Fəxrİ lövhə

Elmlər doktoru - 4 nəfər
Fəlsəfə doktoru - 17 nəfər
Professor - 3 nəfər
Dosent - 6 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 38 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

KEÇİDLƏR

Statistika

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4273
mod_vvisit_counterDünən70928
mod_vvisit_counterBu həftə4273
mod_vvisit_counterKeçən həftə152243
mod_vvisit_counterBu ay196114
mod_vvisit_counterKeçən ay63210
mod_vvisit_counterCəmi3172258

Sizin İP: 184.73.45.9
 , 
Tarix: Fev. 26, 2017

Tərcümə et

English Russian
Sentyabr 2010

İNSTİTUTUMUZA QƏBUL OLAN TƏLƏBƏLƏRİN QEYDİYYATI BAŞLANDI

PDFÇapEmail


9 avqust 2010-cu il tarixdə AMİ-nin Şəki filialına qəbul olunmuş tələbələrin qeydiyyat işi başlanmışdır.
Qeydiyyat üçün filialda komissiya yaradılmışdır.
Qeydiyyat avqust ayının 18-dək davam edəcək.
Filialımıza qəbul olunmuş tələbələri təbrik edirik.




AMİ-nin ŞƏKİ FİLİALI 2010-2011-ci TƏDRİS İLİ ÜÇÜN AŞAĞIDAKI İXTİSASLAR ÜZRƏ YENİDƏNHAZIRLANMA TƏHSİLİNƏ DİNLƏYİCİ QƏBULU ELAN EDİR

PDFÇapEmail


1. Azərbaycan dili və ədəbiyyatı
2. Psixologiya
3. Riyaziyyat və informatika

Bunun üçün aşağıdakı sənədlər təqdim edilir:

1. Rektorun adına ərizə;
2. Təhsil haqqında sənədin(diplomun) əsli və surəti;
3. Əmək kitabçasının müəssisə rəhbəri tərfindən təsdiq olunmuş surəti;
4. 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə rəngli);
5. Şəxsiyyət vəsiqəsinin surəti.

Sənədlərin qəbulu Azərbaycan Respublikası Təhsil Nazirinin 27 oktyabr 1995-ci il tarixli 428 saylı əmri ilə təsdiq olunmuş "Pedaqoji kadrların yenidənhazırlanma təhsili haqqında Qaydalar" və Təhsil Nazirliyinin buna müvafiq təlimatları əsasında aparılır. 

Təhsil müddəti 8 aydır.

Sənədlər AMİ-nin Şəki Filialında 2010-cu il avqustun 2-dən sentyabrın sonunadək (bazar günlərindən başqa) hər gün saat 9:00-dan 18:00-dək qəbul olunur.

Dərslər oktyabrın 19-da başlanır.




CARİ TƏDRİS İLİNDƏ ELMİ ŞURANIN SON İCLASI KEÇİRİLƏCƏKDİR

PDFÇapEmail

 

AMİ-nin Şəki filialında 2009-2010-cu tədris ilinin son Elmi Şura iclası keçiriləcəkdir. Müzakirəyə aşağıdakı məsələlərin çıxarılması nəzərdə tutulmuşfur.
- Buraxılış kurslarında Yekun Dövlət Attestasiyasının nəticələri və qarşıda duran vəzifələr haqqında;
- Bölmə və struktur rəhbərlərinin illik hesabatlarının dinlənilməsi
- Tədrislə bağlı sənədlərin yekunlaşdırılması haqqında
- Cari məsələlər




İXTİSASARTIRMA KURSLARINDA TRENNİNQ KEÇİRİLDİ

PDFÇapEmail


AMİ-nin Şəki filialında İxtisasartırma kurslarında 16.06.2010 - 19.06.2010 tarixlərdə treninq keçirilmişdir. Treninqi Azərbaycan Müəllimlər İnstitutundan dəvət olunmuş  Nağızadə Xuraman aparmışdır. Müdavimlər treninqdə yüksək fəallıq göstərmiş, yeni təlim metodlarını öyrətdikləri üçün Filialın rəhbərliyinə və treninqi keçirən N.Xuraman xanıma öz təşəkkürlərini bildirmişlər.




ŞƏKİ FİLİALINDA FRANSA RESPUBLİKASININ UİFM TƏŞKİLATININ TƏMSİLÇİLƏRİ GÖRÜŞ KEÇİRİLMİŞDİR

PDFÇapEmail


05 iyun 2010-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında Fransa Respublikasının UİFM təşkilatının təmsilçiləri Jan Pyer Şevolye və Lilian Lo Pozan ilə filialın professor - müəllim heyətinin görüşü keçirilmişdir. Görüşdə ixtisasartırma təhsili sahəsində təcrübə mübadiləsi ilə əlaqədar çıxışlar dinlənilmiş, hər iki ölkənin bu sahədəki əməkdaşlığına dair imkanlar müzakirə edilmişdir. 
06 iyun 2010-cu il tarixdə fransalı qonaqlar Şəkinin tarixi  və mədəniyyət abidələrini ziyarət etmişlər.




ALİ MƏKTƏBLƏR ARASI BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

PDFÇapEmail


05-06 iyun 2010-cu il tarixlərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı ilə Fransa Respublikasının UİFM təşkilatı arasında təhsil sahəsində əməkdaşlığa dair görüşün keçirilməsi və memorandumun imzalanması nəzərdə tutulmuşdur. Görüşdə Fransa Respublikasından Jan Pyer Şevolye və Lilian Lo Pozanın iştirakı gözlənilir.




TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

PDFÇapEmail


Bu günlərdə AMİ-nin Şəki filialında yay imtahan sessiyası başlamışdır. Tələbələrə uğurlar arzulayırıq




AMİ ŞƏKİ FİLİALININ RƏSMİ VEB-SAYTININ YAXIN GÜNLƏRDƏ TƏQDİMAT MƏRASİMİNİN KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULUR

PDFÇapEmail


Müasir dünyada insanların faydalandığı və geniş şəkildə istifadə etdiyi informasiya resurslarından biri də veb-saytlardır. Bu mənada AMİ Şəki filialının fəaliyyəti haqqında dolğun məlumata malik olan, bu veb-saytın yaxın günlərdə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, saytda son tamamlama isləri başa çatmaq üzərədir.
Veb-sayt iki dildə - Azərbayacan və ingilis dillərində fəaliyyət göstərəcək. Sözügedən veb-sayt artıq dünyanın aparıcı axtarış sistemləri tərəfindən indeksləşdirilib.
Sayt bir neçə blokdan ibarətdir. Müvafiq bölmələrin köməyi ilə siz filial haqqında lazimi informasiyanı rahat və tez şəkildə əldə edəcəksiniz. Saytda ətraflı məlumatlar əks olunmaqla yanaşı, ziyarətçilərə İnternet vasitəsilə AMİ Şəki filialının rəhbəliyi ilə əlaqə qurmaq imkanı yaradılmışdır.
Sayt geniş axtarış sistemi ilə təchiz olunub bu da lazimi informasiyanın rahat tapılmasında yüksək rol oynayacaqdır. Saytın texniki göstəriciləri haqqda ətraflı məlumat təqdimat mərasimində tərtibatçı şirkət "MicroEnn Group Production"ın nümayəndələri tərəfindən veriləcəkdir.




TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

PDFÇapEmail

Ümumi məlumat:

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Tələbə Elmi Cəmiyyətinin işi AMİ-nin Elmi Şurasının 24 oktyabr 2014-cü il tarixli iclasının qərarı ilə təsdiq edilmiş “Əsasnamə”yə uyğun olaraq təşkil edilir. Hər tədris ilinin oktyabr ayında keçirilən TEC –in konfransında TEC-in şurasının tərkibi yeniləşdirilir. 14 oktyabr 2016-cı il tarixdə keçirilmiş hesabat- seçki konfransında seçilmiş yeni tərkibi

1.Feyzullayeva Səadət Teyfuq qızı-b/m.,TEC-in sədri
2.Gültac Abbaslı İmran qızı - Azərbaycan dili və ədəbiyyatı müəlimliyi ix. III kurs tələbə sədr müavini
3.Səmədova Arzu Elçin q.- Riyaziyyat informatika müəllimliyi III kurs tələbəsi-üzv
4.Xəlilova Xanım İslam q.- Tarix-coğrafiya müəllimliyi ixtisasının I kurs tələbəsi-üzv
5.Xəlilova Günay Rövşən q.- Təhsildə sosial-psixoloji xidmət ixtisasını I kurs tələbəsi-üzv
6.Əlimova Nüşabə Kamil q.- Azərbaycan dili və ədəbiyyatı müəlimliyi ix.I kurs tələbəsi-üzv
7.İdrisova Səbunə Rəfael q. – Məktəbəqədər təhsil və təlim ix. I kurs tələbəsi-üzv
8.Əliyeva Zenfira Fərman q.- Riyaziyyat informatika müəllimliyi III kurs tələbəsi-üzv
9.Nemətli Aygül Elşən q.- Riyaziyyat informatika müəllimliyi III kurs tələbəsi-üzv
10.Abdullayeva Aytac Sənan q-İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası I kurs, üzv
11.Abbaslı Nadir Nazim o.- Riyaziyyat informatika müəllimliyi III kurs tələbəsi-üzv
12.Fərhadzadə Nail Mais o.- Xarici dil ( fransız) müəlimliyi ix. I kurs tələb.-üzv
13.Muradlı Nütfullah Rövşən oğlu -Xarici dil (fransız) müəllimliyi ixti. I kurs tələbəsi-üzv
14.Lətifova Aytac Vəfa q.-Xarici dil müəllimliyi ixtisasının III kurs tələbəsi-üzv
15.Camalova Günel Cumay q.- Riyaziyyat informatika müəllimliyi III kurs tələbəsi-üzv
16.Quliyeva Lamiyə Vaqif q.- Xarici dil (İngilis dili) müəllimliyi-I kurs-üzv
17.Baloğlanlı Nərgiz Elçin qızı Təhsildə sosial -psixoloji xidmət ixtisası-II kurs-üzv
18.Abbasova Fidan Qalib qızı.- İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası - I kurs

FƏALİYYƏTİ:

Tələbə Elmi Cəmiyyətinin filialda kafedralar və qruplar üzrə nümayəndələri fəaliyyət göstərir. Filial üzrə TEC-in fəaliyyətinə “Təbiət elmləri və tədrisi metodikası” kafedrasının baş müəllimi,S.T.Feyzullayeva rəhbərlik edir. Hər tədris ilinin əvvəlində filialda TEC-in konfransı keçirilir, onun illik fəaliyyəti müzakirə olunur, təhsili başa vuraraq tərkibdən getmiş tələbələrin yerinə yeniləri seçilir. Tələbə Elmi Cəmiyyətinin məqsədi istedadlı və üstün qabiliyyətli, elmi-tədqiqat işlərinə marağı olan tələbə-gəncləri aşkara çıxarmaqdan, ölkənin iqtisadi və mədəni həyatının aktual problemlərinin həllində onların yaradıcı potensialından istifadə etmək və tədqiqatçılıq bacarıqları aşılamaqdan ibarətdir. Tələbə Elmi Cəmiyyəti seçkili müstəqil qurumdur. O, filialda Tələbə Elmi Konfransları təşkil edir, tarixi və bayram günlərində, yubileylərin keçirilməsində təşəbbüslə çıxış edir. Hər dərs ilinin əvvəlində istedadlı və qabiliyyətli tələbələr kafedralar vasitəsilə elmi tədqiqat işlərinə istiqamətləndirilir. Hər tədris ilinin aprel ayında filialda Ümuminstitut Tələbə Elmi Konfransı keçirilir. Konfranslara hazırlıq məqsədi ilə dərs ilinin əvvəlində tələbələrə kafedralar xətti ilə mövzular verilir, rəhbər təyin olunur, təşkilat komitəsi yaradılır. Konfransın proqramı hazırlanır. Konfrans plenar və bölmə iclasları şəklində iki gün davam edir. Bölmə rəhbərləri tələbə elmi tədqiqat işlərini dinləyir, çıxışları protokallaşdırır və filialın rəhbərlərinə təqdimat verir. Yekun konfransda ən yaxşı tələbə elmi-tədqiqat işləri diplom, pul mükafatı və fəxri fərmanlarla mükafatlandırılır. Filialın tələbələri Baza İnstitutu olan AMİ-də və respublika ali məktəbləri tələbələrinin hər il keçirilən Elmi Konfranslarda iştirak edirlər. Hər tədris ilinin aprel ayında filialda tələbələrin il ərzində apardıqları elmi –tədqiqat işlərinə yekun vurulur və bu məqsədlə ümumfilial Tələbə Elmi Konfransı keçirilir. 2015-2016-cı tədris ilinin may ayının 3-4 də filialda tələbə elmi tədqiqat işlərinin illik yekunlarına həsr olunmuş X Tələbə Elmi Konfransı keçirilmiş 57 nəfər tələbənin elmi tədqiqat işi plenar və bölmə iclaslarında müzakirə edilmişdir. Ən yaxşı tələbə elmi tədqiqat işinin müəllifi olan 9 tələbə I dərəcəli diplomla təltif edilmişdir. Tələbələrimizdən 7 nəfəri 2016-cı ilin noyabr ayında ADPU-da keçiriləcək tələbə elmi konfransında iştirak etmək üçün öz tezislərini təqdim etmişlər.




TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI

PDFÇapEmail

Ümumi məlumat:
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Tələbə Gənclər Təşkilatı tələbə gənclər arasında tərbiyə və idman-sağlamlıq tədbirlərinin, mədəni-kütləvi işlərin, mənəvi, estetik, ideya-siyasi, əmək tərbiyəsi vəzifələrinin həyata keçirilməsini, tələbələrin asudə vaxtının səmərəli təşkili ilə bağlı vəzifələri həyata keçirən ictimai təşkilatdır.
Filialın Tələbə Gənclər Təşkilatının idarə heyəti 19 nəfərdən ibarətdir və hər  tədris ilində tərkibcə yeniləşdirilir.
Hal-hazırda TGT-nin idarə heyəti aşağıdakı tərkibdə fəaliyyət göstərir:

Həmidov Elçin Elman oğlu – sədr, X/d IV

Hacıyeva Pərvanə Rafael qızı  sədr müavini, X/d IV

Amani Bəhram Hikmət oğlu.

İsrafilli Türkanə Abbas qızı – üzv, X/d IV

Usayev Kamran Məhəmməd oğlu.

Cabbarov Rafiq Kamran oğlu.

İsmayılzadə Vüsal Elşad oğlu.

Məmmədova Arzu Elxan qızı.

Məmmədseyidova Şəfa Əliyar qızı.

Mustafazadə Zülayə Tərlan qızı.

Mustafayev Rüfət Sabir oğlu.

Gülməmmədova Sürəyya İlham qızı.

Qarayeva Həcər Lətif qızı.

Məmmədova Əsmər Elman qızı.

Qədirzadə Səbinə Bəşarət qızı.

Mustafayev Elnur Heybət oğlu.

Hacıyev Zikir Şahvələd oğlu.

Məmmədov Fərid Namiq oğlu.

Ramazanov Nicat İsmayıl oğlu-üzv TC-IV

Məmmədova Səidə Mübariz qızı.

İsmayılzadə Ülkər Qurbanəli qızı.

FƏALİYYƏTİ:
Tələbə-Gənclər Təşkilatıfilialda müstəqil fəaliyyət göstərən çevik təşkilatdır. O, Şəki şəhər Gənclər və İdman idarəsi ilə sıx əməkdaşlıq əsasında fəaliyyət göstərir.
2011-2012-ci tədris ilinə aid iş planında təşkilatın illik iş planında 28 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuş və onların hər biri uğurla icra olunmuşdur. Həmin tədbirlər aşağıdakılardır:
- Təşkilatın illlik fəaliyyət strategiyasının hazırlanması müzakirə və təsdiq edilməsi;
- Tələbələr arasında növbətçiliyin təşkili;
- “Tələbə” adlı aylıq divar qəzetinin hazırlanması;
- “Ramazan” bayramı münasibətilə Şəki şəhər Qarışıq tipli internat məktəbə bayram sovqatının aparılması və uşaqlar üçün ədəbi-bədii əyləncənin təşkili;
- İngilis dilində aylıq “Deyli nyus” adlı divar qəzetinin buraxılması;
- 5 oktyabr “Müəllim günü”nün, 18 oktyabr “Dövlət Müstəqilliyi günü”nün qeyd edilməsi;
- Azərbaycan gənclərinin V forumunda filialın gənclərinin iştirakını təmin etmək;
- 09 noyabr "Bayram günü" qeyd edilməsi;
- 19-21 noyabr - Vətəndaş cəmiyyətində Debat İctimai birliyinin rəhbərliyi və TGT-nın dəstəyi ilə Regional Debat turniri keçirilməsi;
08.11-05.12 - tarixlərində TGT-nın təşkilatçılığı ilə Tələbələrin asudə vaxtlarının səmərəliu keçirilməsi üçün "Azərbaycan kinosu həftəsinin keçirilməsi;
-06.12.2012 - tarixdə tələbələr arasında "Elm Cəmiyyətin günəşidir" devizi altında bilik yarışın keçirilməsi və mükafatlandırılması;
- 12 dekabr - Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü münasibətilə elmi konfrans keçirmək;
- 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi gününün və “Yeni il” bayramı münasibətilə ədəbi-bədii gecə keçirmək;
- 02.02.2012 Şəki şəhər Gənclər və idman idarəsinin və AMİ-nin Şəki filialının təşkilatçılığı ilə "Gənclər Günü" qeyd edildi;
- “20 yanvar-Ümumxalq hüzn günü”, 26 fevral “Xocalı faciəsi” günləri ilə əlaqədar anım mərasimlərini təşki etmək;
- 8 mart –“Qadınlar günü” və “Novruz” bayramı münasibətilə bayram şənlikləri keçirmək;
- 31 mart –“Azərbaycanlıların soyqırımı” günü ilə əlaqədar elmi-nəzəri konfrans keçirmək;
- 19.04.2012 - tarixində vətəndaş cəmiyyətində Debat İctimai birliyinin rəhbərliyi və TGT-nin dəstəyi ilə Regional Debat turnirinin keçirilməsi;
- 23.04.12 - Tarixində filialda TGT-nin təşkilatçılığı ilə qruplararası bilik yarışmasının keçirilməsi və mükafatlandırılması
25.04.12 - Gənc navatorlar birliyinin və TGT-nın təşkilatçılığı ilə istedadlı gənclərin əl işlərin sərgisini təşkili və qalıblərin mükafatlandırılması;
- H.Əliyevin anadan olmasının 88 illik yubileyi münasibətilə -Elmi –nəzəri konfrans keçirmək;
- 28 may –Respublika gününə həsr olunmuş konfrans keçirmək;
- IV kurs tələbələri üçün “Məzun-2012” buraxılış gecəsinin keçirilməsi;
- Tələbələrin respublikanın müxtəlif görməli yerlərinə ekskursiyalarının təşkil olunması;
Filialın Tələbə Gənclər Təşkilatı hər il tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə Şəki şəhər Gənclər və İdman İdarəsi ilə birlikdə genişmiqyaslı tədbirlər keçirir, tələbə gənclərin sağlam həyat tərzinə yiyələnməsi, sağlamlığıının qorunması sahəsində məqsədyönlü iş aparır.
Hər tədris ilinin sonunda TGT-nın sədri təşkilatın illik fəaliyyəti haqqında filialın və Gənclər İdman idarəsinin rəhbərliyinə yazılı hesabat verir.

Bundan əlavə filialda TGT_nin işinə nəzarət üçün Təftiş komissiyası fəaliyyət göstərir. tərkibi 5 nəfər üzvdən ibarətdir.

Məmmədov Fərid Eyvaz oğlu

İsfəndiyarzadə Çinarə Cahangir qızı.

Məmmədova Aysel Xamis qızı.

Zeynalova Səkinə Fizuli qızı.




Səhifə 1 > 4-dən

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar. HEYDƏR ƏLİYEV.

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

Əla - 49.5%
Yaxşı - 17.2%
Qənaətbəxş - 14%
Bəyənmədim - 19.3%

Nəticə: 430
The voting for this poll has ended on: 19 Dek. 2016 - 00:00

QALEREYA

KEÇİDLƏR

 

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp