimi fəaliyyətini davam etdirmişdir. 2006-cı ildən elmi işlər üzrə direktor müavini vəzifəsin də işləyir. Filialın “Ümumelmi fənlər  kafedrasının dosentidir. 2009-cu ildə Təhsil Nazirliyinin Kollegiya qərarı ilə "Fəxri Fərmanla təltif edilmiş, 2011-ci ildə "Qızıl Qələm" Media Mükafatına layiq görülmüşdür. Ailəlidir. 3 övladı, 4 nəvəsi var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında yaş və pedaqoji psixologiya ixtisası üzrə təhsil almışdır.
1991-ci ildə namizədlik: “Altıyaşlıların birinci sinifdə riyaziyyatı mənimsəmələrinin pedaqoji psixoloji imkanları”
2008-ci ildə “dosent” elmi adına layiq görülmüşdür.

ƏMƏK FƏALİYYƏ

1981-1982-ci illərdə Oğuz Rayon Astraxanovka kənd orta məktəbində müəllim
1982-1983-cü illərdə Oğuz Rayon Qarabulaq kənd orta məktəbində müəllim
1983-1986-cı illərdə Oğuz Rayon  Muxas kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini
1987-1990-cı illərdə Oğuz Rayon Təhsil şöbəsində metodist
1990-1993-cü illərdə Oğuz Rayon Təhsil şöbəsində məktəb inspektoru
1993-1994-cü illərdə Bakı Dövlət Universitetinin Şəki filialında “Ümumelmi fənlər” kafedrasında baş müəllim.
1994-1995-ci illərdə BDU-nun Şəki filialında ictimai əsaslarla dekan
1995-2000-ci illərdə BDU-nun Şəki filialında “Ümumelmi fənlər” kafedranın müdiri
2000-2002-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında dosent
2002-2006-cı illərdə AMİ-nin Şəki filialında “Ümumelmi fənlər” kafedrasının müdiri
2006-cı ildən elmi işlər üzrə direktor müavini

TƏDQİQAT SAHƏSİ:

Təhsil sistemində psixoloji xidmətin təşkili və aktual problemləri
Ailə münasibətlərinin sosial –psixoloji problemləri
Yeniyetmə və gənclərdə deviant davranışın motivasiyası və profilaktikasının sosial-psixoloji məsələləri

BEYNƏLXALQ SEMİNAR, SİMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1989,Bakı,Məsələ həlli bacarıqlarının formalaşdırılması.//İbtidai məktəb və məkətəbəqədər tərbiyə. N 3.
2000,Bakı, Humanistləşdirmənin pedaqoji imkanlarına dair. // Təhsil, mədəniyyət, incəsənət, N 2
2000, Bakı, Erkən yaşdan təlim problemi. // İbtidai məktəb və məktəbəqədər tərbiyə, N 2
2002, Bakı, Təlimdə yeni texnologiyalar: dialoq dərslər.// Təhsil,mədəniyyəti, incəsənət, N 2
2002, Bakı. Məktəb psixoloqunun “çətin” yeniyetmələrlə işinin xüsusiyyətləri. // Təhsil, mədəniyyət,incəsənət,N 3
2003,Bakı.Məktəblilərdə emosional stressin xüsusiyyətləri.// Pedaqoji Universitetin Xəbərləri. N4
2003, Bakı. Altı yaşlı uşaqlara məktəbdə psixoloji yardımın əsas formaları. // Pedaqoji Universitet Xəbərləri, N 4
2005, Bakı. Məktəbəqədər yaşda sensor inkişafın xüsusiyyətləri.// Pedaqoji Universitet Xəbərləri, N 1
2006, Bakı. Uşaqlıq dövrünün yaş böhranları və onların psixoloji təbiəti.// İbtidai məktəb və məktəbəqədər tərbiyə, N 2
2007, Bakı.İntellekt: mənşəyi, strukturu və formalaşmasına təsir göstərən amillər. // Bakı Slavyan Universitetinin Xəbərləri. N 1
2007,Bakı. Təlimdə geridəqalmanın klinik göstəriciləri və korreksiya imkanları.// Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri. N 3
olmasının 84-cü ildönümünə həsr olunmuş “Müəllim hazırlanma siyasəti və problemləri “Beynəlxalq konfrans”
2008,Bakı,AMİ. Azərbaycan cəmiyyətinin müasir mərhələsində gənclərin əxlaqi tərbiyəsinin xüsusiyyətləri.// Respublika Elmi Konfransı.
2009,Bakı,AMİ. Müasir şəraitdə yaşlıların təhsili:problemlər və perspektivlər.// Respublika Elmi Konfransı.
2009, Bakı. “Vunderkindlər fenomeni” // Bakı Slavyan Universitetinin Xəbərləri. N 4
2010, Bakı. Pedaqoji ali məktəb tələbələrinin peşə fəaliyyətinə hazırlığının psixoloji məsələləri. //AMİ-nin xəbərləri. N 2.
2011, Bakı, Avrasiya Universiteti. Qloballaşma şəraitində humanitar elmlər aktual problemləri// Respublika elmi-praktik konfransı.
2011, Bakı, Azərbaycan Universiteti. Qloballaşma şəraitində davamlı inkişafın aktual problemləri// Beynəlxalq konfrans.
2011, Bakı, AMİ. Müəllim hazırlığının müasir problemləri// Beynəlxalq elmi konfrans.
2011, Bakı. Müasir psixoloji testlər və onların təsnifatı haqqında.// AMİ-nin xəbərləri. N 1.
2011, Bakı. Əkizlərin psixologiyası haqqında bəzi mülahizələr. // Azərbaycan Dövlər Pedaqoji Universitetin xəbərləri. N 3.
2012,Kompyuter və uşaqların fizioloji sağlamlığı.//Təhsil N-5-6
2013,Uşaqları psixi inkişafının senzitiv yaş dövrləri.// Təhsil N10
2007. Bakı, ADPU Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin anadan 
2013, Bakı, ADPU-Ali pedaqoji məktəb tələbələrinin peşə fəliyyətinə hazırlığının psixoloji problemləri// Beynəlxalq elmi konfrans
2014, Bakı. AMİ. Müəllim hazırlığının müassir problemləri: texnologiya, təhsil və inkişaf. // Beynəlxalq elmi konfrans
2014, Bakı, AMİ. Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları // Respublika elmi konfransı
2014, Bakı, AMİ. Müassir şəraitdə tərbiyə sisteminin vəziyyəti: axtarışlar, problemlər, təkliflər // Respublika elmi konfrans
2014, Bakı. Milli mənlik şüuru milli ideologiyanı formalaşdıran amillərdən biri kimi// Pedaqoji Universitet xəbərləri.N 4
2014, Bakı. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial-psixoloji rabilitasiya xidmətinin təşkili. // Respublika elmi-praktik konfransı.
2014, Bakı. Ənənəvi və interaktiv təlim metodları: müqayisələr və paralellər.// III Beynəlxaq konfrans
2015. Bakı. Ailə psixologiyası (dərs vəsaiti)


KİTABLAR:

2000,Bakı. Məktəblilərlə qabiliyyətlərin inkişafı və tərbiyəsi (metodik tövsiyə)
2003,Bakı. Psixodiaqnostika məsələləri. (dərs vəsaiti)
2005,Bakı. Uşaq psixologiyası. (dərs vəsaiti)
2009,Bakı. Təhsil sistemində psixoloji xidmət: nəzəriyyə tərbiyə və təcrübə. (dərs vəsaiti, 2 hissədə)

Tel: (+994 24) 24 6 01 02

HƏMİDOVA XURAMAN İSA QIZI

 
Baş müəllim, əlavə təhsil  üzrə  direktor müavini

QISA BİOQRAFİK MƏLUMAT

1963-cü ildə Şəki rayonunda anadan olub. 1970-1976 –cı illərdə Şəki şəhər  12 №-li  orta məktəbində, 1977-1980-ci illərdə  Şəki şəhər  10 №-li  orta məktəbində, 1980-1985-ci illərdə S. M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakultəsində təhsil almışdır. 1985-ci ildə həmin fakultəni bitirib təyinatla Şəki Dəmir Beton Ağac Məmulatı və Metal Konstruksiyaları İstehsalı Eksperimental Zavodunda iqtisadçı , 1991-ci ildə həmin müəssisədə plan şöbə rəisi vəzifəsində,1993-cü ildən 2000-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında laborant, baş laborant, müəllim, baş müəllim ,riyaziyyat və ibtidai sinif fakültələrinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Müəllimlər İnsitutunun Şəki filialında fəaliyyətini davam etdirir. 2007-2008-ci ildə “PKYH,İA və təkmilləşdirilməsi” kabinetində müdir, 2008-2009-ci ildə “Kredit sistemi və tələbə naaliyyətlərinin qiymətləndirilməsi”  kabinetində müdir, 2009-cu ilin sentyabrından Azərbaycan Müəllimlər İnsitutunun Şəki filialında əlavə təhsil üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Hazırda o, həmin vəzifədə işləyir.
1997-ci ildən YAP-ın, 2008-ci ildən YAP idarə heyətinin üzvü, 2008-ci ildən YAP Şəki Təşkilatı “Dodu” ərazi ilk təşkilatı Qadınlar Şurasının sədridir.  Ailəlidir, üç övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI.

1985-ci ildə BDU – nun tətbiqi-riyaziyyat fakultəsini bitirib.
“Baş müəllim”dir.

ƏMƏK FƏALİYYƏTİ

1985-ci ildə Şəki DBAM və MKİEZ iqtisadçı
1991-ci ildə Şəki DBAM və MKİEZ plan şöbə rəisi
1993-cü ildə BDU Şəki filialında laborant
1998-ci ildə həmin müəssisədə baş laborant
1999-cu ildə BDU Şəki filialında müəllim
2000-ci ildə AMİ-nin Şəki filialında müəllim
2001-ci ildə AMİ-nin Şəki filialında baş müəllim
1997-2007-ci illərdə ictimai əsaslarla dekan
2007-2008-ci ildə “PKYH,İA və T” kabinetinə müdir
2008-2009-cu ildə “KS və TNQ”  kabinetinə müdir
2009-cu ildə əlavə təhsil üzrə direktor müavini

SEMİNARLARDA İŞTİRAKI VƏ ALDIĞI SERTİFİKATLAR.

2004, 29 oktyabr, Azərbaycan Müəllimlər İnstitutu
2004, 30 iyun, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı 2008, 12 sentyabr, Azərbaycan Respublikası Təhsil Nazirliyi
2009 Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd" təşkilatı.
2010, 03 iyul, . Azərbaycan Dillər Universitetinin Resurs Kompleksi - Amerika Mərkəzi
2013 Azərbaycan Müəllimlər İnstitutu "Müasir Təhsil və Tədris Yardım Mərkəzi"

TƏDRİS ETDİYİ FƏNLƏR:

Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları, İnformatika və OTM

Tel: +(994 24) 24 6 05 79

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar. HEYDƏR ƏLİYEV.

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

Əla - 49.5%
Yaxşı - 17.2%
Qənaətbəxş - 14%
Bəyənmədim - 19.3%

Nəticə: 430
The voting for this poll has ended on: 19 Dek. 2016 - 00:00

QALEREYA

KEÇİDLƏR

 

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp