Fəxrİ lövhə

Elmlər doktoru - 4 nəfər
Fəlsəfə doktoru - 17 nəfər
Professor - 3 nəfər
Dosent - 6 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 38 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

KEÇİDLƏR

Statistika

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1308
mod_vvisit_counterDünən2005
mod_vvisit_counterBu həftə3313
mod_vvisit_counterKeçən həftə17920
mod_vvisit_counterBu ay50520
mod_vvisit_counterKeçən ay58570
mod_vvisit_counterCəmi2963454

Sizin İP: 54.211.148.181
 , 
Tarix: Yan. 24, 2017

Tərcümə et

English Russian
Cümə axşamı, 16 Sentyabr 2010

TƏBİƏT ELMLƏRİ VƏ TƏDRİSİ METODİKASI KAFEDRASI

PDFÇapEmail

İBRAHİMOV FİRƏDUN NADİR OĞLU

Ibrahimov Firedun

Pedaqoji üzrə elmlər doktoru, professor.

QISA BİOQRAFİK MƏLUMAT

1952-ci ildə Şəki rayonunun Qudula kəndində anadan olmuşdur. 1958-1965-ci illərdə Şəki rayon Qudula kənd səkkizillik, 1966-1968-ci illərdə Şəki şəhər 3 saylı orta məktəbdə ümumi orta təhsil almışdır. 1972 –ci ildə ADPİ-nin riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1982-ci illərdə ADPİ-nin aspiranturasında qiyabi təhsil almış, 1982-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər namizədi dərəcəsi almışdır. 1998-2000-ci illərdə AETPEİ-da doktorantura hazırlığı keçmişdir. 2006-cı ildə “Alqoritmik və evristik fəaliyyətlərin optimal münasibətlərinin əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqogika üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. AMİ-nin Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının müdiri və professorudur. 2009-cu ildən Rusiya Sosial ve Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali, 1972-ci ildə ADPU-nun riyaziyyat fakultəsini bitirmişdir.
1982-ci ildə namizədlik dissertasiyası müdafiə edərək p.e.n. alimlik dərəcəsi almışdır.
2006-cı ildə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
2008-ci ildə dosent elmi adı almışdır.
2014-cü ildə professor elmi adı almışdır.
2014-cü ildən AMİ-nin Şəki filialında Təbiət elmləri və tədrisi metodikası kafedrasının professoru və müdiridir.

ƏMƏK FƏALİYYƏTİ

1972-1973-cü illər. Şəki rayon Təpəcənnət kənd məktəbində müəllim.
1973-1982-ci illər. Şəki rayon Baltalı kənd orta məktəbində müəllim və direktor.
1982-1992-ci illər. BPKİA və YH-nin Şəki filialının direktoru.
1993-cü il. Şəki şəhər 17 saylı orta məktəbin direktoru.
1993-2000-ci illər. BPKİA və YH İnstitutunun Şəki filialının direktoru.
2000-2005-ci illər. Şəki Şəhər İcra Hakimiyyəti Başçısı aparatında şöbə müdiri və müavin əvəzi.
2005-2010-cu illər , Şəki Şəhər Təhsil Şöbəsinin müdiri.
2006-2014-cü illərdə AMİ-nin Şəki filialının Ümumelmi fənlər kafedrasında baş müəllim, dosent, professor.
2009-cu ildən Azərbaycan Respublikasının Əməkdar müəllimidir.
2014-cü ildən hal-hazıradək AMİ-nin Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının professoru və müdiri.


TƏDQİQAT SAHƏSİ

Təhsilin tarixi və nəzəriyyəsi.

BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

2002-ci ildə Sank-Peterburq şəhərində keçirilən “Dözümlülüyün pedaqoji aspektləri” probleminə həsr olunan konfransda iştirak etmiş və sözügedən problemin nəzəri aspektləri ilə bağlı çıxış etmişdir.
2011-2014-cü illərdə Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən VII, VIII, IX Beynəlxalq simpoziumlarda iştirak etmişdir.
Azərbaycanda AMİ-nin təşkilatçılığı ilə “Müəllim hazırlığının aktual problemləri”nə həsr olunmuş II, III Beynəlxalq Elmi Konfranslarda iştirak etmişdir.
Təhsil Problemlər İnstitutunun 2013-cü ildə təşkil etdiyi “Təhsilin aktual problemləri”nə həsr olunmuş Beynəlxalq konfransda iştirak etmişdir.

DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ

1. Natural ədədlər üzərində əməllərin mənimsədilməsinin alqoritmik əsasları. Bakı, Mütərcim, 1999.
2. Təlim fəaliyyətinin idarə olunmasının formal, dialektik və qeyri-səlis məntiqi. Bakı, Mütərcim, 2003.
3. Müstəqil iş (reproduktiv və produktiv) mühitinin tənzimlənməsinə yönələn tapşırıqlar. Mütərcim, Bakı, 2007.
4. Pedaqogikaya giriş. Bakı, Mütərcim, 2008.
5. Ümumi pedaqogikadan mühazirələr. Bakı, “Mütərcim”, 2010
6. Didaktika. Bakı, “Mütərcim”, 2011.
7. “Didaktika” fənni üzrə proqram. Mütərcim, Bakı, AMİ, 2011.
8. Pedaqogika (dərslik).2 cilddə.Bakı, Mütərcim, 2013.
9. Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikası (dərs vəsaiti). Bakı, Mütərcim, 2014.
10. Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikası (dərs vəsaiti), II nəşr. Bakı, Mütərcim, 2015
11. Ümumtəhsil məktəbi pedaqogikasından mülahizələr (dərs vəsaiti), Bakı, Mütərcim, 2015


KAFEDRADA TƏDRİS OLUNAN FƏNLƏR

Bakalavr təhsil pilləsində:

1. Həndəsə (Riyaziyyat və informatika ixtisasında)
2. Diferensial tənliklər (Riyaziyyat və informatika xtisasında)
3. Riyazi fizika tənlikləri Riyazi analiz (Riyaziyyat və informatika ixtisasında)
4. Cəbr (Riyaziyyat və informatika ixtisasında)
5. Ehtimal nəzəriyyəsi və riyazi statistika (Riyaziyyat və informatika ixtisasında)
6. Nəzəri fizika (Riyaziyyat və fizika ixtisasında)
7. Elektrotexnika və radiotexnika (Riyaziyyat və fizika ixtisasında)
8. Nəzəri mexanika (Riyaziyyat və fizika ixtisasında)
9. Funksiyalar nəzəriyyəsi və funksional analiz (Riyaziyyat və informatika ixtisasında)
10. RİKNƏ (İTPM ixtisasında)
11. RİKTM (İTPM ixtisasında)
12. Riyaziyyatın tədrisi metodikası (Riyaziyyat və informatika ixtisasında)
13. İnformatika və onun tədrisi metodikası ( Riyaziyyat və informatika ixtisasında)
14. RÇDYOMH (Riyaziyyat və informatika ixtisasında)
15. Elementar riyaziyyat (Riyaziyyat və fizika ixtisasında)
16. İnformatika (Riyaziyyat və informatika, İTPM,Xarici dil, Tarix və coğrafiya ixtisaslarında)
17. Hesablama riyaziyyatı (Riyaziyyat və fizika ixtisasında)
18. Azərbaycan coğrafiyası (İTPM ixtisaslarında)
19. Biocoğrafiya (Tarix və coğrafiya ixtisasında)
20. Ətraf aləmlə tanışlığın tədrisi metodikası (MTPM ixtisasında)
21. Həyat bilgisi və onun tədrisi metodikası (İTPM ixtisasında)
22. Uşağın anatomiya, fiziologiya və gigiyenası. (İTPM ixtisasında)
23. Ətraf aləmlə tanışlıq. (İTPM ixtisasında)
24. Tibbi biliklər. (İTPM, Filologiya ixtisasında)
25. Mülki müdafiə (Filologiya ixtisasında)

KAFEDRA MÜƏLLİMLƏRİNİN ELMİ-PEDAQOJİ TƏRKİBİ

Kafedrada 2 elmlər doktoru, 6 nəfər elmlər namizədi, 1 nəfər professor, 9 nəfər baş müəllim, 17 nəfər müəllim vəzifəsində çalışır. Kafedra əməkdaşlarından 3 nəfəri dissertantdır.

KAFEDRANIN ŞTAT CƏDVƏLİ

1. Dosent, f.r.ü.elmler.dok. - Rafiq Abduləli oğlu Rasulov
2. Professor, ped.e.d. – Firədun Nadir oğlu İbrahimov
3. Dosent, f.r.e.n. - Yusif Hacıbala oğlu Şükürlü
4. B.e.n, baş müəllim Qəzənfər Musa oğlu Əliyev
5. G.m.e.n., baş müəllim - Hüseyn Lütvəli oğlu Mustafabəyli
6. Baş müəllim - Xuraman İsa qızı Həmidova
7. Baş müəllim - Gülnara Qurbanəli qızı Abdurrahmanova
8. Baş müəllim - Mehriban Nurməmməd qızı Kərimova
9. Baş müəllim - Səadət Teyfuq qızı Feyzullayeva
10. Baş müəllim - Vüqar Əbülfət oğlu Abdurahmanov
11. Müəllim - Sevinc İlqar qızı Kərimova
12. Müəllim - Tahirə Məmmədsaleh qızı Abdulxalıqova
13. Müəllim - Amalya Şirəli qızı Məhərrəmova
14. Baş müəllim - Aysel Beybala qızı İmanova
15. Baş müəllim - Kifayət Fikrət qızı Şirinova.
16. Müəllim - Qafqaz Məhəmmədhəsən oğlu Ağabalayev.
17. Müəllim - Şirəli Abbas oğlu Abbasov.
18. Müəllim - Sahib Camı oğlu Camıyev.
19. T.ü.f.d. Müəllim - Tofiq Vahid oğlu Mehdiyev.
20. Müəllim - Sevinc Akif qızı Əmrahova.
21. Müəllim - Gülnarə Bəhram qızı Qarayeva.
22. Müəllim - Nuranə Bəhram qızı Cəbrayılova.
23. Müəllim - Ulduz Əli qızı Əbdurəhimova.
24. Müəllim - Natiq Muxtar oğlu Salamov.
25. Müəllim - Xan Abubəkir oğlu İlyasov.
26. t.ü.f.d. Müəllim - Etibar Əsabəli oğlu Kərimov
27. Müəllim - Daşqın Rasim oğlu Yunusov
28. Müəllim - Könül Qurbanəli qızı Süleymanova
29. Müəllim - Ulduz Akif qızı Əbdürrəhimova





Humanitar Elmlər Kafedrası

PDFÇapEmail

FƏRMAN QƏHRƏMAN OĞLU İSMAYILOV

Ismayilov-FermanFəlsəfə elmləri doktoru, professor. Humanitar elmlər kafedrasının müdiri.

QISA BİOQRAFİK MƏLUMAT
1936-cı ildə Şəki rayonunun Göynük kəndində anadan olmuşdur. 1946-1956-cı illərdə Göynük kənd orta məktəbində oxumuşdur. 1957-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub. 1962-ci ildə həmin institutu “Orta məktəbdə ingilis dili və natamam orta məktəbdə Azərbaycan dili və ədəbi qiraət müəllimi” ixtisası üzrə bitirmişdir. 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutda müəllim kimi fəaliyyətə başlamışdır. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda dosent, 1978-1999-cu illərdə Azərbaycan Dövlət Universitetində dosent, 1991-2001-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında direktor, 2001-ci ildən hal-hazıra qədər Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında Kafedra müdiri və professor kimi fəaliyyət göstərir. 2012-ci ildə də o "İlin alimi" elan olunmuşdur. Tədris və elmi fəaliyyətindəki uğurlarına görə o, dəfələrlə Təhsil Nazirliyinin, BDU-nun "Fəxri Fərmanı , "Təhsil əlaçısı" döş nişanı ilə təltif olunmuşdur. Azərbaycan Prezidenti yanında İdarəetmə Akademiyasında fəaliyyət göstərən doktorluq dissertasiyası üzrə Müdafiə Şurasının üzvüdür. Ona qədər elmlər nazmizədi yetişdirmiş, çoxlu aspirantlara, o cümlədən xarici vətəndaşlara elmi rəhbərlik etmiş və etməkdədir.
Fərman İsmayılov Nəsimi rayonunun Xalq Deputatları sovetinə üç dəfə deputat seçilmişdir. Ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür. 1999-cu ildə İstanbul Universitetində üç aylıq yaradıcılıq məzuniyyətində olmuş, Mərmərə və Beykənd Universitetlərində mühazirələrlə çıxış etmişdir.
Ailəlidir, 3 övladı var.


TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1957-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olmuş və oranı 1962-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
1966-cı ildə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına qəbul olmuşdur.
1970-ci ildə Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi,alimlik dərəcəsi almışdır.
1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “İdrak nəzəriyyəsi və linqivistik təhlil”  mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır.
2004-cü ildə ona professor elmi adı verilmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1992-ci ildən 2000-ci ilədək  BDU-nun Şəki filialının direktoru vəzifəsində çalışmışdır.
2000-cü ildən hazıra kimi AMİ-nin Şəki filialında Fəlsəfə fənnini  tədris edir.
2001-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Humanitar elmlər”  kafedrasının müdiridir.
Tədris etdiyi fənn: Fəlsəfə

TƏDQİQAT SAHƏSİ:

Müasir Qərb fəlsəfi tarixi.

DƏRSLİK VƏ DƏRS VƏSAİTLƏRİ

“XX əsr fəlsəfəsinə dair oçerklər” B, 1992, 14 ç.v.
“Ziqmund Freyd”, B,1998, 13,5 ç.v.
“XX əsr Qərb fəlsəfəsi tarixi” I cild, B., “ Təhsil”, 1999, 26 ç.v.
“XX əsr Qərb fəlsəfəsi tarixi” Bakı,  II cild ,B.,”Təhsil”, 2000, 41,5 ç.v.
“Dilin metafizikası” B,2002, 31,7 ç.v.
“Klassik psixoanalizin əsasları” B, 2003, 19,8 ç.v.

MONOQRAFİYALARI

Обыденный язык и философия. Б., «Элм”, 1970, 1 п.л.
Müasir pozitivizm. B., “Azərnəşr”, 1975, 4 ç.v.
Antikommunizm və insan problemi. B., “Elm”, 1978, 4 ç.v.
Müasir burjua fəlsəfəsinin böhranı.B., “Azərnəşr”, 1981, 6 ç.v.
XX əsr fəlsəfəsinə dair oçerklər. B., “Təhsil” 1994, 8 ç.v.
İnsan və dünya. B., 1996, “Kitab palatası”, 16 ç.v.
İdrak nəzəriyyəsi və lnqvistik analiz. B., “Elm” , 1996, 5 ç.v.
“Rene Dekart” B, 2008

METODİK VƏSAİTLƏRİ

Müasir Qərb fəlsəfəsi. B, 1991, 17,5 ç.v.
İnsan və dünya B, 1994, 15,75 ç.v.
İnsan Məninin fenomenologiyası
Müqəddəs od yaxud fəlsəfənin fəlsəfəsi

MƏQALƏLƏRI
Что такое философия лингвистического анализа. Журнал «Агитатор» Б., 1967, № 4, 0,5 п.л.
Английская лингвистическая философия о природе философского познания. Известия АГУ, серия «История и философия», 1970, №2, 0,5 п.л.
Fəlsəfə və dil. “Elm və həyat”, B., 1972, N 10, 0,5 ç.v.
Müasir insanlığın böhranı haqqında əfsanə. “Azərbaycan kommunisti”, B., 1978,   N 6, 0,5 ç.v.
Метафизика здравого смысла. “Sosial –siyasi problemlər “ jurnalı. B., 2008,  N 2, 0,7 ç.v.
Философия духа Д.Р.Райла. «Fəlsəfə və sosial- siyasi elmlər”. B., 2008, N 3, 0,7 ç.v.

TEZİSLƏRİ

Дж. Локк и некоторые вопросы философии языка. Материалы научной конференции молодых учёных республики. (Тезисы докладов) Б.,1967.    0,1 п.л.
Критика знаковой теория языка. Материалы научно- теоретической конференции преподавателей АПИ Русского Языка и Литературы им. М.Ф.Ахундова. Б., 1968., 0,1 п.л.


“HUMANİTAR ELMLƏR”  KAFEDRASI


AMİ-nin Şəki filialının Humanitar elmlər kafedrası filial direktorunun 02 sentyabr 2002-ci il tarixli 65/35 nömrəli §3 əmri ilə yaradılmışdır. Həmin ildən kafedraya f.e.d., professor Fərman Qəhrəman oğlu İsmayılov rəhbərlik edir.
2015-2016-ci tədris ilində kaferada 20 nəfər müəllim çalışır ki, onlardan 3 nəfəri elmlər doktoru (prof. F.Q.İsmayılov və t.e.d. M.İ.Əmrahov, f.e.d. C.E.Feyziyev), 3 nəfəri elmlər namizədi (Z.Ə.Cavadova, S.Ə.Quliyev, V.B.Baxışov), 6 nəfəri baş müəllim (T.Məhərrəmov, İ.Süleymanova, P.Zakirova, H.Manaflı, V.Aslanov, M.Eminova), 8 nəfər müəllim (R.Əhmədova, N.İbrahimova, İ.Abdulsəlimli, A.Cavadova, N.Salamov, E.Cabbarova, V.Şükürov, K.Kərimova) kimi, eləcə də 1 nəfər laborant fəaliyyət göstərir.
Cari tədris ilində kafedraya 5585 saat dərs yükü ayrılmışdır ki, bunun da 551 saatı pedaqoji təcrübə saatlarıdır. Hazırda kafedra xətti ilə müəllimlərimiz tərəfindən müxtəlif ixtisaslar üzrə 4 kursda 28 fənn tədris olunur.
Kafedramızın üzərinə düşən problem mövzu və elmi istiqamət
aşağıdakı kimidir:
Elmi istiqamət: HS 070100 –Tarix; HS 020100-Filologiya; HS 000000 –Humanitar və sosial elmlər; M011300- Pedaqogika və psixologiya.
Təhsilin İnkişaf üzrə Dövlət Strategiyasının tələbləri baxımından müəllim hazırlığına və təhsilin məzmununa yeni yanaşmalar.
Problemlər:
Humanitar və təbiət fənlərinin öyrənilməsinin müasir problemləri və tədrisin təkmilləşdirilməsi
I mərhələnin mövzuları aşağıdakı tərkibdədir.
1. B.m. Məhərrəmov Tahir Məhərrəm oğlu- I mərhələ. Erməni terror təşkilatlarının yaranması
2. B.m. Zakirova Pakizə İsrail qızı - I mərhələ. Qədim Şərq ədəbiyyatı nümunələrinin tədrisi
3. B.m. Süleymanova İlahə İzzət qızı - I mərhələ. B.Vahabzadənin poema yaradıcılığı
4. M. Şükürov Vaqif Kamal oğlu- I mərhələ. Stalin hakimiyyətinin son dönəmində Azərbaycanda ictimai-siyasi durum
5. M. İbrahimova Nübar Natiq qızı- I mərhələ. İXX əsrin əvvəllərində inqilabi demokratların uşaq ədəbiyyatı sahəsində fəaliyyəti
6. M. Salamov Natiq Muxtar oğlu - I mərhələ. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı
7. B.m. Manaflı Həbibullah Şirin oğlu - I mərhələ. M.F.Axundzadənin tarixşünaslığa dair fikirləri
8. M. Abdulsəlimli İbrahim Məmmədrahim oğlu- I mərhələ. Azərbaycan ali təhsil sisteminin mövcudvəziyyəti və perspektivlər
9. M. Əhmədova Rasimə Şamil qızı - I mərhələ. C.Məmmədquluzadənin ədəbi mühiti
10. M.Kərimova Könül Telman qızı- I mərhələ. Gənclər siyasətinin formalaşmasında Ümummilli lider H.Əliyevin rolu
11. B.m.Eminova Mirvari Abduləli qızı- I mərhələ. Tarixin tədrisində multimediya-kompüter texnologiyalarından istifadə.
Qeyd etmək lazımdır ki, müəllimlərimizin elmi-tədqiqat işi sahəsində bir sıra uğurları da vardır:
1.Aslanov V. “Hələ də susan daşlar”. 23 may 2015-ci il. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Slavyan Universitetinin xəbərləri. Bakı, 2015. N32-33 (məqalə)
2.Aslanov V. “Vaqif Aslanın şeirləri və tərcümeyi –halı”. Avrasiya şairləri Antalojisi. 2 cild. 2015. Ankara. Səh 153-1541
3.Aslanov V. “Hüseyn xan Müştaq (xronika)”. “Orxan” NPM, Bakı, 2015. 320 səh. (kitab)
4.Əmrahov M. “Şəkidə təhsil. Tarix, inkişaf yolu”. AMEA-nın AşBakıxanov adına tarix institutu. 522 səh (kitab)
5.Abdulsəlimli İ. «Проблема обеспечения качества в образования». Вектор науки Тольяттинского Государственного Университета. 2015. №1(20). Россия. стр.11-14 (məqalə)
6.Manaflı H. “Tariximiz poetik etüdlərdə: təhrifdən gerçəyə doğru”. Bakı, 2015.
KAFEDRADA TƏDRİS OLUNAN  FƏNLƏR:

Kafedra müəllimləri tərəfindən bakalavr pilləsində aşağıdakı fənlər tədris olunur.
İsmayılov Fərman - Seçmə fənn: Fəlsəfə
Əmrahov Mais - Azərbaycan tarixi-1, Azərbaycan tarixi-3
Aslanov Vaqif - Azərbaycan ədəbiyyatı tarixi-2, S.f. Ədəbi tənqid tarixi
Məhərrəmov Tahir - Müasir tarix, S/f. Azərbaycan xalqının mənbəşünaslığı, S/f. Toponimika
Salamov Natiq - S.f. Az. Resp. Kons. və Hüququn əsasları
Manaflı Həbibullah- Orta əsrlər tarixi, Azərbaycan tarixi
Eminova Mirvari - Azərbaycan tarixi, Tarixin tədrisi metodikası, S.f. Azərbaycan xalqının etnogenezi, Ümumi təhsil kurrikulumunun əsasları
Quliyev Seyidməmməd - Seçmə fənn: Politologiya
Baxışov Vüsal - Türk xalqları tarixi
Şükürov Vaqif - Arxeologiya, S.f. Şərqi Avropa xalqları tarixi
İbrahimova Nübar - S.f. İfadəli oxu, İfadəli oxudan praktikum, S.f. Uşaq ədəbiyyatı
Zakirova Pakizə - Dünya ədəbiyyatı-1, Dünya ədəbiyyatı-3, S.f. Nitq inkişafı metodikası
Süleymanova İlahə - Ədəbiyyatşünalığa giriş
Əhmədova Rasimə - İfadəli oxudan praktikum
Cəlilova Elnarə - S.f. Etnoqrafiya
Kərimova Könül - S.f. Politologiya

ELMİ-PEDAQOJİ KADRLARIN, GƏNC MÜTƏXƏSSİLƏRİN HAZIRLANMASI İSTİQAMƏTİNDƏ İŞ

Yaradıldığı vaxtdan bu günə qədər kafedranın profilinə uyğun 2 doktorluq, 1 namizədlik dissertasiyası müdafiə edilib.

DOKTORLUQ DİSSERTASİYALARİ

“İdrak nəzəriyyəsi və linqivistik təhlil”  - F.Q.İsmayılov (1997- ci il)
“Azərbaycan mədəniyyəti ikinci dünya müharibəsi illərində” – M.İ.Əmrahov (2006).

NAMİZƏDLİK DİSSERTASİYASI

“Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat” (XIX əsrin əvvəlləri – 70-ci illəri)  - Z.Ə.Cavadova (2004-cü il).
"Səfəvilər dövründə çuxur - səd Bəylərbəyliyinin sosial-iqtisadi həyatı" - V.B.Baxışov - (2014-cü il)
Kafedranın müəllimlərindən :
1) Abdulsəlimli İbrahim - Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının doktorantıdır.
2) Şükürov Vaqif - BDU-nin Tarix fakultəsinin doktorantıdır.
3) Eminova Mirvari - Tarix İnstitutunun doktorantıdır.
4) Süleymanova İlahə - AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun disserdantıdır.
5) Əhmədova RAsimə - BDU-nin doktorantıdır.
6) Zakirova Pakizə -



MÜAVİNLƏR

PDFÇapEmail


ABDULLAYEVA GÜLARƏ ABDURAHMAN QIZI


Abdullayeva-Gulare-(1)Filologiya elmləri namizədi, dosent, tədris işləri üzrə direktor müavini

QISA BİOQRAFİK MƏLUMAT

1970-ci ildə Şəki rayonunda anadan olub. 1977-1987-ci illərdə Şəki rayon Qoxmuq kənd orta məktəbində, 1987-1992-ci illərdə N. Tusi adına ADPU-nun Filologiya fakültəsində, 1992-1995-ci illərdə həmin universitetdə “Xalqların dilləri” ixtisası üzrə aspiranturada təhsil almışdır.1995-ci ildən 2000-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında baş müəllim, ictimai əsaslarla “Dillər” kafedrasının müdiri, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Müəllimlər İnsitutunun Şəki filialında fəaliyyətini davam etdirir. 2001-ci ilin avqustunda G.Abdullayeva  Azərbaycan Müəllimlər İnsitutunun Şəki filialında tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Hazırda o, həmin vəzifədə işləyir. Ailəlidir, bir övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1987-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini,
1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasını bitirmişdir.
2000-ci ildə “Azərbaycan dilində -sa/-sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi adını almışdır.
2014-cü ildə AAK-in qərarı ilə dosent elmi adını almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1992-ci ildə şəki rayon Qoxmuq kənd orta məktəbində müəllim,
1995-ci ildə M. Ə. Rəsilzadə adına BDU-nun Şəki filialında baş müəllim,
1997-ci ildə Dillər kafedrasının müdiri,
2000-ci ildə AMİ-nin Şəki filialında baş müəllim,
2001-ci ildə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.

TƏDQİQAT SAHƏSİ

Azərbaycan dili

TƏDRİS ETDİYİ FƏNLƏR:

Müasir Azərbaycan dili.

Nəşr olunmuş əsərləri:

1.-sa/-sə şəkilçisinin tədqiqi tarixinə bir nəzər. Azərb. Resp. Pedaqoji Ali məktəb aspirantlarının
Elmi konfr. tezisləri, Bakı,1994, s.61-62.
2. Qədim türk yazılı abidələrinin dilində -sar,-sər şəkilçisi.“Tarixi-linqvistik fənlərin tədrisi problemləri” jurnalı, Bakı,1994, s. 92-94.
3.M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində -sa/-sə şəkilçisi.“Pedaqoji universitet xəbərləri” jurnalı, N 2, Bakı,1994, s. 40-45.
4.-sa/-sə şəkilçisinin morfoloji xüsusiyyətləri.“Dil məsələlərinə dair tematik toplu”, N 2, Bakı,1994. s. 97-99.
5.Azərbaycan dilində -sa/-sə şəkilçisinin sintaktik xüsusiyyətləri. Gənc alimlərin və aspirantların respublika konfransının tezisləri, Bakı, 1995, s. 62.
6.-sa/-sə şəkilçisinin genezisi. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 3-6.
7.-sa/-sə şəkilçisinin praforması. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 7-12.
8.-sa/-sə morfoloji-sintaktik əlamətli koordinativ şərt konstruksiyaları. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 55-57.
9.Fellərdə şərt məzmununun ifadə formaları-“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2007, s. 3-6.
10.Vaqif Aslanın şeirlərinin dili--“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2009, N 6, s. 94-99
11. İbtidai siniflərdə Azərbaycan dili dərslərində interaktiv təlim metodlarından istifadə-“Pedaqoji Universitet xəbərləri”, 2009, N 6, s. 205-209
12. Müasir Azərbaycan dilində qarışıq tipli tabesiz mürəkkəb cümlələr--“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2010, N3, s. 3-7
13. Müasir Azərbaycan dilində qarışıq tipli tabeli mürəkkəb cümlələr-“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2010, N 6, s. 3-7
14. Azərbaycanda əlifba islahatı sahəsində Mirzə Fətəli Axundzadənin təşəbbüsləri - -“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2013, N 4, s. 3-6.
15. Sintaksisin tədrisində yeni təlim texnologiyalarından istifadə - "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" - "Bakı Slavyan Universitetinin xəbərləri" , 2015, N 1, s. 125-130.

Kitabları:

1.Azərbaycan dilində -sa, -sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, “Elm”, 2000,120 səh.
2.Müasir Azərbaycan dili. II hissə.(Morfologiya, sintaksis). Dərs vəsaiti. Bakı, “Elm və təhsil”, 2013. 308 səh.
3. Ali və orta məktəblərdə Azərbaycan dilinin inteqrativ tədrisi. Metodik vəsait. Bakı, “Müəllim”, 2014. 164 səh.

Proqramlar:

1. Seçmə fənn: Ədəbi tənqid tarixi. Bakı. “Müəllim”, 2014.
2. Müasir Azərbaycan dili. Bakı, “Müəllim”, 2014.

Tel: +(994 24) 246 06 65

ÇƏLƏBİYEV NURALI ZƏRBALI OĞLU

 

Celebiyev-Nureli-(2).jpgPedaqoji elmlər namizədi, dosent, elmi işlər üzrə direktor müavini

QISA BİOQRAFİK MƏLUMAT

1959-cu ildə Oğuz rayonunda anadan olub.1967-1975-ci illərdə Oğuz rayon Bucaq kənd səkkizillik məktəbində, 1975-1977-ci  illərdə Oğuz şəhər 2 saylı orta məktəbdə oxuyub. 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1981-1993-cü illərdə Oğuz rayonunda orta məktəbdə müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, Oğuz Rayon Təhsil Şöbəsində metodist və məktəb inspektoru vəzifələrində işləmişdir. 1993-cü ildən 2000-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışmışdır. 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradıldıqdan sonra orada dosent, kafedra müdiri kimi fəaliyyətini davam etdirmişdir. 2006-cı ildən elmi işlər üzrə direktor müavini vəzifəsin də işləyir. Filialın “Ümumelmi fənlər  kafedrasının dosentidir. 2009-cu ildə Təhsil Nazirliyinin Kollegiya qərarı ilə "Fəxri Fərmanla təltif edilmiş, 2011-ci ildə "Qızıl Qələm" Media Mükafatına layiq görülmüşdür. Ailəlidir. 3 övladı, 4 nəvəsi var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında yaş və pedaqoji psixologiya ixtisası üzrə təhsil almışdır.
1991-ci ildə namizədlik: “Altıyaşlıların birinci sinifdə riyaziyyatı mənimsəmələrinin pedaqoji psixoloji imkanları”
2008-ci ildə “dosent” elmi adına layiq görülmüşdür.

ƏMƏK FƏALİYYƏ

1981-1982-ci illərdə Oğuz Rayon Astraxanovka kənd orta məktəbində müəllim
1982-1983-cü illərdə Oğuz Rayon Qarabulaq kənd orta məktəbində müəllim
1983-1986-cı illərdə Oğuz Rayon  Muxas kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini
1987-1990-cı illərdə Oğuz Rayon Təhsil şöbəsində metodist
1990-1993-cü illərdə Oğuz Rayon Təhsil şöbəsində məktəb inspektoru
1993-1994-cü illərdə Bakı Dövlət Universitetinin Şəki filialında “Ümumelmi fənlər” kafedrasında baş müəllim.
1994-1995-ci illərdə BDU-nun Şəki filialında ictimai əsaslarla dekan
1995-2000-ci illərdə BDU-nun Şəki filialında “Ümumelmi fənlər” kafedranın müdiri
2000-2002-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında dosent
2002-2006-cı illərdə AMİ-nin Şəki filialında “Ümumelmi fənlər” kafedrasının müdiri
2006-cı ildən elmi işlər üzrə direktor müavini

TƏDQİQAT SAHƏSİ:

Təhsil sistemində psixoloji xidmətin təşkili və aktual problemləri
Ailə münasibətlərinin sosial –psixoloji problemləri
Yeniyetmə və gənclərdə deviant davranışın motivasiyası və profilaktikasının sosial-psixoloji məsələləri

BEYNƏLXALQ SEMİNAR, SİMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1989,Bakı,Məsələ həlli bacarıqlarının formalaşdırılması.//İbtidai məktəb və məkətəbəqədər tərbiyə. N 3.
2000,Bakı, Humanistləşdirmənin pedaqoji imkanlarına dair. // Təhsil, mədəniyyət, incəsənət, N 2
2000, Bakı, Erkən yaşdan təlim problemi. // İbtidai məktəb və məktəbəqədər tərbiyə, N 2
2002, Bakı, Təlimdə yeni texnologiyalar: dialoq dərslər.// Təhsil,mədəniyyəti, incəsənət, N 2
2002, Bakı. Məktəb psixoloqunun “çətin” yeniyetmələrlə işinin xüsusiyyətləri. // Təhsil, mədəniyyət,incəsənət,N 3
2003,Bakı.Məktəblilərdə emosional stressin xüsusiyyətləri.// Pedaqoji Universitetin Xəbərləri. N4
2003, Bakı. Altı yaşlı uşaqlara məktəbdə psixoloji yardımın əsas formaları. // Pedaqoji Universitet Xəbərləri, N 4
2005, Bakı. Məktəbəqədər yaşda sensor inkişafın xüsusiyyətləri.// Pedaqoji Universitet Xəbərləri, N 1
2006, Bakı. Uşaqlıq dövrünün yaş böhranları və onların psixoloji təbiəti.// İbtidai məktəb və məktəbəqədər tərbiyə, N 2
2007, Bakı.İntellekt: mənşəyi, strukturu və formalaşmasına təsir göstərən amillər. // Bakı Slavyan Universitetinin Xəbərləri. N 1
2007,Bakı. Təlimdə geridəqalmanın klinik göstəriciləri və korreksiya imkanları.// Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri. N 3
olmasının 84-cü ildönümünə həsr olunmuş “Müəllim hazırlanma siyasəti və problemləri “Beynəlxalq konfrans”
2008,Bakı,AMİ. Azərbaycan cəmiyyətinin müasir mərhələsində gənclərin əxlaqi tərbiyəsinin xüsusiyyətləri.// Respublika Elmi Konfransı.
2009,Bakı,AMİ. Müasir şəraitdə yaşlıların təhsili:problemlər və perspektivlər.// Respublika Elmi Konfransı.
2009, Bakı. “Vunderkindlər fenomeni” // Bakı Slavyan Universitetinin Xəbərləri. N 4
2010, Bakı. Pedaqoji ali məktəb tələbələrinin peşə fəaliyyətinə hazırlığının psixoloji məsələləri. //AMİ-nin xəbərləri. N 2.
2011, Bakı, Avrasiya Universiteti. Qloballaşma şəraitində humanitar elmlər aktual problemləri// Respublika elmi-praktik konfransı.
2011, Bakı, Azərbaycan Universiteti. Qloballaşma şəraitində davamlı inkişafın aktual problemləri// Beynəlxalq konfrans.
2011, Bakı, AMİ. Müəllim hazırlığının müasir problemləri// Beynəlxalq elmi konfrans.
2011, Bakı. Müasir psixoloji testlər və onların təsnifatı haqqında.// AMİ-nin xəbərləri. N 1.
2011, Bakı. Əkizlərin psixologiyası haqqında bəzi mülahizələr. // Azərbaycan Dövlər Pedaqoji Universitetin xəbərləri. N 3.
2012,Kompyuter və uşaqların fizioloji sağlamlığı.//Təhsil N-5-6
2013,Uşaqları psixi inkişafının senzitiv yaş dövrləri.// Təhsil N10
2007. Bakı, ADPU Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin anadan 
2013, Bakı, ADPU-Ali pedaqoji məktəb tələbələrinin peşə fəliyyətinə hazırlığının psixoloji problemləri// Beynəlxalq elmi konfrans
2014, Bakı. AMİ. Müəllim hazırlığının müassir problemləri: texnologiya, təhsil və inkişaf. // Beynəlxalq elmi konfrans
2014, Bakı, AMİ. Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları // Respublika elmi konfransı
2014, Bakı, AMİ. Müassir şəraitdə tərbiyə sisteminin vəziyyəti: axtarışlar, problemlər, təkliflər // Respublika elmi konfrans
2014, Bakı. Milli mənlik şüuru milli ideologiyanı formalaşdıran amillərdən biri kimi// Pedaqoji Universitet xəbərləri.N 4
2014, Bakı. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial-psixoloji rabilitasiya xidmətinin təşkili. // Respublika elmi-praktik konfransı.
2014, Bakı. Ənənəvi və interaktiv təlim metodları: müqayisələr və paralellər.// III Beynəlxaq konfrans
2015. Bakı. Ailə psixologiyası (dərs vəsaiti)


KİTABLAR:

2000,Bakı. Məktəblilərlə qabiliyyətlərin inkişafı və tərbiyəsi (metodik tövsiyə)
2003,Bakı. Psixodiaqnostika məsələləri. (dərs vəsaiti)
2005,Bakı. Uşaq psixologiyası. (dərs vəsaiti)
2009,Bakı. Təhsil sistemində psixoloji xidmət: nəzəriyyə tərbiyə və təcrübə. (dərs vəsaiti, 2 hissədə)

Tel: (+994 24) 24 6 01 02

HƏMİDOVA XURAMAN İSA QIZI

 
Baş müəllim, əlavə təhsil  üzrə  direktor müavini

QISA BİOQRAFİK MƏLUMAT

1963-cü ildə Şəki rayonunda anadan olub. 1970-1976 –cı illərdə Şəki şəhər  12 №-li  orta məktəbində, 1977-1980-ci illərdə  Şəki şəhər  10 №-li  orta məktəbində, 1980-1985-ci illərdə S. M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakultəsində təhsil almışdır. 1985-ci ildə həmin fakultəni bitirib təyinatla Şəki Dəmir Beton Ağac Məmulatı və Metal Konstruksiyaları İstehsalı Eksperimental Zavodunda iqtisadçı , 1991-ci ildə həmin müəssisədə plan şöbə rəisi vəzifəsində,1993-cü ildən 2000-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında laborant, baş laborant, müəllim, baş müəllim ,riyaziyyat və ibtidai sinif fakültələrinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Müəllimlər İnsitutunun Şəki filialında fəaliyyətini davam etdirir. 2007-2008-ci ildə “PKYH,İA və təkmilləşdirilməsi” kabinetində müdir, 2008-2009-ci ildə “Kredit sistemi və tələbə naaliyyətlərinin qiymətləndirilməsi”  kabinetində müdir, 2009-cu ilin sentyabrından Azərbaycan Müəllimlər İnsitutunun Şəki filialında əlavə təhsil üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Hazırda o, həmin vəzifədə işləyir.
1997-ci ildən YAP-ın, 2008-ci ildən YAP idarə heyətinin üzvü, 2008-ci ildən YAP Şəki Təşkilatı “Dodu” ərazi ilk təşkilatı Qadınlar Şurasının sədridir.  Ailəlidir, üç övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI.

1985-ci ildə BDU – nun tətbiqi-riyaziyyat fakultəsini bitirib.
“Baş müəllim”dir.

ƏMƏK FƏALİYYƏTİ

1985-ci ildə Şəki DBAM və MKİEZ iqtisadçı
1991-ci ildə Şəki DBAM və MKİEZ plan şöbə rəisi
1993-cü ildə BDU Şəki filialında laborant
1998-ci ildə həmin müəssisədə baş laborant
1999-cu ildə BDU Şəki filialında müəllim
2000-ci ildə AMİ-nin Şəki filialında müəllim
2001-ci ildə AMİ-nin Şəki filialında baş müəllim
1997-2007-ci illərdə ictimai əsaslarla dekan
2007-2008-ci ildə “PKYH,İA və T” kabinetinə müdir
2008-2009-cu ildə “KS və TNQ”  kabinetinə müdir
2009-cu ildə əlavə təhsil üzrə direktor müavini

SEMİNARLARDA İŞTİRAKI VƏ ALDIĞI SERTİFİKATLAR.

2004, 29 oktyabr, Azərbaycan Müəllimlər İnstitutu
2004, 30 iyun, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı 2008, 12 sentyabr, Azərbaycan Respublikası Təhsil Nazirliyi
2009 Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd" təşkilatı.
2010, 03 iyul, . Azərbaycan Dillər Universitetinin Resurs Kompleksi - Amerika Mərkəzi
2013 Azərbaycan Müəllimlər İnstitutu "Müasir Təhsil və Tədris Yardım Mərkəzi"

TƏDRİS ETDİYİ FƏNLƏR:

Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları, İnformatika və OTM

Tel: +(994 24) 24 6 05 79




DİREKTOR

PDFÇapEmail

RASULOV RAFİQ ABDULƏLİ OĞLU

Riyaziyyat üzrə  elmlər doktoru, dosent, AMİ-nin Şəki filialının direktoru
Resulov-Rafiq

Qısa Bioqrafik məlumat

1958-ci ildə Şəki şəhərində anadan olub.1965-1975-ci illərdə Şəki şəhər 7 saylı orta məktəbdə oxuyub,1980-cı ildə BDU-nun riyaziyyat fakültəsini bitirib.1980-cı ildə Şəkidə əmək fəaliyyətinə başlayıb. Evlidir 3 övladı var. YAP-ın üzvüdür.

Təhsili,  elmi dərəcəsi və elmi adları

1980-cı ildə BDU-nun riyaziyyat fakültəsini bitirmişdir.
1992-ci ildə namizədlik “Üçlaylı geoloji mühitdə tektonik dalğavari prosseslərin modelləşdirilməsi” mövzusunda namizədlik dissertastasiyası müdafiə etmişdir.
2008-ci ildən dosentdir.
2009-cu il Respublikanın əməkdar müəllimidir.
2014-cü ildə "Qeyri xətti parabolik və hiperbolik tənliklərin keyfiyyət xassələri" mövzusunda doktorluk dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyəti

1980-cı ildə Şəki Taxılçılıq sovxozu qiyabi orta məktəbinin Böyük Dəhnə tədris-məsləhət məntəqəsində müəllim,
1983-cü ildə Şəki şəhəri Seysmik stansiyada böyük texnik,
1984-cü ildə Şəki şəhəri Seysmik stansiyada mühəndis,
1989-cu ildə Şəki şəhəri Seysmik stansiyada geofizik,
1993-cü ildə M.Rəsulzadə adına BDU-nun Şəki filialında “Təbiət elmləri” kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
1994-cü ildə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.
2000-ci ildə AMİ-nin Şəki filialında tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.
2001-ci ildən hal-hazıra kimi direktor vəzifəsində çalışır.
2008-ci ildə “Təbiət elmləri və tədrisi metodikası” kafedrasında dosent vəzifəsinə seçilmişdir.

Apardığı dərslər

Diferensial tənliklər, Riyazi-fizika tənlikləri

Tədqiqat sahəsi

Qeyri-xətti xüsusi törəməli diferensial tənliklər
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
2006, Voronej, “Qeyri-xətti parabolik tənliklərin sonsuz həlləri haqqında” Rusiya EA-nın müxbir üzvü prof. L.D.Kudryavtsevin anadan olmasının 85 illiyinə həsr olunmuş III Beynəlxalq Konfransın tezisləri
2008, Elbrus, “Qeyri-məhdud oblastda qeyru-xətti evolision tənliklərin həlli” Rusiya-Azərbaycan Beynəlxalq simpoziumunun tezisləri.


Tel: (024) 24 6-02-18     050-335-77-13



Səhifə 3 > 3-dən

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Röyaları reallaşdırmağın ən yaxşı yolu oyanmaqdır. S.M.POUER

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

Əla - 49.5%
Yaxşı - 17.2%
Qənaətbəxş - 14%
Bəyənmədim - 19.3%

Nəticə: 430
The voting for this poll has ended on: 19 Dek. 2016 - 00:00

QALEREYA

KEÇİDLƏR

 

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp