Fəxrİ lövhə

Elmlər doktoru - 4 nəfər
Fəlsəfə doktoru - 17 nəfər
Professor - 3 nəfər
Dosent - 6 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 38 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

KEÇİDLƏR

Statistika

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1309
mod_vvisit_counterDünən2005
mod_vvisit_counterBu həftə3314
mod_vvisit_counterKeçən həftə17920
mod_vvisit_counterBu ay50521
mod_vvisit_counterKeçən ay58570
mod_vvisit_counterCəmi2963455

Sizin İP: 54.211.148.181
 , 
Tarix: Yan. 24, 2017

Tərcümə et

English Russian
Cümə axşamı, 16 Sentyabr 2010

Tələbə Şöbəsİ

PDFÇapEmail

RZAYEVA ARZU ŞAHİD QIZI

 

Rzayeva ArzuTələbə şöbəsinin müdiri

QISA BİOQRAFİK MƏLUMAT


1965-ci ildə Şəki şəhərində anadan olub. 1972-1982 - ci illərdə Şəki şəhər 10 saylı orta məktəbdə oxuyub. 1982 - ci ildə Azərbaycan Mühəndis - İnşaat İnstitutunun iqtisadçı -mühəndis ixtisasına qiyabi şöbəsinə qəbul olunmuş, 1988 - ci ildə oranı bitirmişdir.

 

TƏHSİLİ

1982-1988, tələbə, AMİ-nin Şəki filialında tələbə şöbəsinin müdiri

ƏMƏK FƏALİYYƏTİ

1982 - 1983 - cü illər Şəki İnventar bürosunda ölçüaparan
1984 - 1987 - ci illər Şəki ət-süd kombinatında makinaçı
1987 - 1989 - cu illər Şəki TSMD-də fəhlə
1990 - 1992 - ci illər Şəki ət-süd kombinatında hüquqşünas
1992 - 2000 - ci illər Bakı Dövlət Universitetinin Şəki filialında kadrlar və tələbə şöbəsinin rəisi
2000 - 2008 - ci illər Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında kadrlar üzrə mütəxəssis
2008 - ci ilin sentyabr ayından AMİ-nin Şəki filialının tələbə şöbəsinin müdiri
Şöbənin 4 işçisi vardır.
Müdir : A.Ş.Rzayeva
Mütəxəssis : Hacınəbiyeva İradə Mahir q.
Mütəxəssis : Abdurahmanlı Arzu Məmməd q.
Operator : Mikayılova Elnarə Eldar q.

TƏLƏBƏ ŞÖBƏSİ


15 sentyabr 2008-ci il tarixdə 02/68 əmri ilə yaradılmışdır.
Şöbənin əsas məqsədi AMİ-nin Şəki filialında təhsilin bakalavr pilləsində təhsil alan tələbələrin sənədlərinin mövcudluğunu təmin edir və arxivə verilənə qədər şöbədə saxlayır.
Şöbə  məzunların diplomlarını, qəbul olunan tələbələrin tələbə biletlərini,qiymət katibçalarını hazırlayır.
Tələbələrə aid olan bütün əmrləri hazırlayır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinə tələbələr haqqında hesabatı hər tədris ili üçün hazırlayaraq təqim edir. 
Filiala köçürülən və filialdan başqa institutlara köçürülən tələbələrin şəxsi işlərində tələb olunan sənələrin mövcüdluğunu təmin edir.
Tələbə şöbəsinin mütəxəssisi: Hacınəbiyeva İradə Mahir qızı, Kərimova Könül Telman qızı
Operator: Mikayılova Elnarə Eldar qızı


Tel.: +994 24 246 08 60



Mühasİbatlıq

PDFÇapEmail

LƏTİFOVA BRİLYANT SEYRAN QIZI

Letifova-Brilyant.jpgBaş mühasib

QISA BİOQRAFİK MƏLUMAT

14 noyabr 1974-cü ildə Şəki şəhərində anadan olmuş, 1991-ci ildə Şəki şəhər 5 saylı orta məktəbi bitirmiş,1993-cü ildə Maliyyə İqtisad Kollecinin “ Mühasibat uçotu və TFT “ fakultəsinə daxil olmuş və oranı 1996-cı ildə bitirmişdir.2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq və Tİİ “ fakultəsinə daxil olmuş və 2007-ci ildə bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1999-2000-ci illər BPKİA və YHİ-nun Şəki filialında baş mühasib
2000-2002-ci illər AMİ-nin Şəki filialinda mühasib
2002 –ci ilin mart ayından AMİ-nin Şəki filialinda baş mühasib

MÜHASİBATLIQ

Mühasibatliq AMİ-nin Şəki filialı fəaliyyətə başladıği dövrdən yaradılmışdır.Mühasibatlıq “Mühasibat uçotu haqqında “ Azərbaycan Respublikası Qanunun əldə rəhbər tutaraq filial tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini,daxil olan pul vəsaitlərinin,əmtəə-mal qiymətlərinin və əsas vəsaitlərinin uçotunu,mühasibat uçotu hesabatlarında onların hərəkətini,xərclər smetasının ,iş və xidmətlərin yerinə yetirilməsini, tə-
sərrüfat-maliyyə fəaliyyətinin yekunlarının və əməliy-yatlarının uçotunu təşkil edir.İlkin sənədlərinin,hesablaşmalarının  və ödəniş öhdəliklərini ,əmək haqqı fondunun sərf olunmasını,vəzifə maaşlarının təyin edilməsini,əsas fondların invertarizasiyasını vəs. təşkil edir.Ştat,maliyyə və kassa intizamına ciddi əməl edilməsi,inzibati-təsərrüfat və digər xərclərin,debitor-kreditor borclarını mühasibat  balansında əks etdirir.

Mühasibatlığın 7 işçisi var:

Baş mühasib :Lətifova B.S.
Mühasib : Həsənova T.N.
Mühasib : Səmədova Ş.Q.
Mühasib : Lətifova E.M.
İqtisadçı : Yüzbaşıyev M.H.
Statistik: Həmidova G.Ə.
Operator :Abozərova E.N

İXTİSASLAR ÜZRƏ TƏHSİL HAQLARI

Tarix - coğrafiya – 1300.00 manat
Xarici dil (ingilis dili) – 1300.00 manat
Az.dili və ədəbiyyat – 1300.00 manat
Riyaziyyat - İnformatika – 1300.00 manat
İTPM – 1300.00 manat
TSPX - 1300.00 manat
Xarici dil (fransız dili)-1300.00 manat
Məktəbəqədər təlim və tərbiyə-1300.00 manat




Kadrlar və ümumi şöbə

PDFÇapEmail

RZAYEV AZƏR ŞAHİD OĞLU

 

Rzayev-Azer.jpgKadrlar və ümumi şöbəsinin müdiri

QISA BİOQRAFİK MƏLUMAT

1967-ci ildə Şəki şəhərində anadan olub.1974-1984-ci illərdə Şəki şəhər 10 saylı orta məktəbdə oxuyub. 1984-ci ildə Azərbaycan Politexnik İnstitutunun Radiotexnika ixtisasına   qəbul olunmuş, 1989-cu ildə oranı bitirmişdir.



ƏMƏK FƏALİYYƏTİ

1989-2006-cı illər Şəki “Orbita Servis “TTM mühəndis-texnoloq
2006-2008-ci ilin dekabr ayınadək  AMİ-nin Şəki filialında mühəndis-proqramlaşdırıcı
2008-ci ilin sentyabr ayından dekabr ayınadək kadrlar üzrə mütəxəssis
2008-ci ilin dekabr ayınadan AMİ-nin Şəki filialının kadrlar şöbəsinin müdiri
2012-ci ilin sentyabr ayında kadrlar və ümumi şöbənin müdiridir.

Şöbənin 8 işçisi vardır:

Müdir : A.Ş.Rzayev
Mütəxəssis : Süleymanova Mətanət Faxrəddin q.
Mütəxəssis: Şəmmədova Samirə Xanlar q
İnspektor : Uğurluyeva Ülviyyə Namiq q.
Arxiv müdiri: Zəkəryəyeva Təranə Tahir q.
Kargüzar: Rəhimli Aytən Miroğlan q.
Operator : Qaffarova Günel Zülfüqar q.
Operator : Məcidova Çinarə Ələsgər q

Kadrlar və ümumi şöbə 17 sentyabr 2012-ci il tarixində 02/164 nömrəli əmr ilə yaradılmışdır.Şöbənin əsas vəzifəsi müəssisənin kadrlarla təmin olunması və karguzarlıq işini yerinə yetirməkdir.

Tel.: (+994 24 )24 6 08 60



TƏDRİS ŞÖBƏSİ

PDFÇapEmail

RƏHİMOVA YEGANƏ ABDULLA QIZI

Rehimova-Yegane-(1).jpg“Dillər” kafedrasının baş müəllimi

Qısa bioqrafik məlumat

5 iyun 1961 - ci ildə Şəki şəhərində anadan olub. 1968 - 1978 - ci illərdə Şəki şəhər 8 saylı orta məktəbdə oxuyub. 1981 - 1982 - ci illərdə ADU-nun hazırlıq şöbəsi, 1982 - 1987 - ci illərdə ADU-nun şərqşünaslıq fakültəsini bitirib. Ailəlidir, bir övladı var. Təhsili, elmi dərəcəsi və elmi adları 1982 - 1987 - ci illərdə tələbə, 2000-ci ildən AMİ-nin Şəki filialında baş müəllim; Əmək fəaliyyəti
1987 - 1993 - ci illər Şəki rayonunun Böyük Dəhnə kənd orta məktəbində müəllim; 1993 - 2000 - ci ilər BDU - nun Şəki filialında laborant, müəllim, baş müəllim; 2000-2008-ci illərdə AMİ-nin Şəki filialının “Dillər” kafedrasında baş müəllimi; 2008-ci ilin sentyabr ayından AMİ-nin Şəki filialında Tədris şöbəsinin müdiri, “Dillər” kafedrasında baş müəllimi;

Tədris etdiyi fənlər:

Azərbaycan dialektologiyası, Nitq mədəniyyətinin əsasları, Qədim türk yazılı abidələri, Azərbaycan dili tarixi, türk dillərinin müqayisəsi.

Tədris şöbəsi

Tədris şöbəsi 15 sentyabr 2008-ci il tarixdə yeni struktura uyğun olaraq filial direktorunun 02/ 68 saylı əmri ilə yaradılmışdır.Fəaliyyətin əsas istiqamətləri. Bakalavr təhsil pilləri üzrə hər tədris ili üçün dekanlıq tərəfindən hazırlanmış tapşırıqları müəyyən olunmuş normativ tələblərə uyğunluğunu yoxlayır, tapşırıqların müəyyən olunmuş müddətdə kafedralara paylanmasına, kafedra müdiri tərəfindən professor- müəllim heyəti arasında bölgüsünə nəzarət edir və tədris işləri üzrə müavinə təsdiq üçün təqdim edir;
-dərs yüklərinin bölgüsündən sonra kafedralar və ayrı-ayrı fənlər üzrə vakant qalan dərs yükləri barədə müdiriyyətə rəsmi məlumat verir;
-hər semestr üçün imtahan sessiyasına çıxarılan fənlərdən sualların kafedralar tərəfindən müəyyən olunmuş müddətdə tərtib olunub tələbələrə çatdırılmasına nəzarət edir;
-filialın professor-müəllim heyəti və saathesabı qaydada işləyən müəllimlər tərəfindən tədris yüklərinin yerinə yetirilməsinə nəzarət edir;
-tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və lazımı ünvanlara çatdırılmasını təmin edir;
-struktur bölmələrinin hesabatları əsasında filialın illik hesabatlarını hazırlayır.

Tədris şöbəsinin 8 işçisi vardır:

Müdir : b/ müəllim Y.A.Rəhimova;
Təcrübə - istehsalat rəhbəri : A.Ş.Bədəlova
İnspektorlar : S.N.Hüseynbəyli, Ü.F.Səfərova
Metodist : G.Ə.Əhmədova
Dispetçer : S.Q.Rəsulova
Operatorlar : F.A.Baqiyeva, T.E.Allahverdiyeva



MÜASİR TƏLİM METODLARI VƏ DAYAQ MƏNTƏQƏLƏRİ İLƏ İŞ

PDFÇapEmail

ABDULSƏLİMLİ İBRAHİM MƏMMƏDRƏHİM OĞLU

Abdulselimli-Ibrahim-(1).jpg
“Müasir təlim metodları və dayaq məntəqələri ilə iş” kabinetinin müdiri

QISA BİOQRAFİK MƏLUMAT

23 iyun 1970-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1977 – 1987-ci il tarixində Şəki şəhər 14 saylı orta məktəbdə təhsil almışdır. 1987 – 1988-ci il tarixində Şəki Barama toxumu zavodunda ekspeditor kimi əmək fəaliyyətinə başlamışdır. 1988 – 1990-cı illərdə keçmiş Sovet ordusunda xidmət etmişdir.     1990-1996-cı illərdə Bakı Dövlət Universitetində təhsil almış, oranı sosiologiya müəllimi ixtisası üzrə bitirmişdir.
1996 – 1997-cı illərdə Bakı Dövlət Universitetinin Şəki filialında dekan müavini vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.    
1.12.2003-cü ildən Azərbaycan Müəllimlər İnstitunun Şəki filialında “Müasir təlim metodları və dayaq məntəqələri ilə iş” kabinetində metodist, 15 sentyabr 2009 cu il tarixindən isə həmin kabinetin müdiri vəzifəsində çalışır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI.

1990-1996-cı illərdə Bakı Dövlət Universitetində  sosiologiya müəllimi ixtisasını bitirmişdir.
1.12.2003-cü ildən Azərbaycan Müəllimlər İnstitunun Şəki filialında baş müəllimdir.
2011-ci il noyabr ayından BDU-nun sosialogiya ixtisası üzrə doktorantıdır.

ƏMƏK FƏALİYYƏTİ

1987 – 1988-ci il tarixində Şəki Barama toxumu zavodunda ekspeditor
1996-1997-ci illərdə BDU-nun Şəki filialında dekan müavini, tədris şöbəsinin müdiri, humanitar kafedrasının müəllimi
1.12.2003-cü ildən Azərbaycan Müəllimlər İnstitunun Şəki filialında “Müasir təlim metodları və dayaq məntəqələri ilə iş” kabinetində metodist, və “Bakalavr” pilləsində müəllim
15 sentyabr 2009 cu il tarixindən isə “Müasir təlim metodları və dayaq məntəqələri ilə iş” kabinetinin müdiri

SEÇİLMİŞ ƏSƏRLƏRİ ELMİ-METODİK MƏQALƏLƏRİ

“İnsan və aləm”, 
“A.A.Bakıxanov Azərbaycan tarixşünaslığının banisidir”,
“Həyatın startegiyası”
“Yeni təlim texnologiyaları dərslərdə” adlı elmi-metodik tövsiyyənin həmmüəllifi
Milli mənafe və qlobal siyasət (məqalə)

TEZİSLƏRİ

“Azərbaycan gəncliyi və demokratiya”
“Dayaq məntəqələrinin müəllimlərin ixtisaslarının artırılmasında rolu”
"İxtisas səviyyəsinin yüksəldilməsində dayaq məntəqələrinin rolu."
"İnsan dünyagörüşündə qloballaşma"

“MÜASİR TƏLİM METODLARI VƏ DAYAQ MƏNTƏQƏLƏRİ İLƏ İŞ" KABİNETİ

“Müasir təlim metodları və dayaq məntəqələri ilə iş” kabineti 1 iyul 2003-cü il tarixində Azərbaycan Müəllimlər İnstitunun  rektorunun 53/35 §2 saylı əmrinə əsasən Azərbaycan Müəllimlər İnstitunun Şəki filialının nəzdində yaradılmışdır.  Azərbaycanda Təhsil sistemi Qərbə inteqrasiya etməkdədir. Bunu Respublikamızda uğurla həyata keçirilən Təhsil İslahatı Proqramı timsalında demək olar. Kabinet fəaliyyətini İP-nin üçüncü bölməsi – Pedaqoji kadr hazırlığı və yenidənhazırlanması – tələbləri istiqamətində qurmuş, dayaq məntəqələrinin qarşısında duran vəzifələrin həyata keçirilməsində məntəqə sədrlərinə, müəllimlərə metodiki kömək göstərmək istiqamətində, yeni təlim texnologiyalarının – inovasiyaların məktəblərdə təbliğinə, yayılmasına daha çox diqqət yetirməkdədir. Bunun üçün kabinetin əməkdaşları vaxtaşırı:  a)  dayaq məntəqələrinə daxil olan məktəblərin müəllimlər üçün seminarlar, elmi praktik konfranslar təşkil edir;   b)  yeni təlim texnologiyalarına aid dərs nümunələrinin hazırlanmasında yaxından iştirak edir;  c)  müasir təlim metodlarına istinadən açıq dərslərin keçirilməsini təşkil etmək, metodiki köməklik göstərmək üçün Şəki, Oğuz və Qəbələ təhsil şöbələrinin nəzdində təşkil edilmiş dayaq məntəqələrinə daxil olan məktəblərdə olurlar;  ç)  “öyrədənləri öyrədən” sertifikatı almış müəllimlərin, metodistlərin dayaq məntəqələrində görüşlərinin təşkil edilməsində, müasir təlim texnologiyalarının tətbiqi gedişinə metodiki köməklik; distant təhsil, “sifariş-təklif” prinsipi üzrə ixtisasartırma təhsilinə ehtiyac üzrə tövsiyyələrin hazırlanmasında yaxından iştirak edirlər.   
Kabinetdə  kabinet müdiri, 2 metodist və 1 operator fəaliyyət göstərir.
Kabinetin müdiri: Abdulsəlimli İbrahim Məmmədrəhim oğlu
Metodist: Musayev Məmmədhəsən Ramazan oğlu
Metodist: Rüstəmova Məlahət Məmmədemin qızı
Operator: Məcidova Sədaqət Nadir qızı
Filialın dislokasiyana daxil olan rayonlar: Şəki, Oğuz, Qəbələ




Ks və TNQ KABİNETİ

PDFÇapEmail

ADIŞİRİNOVA ALMAS MUSTAFA QIZI

Adisirinova-Almaz.jpgKredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri

QISA BİOQRAFİK MƏLUMAT

1949-cu ildə Şəki şəhərində anadan olub. 1956-1966-cı illərdə Şəki şəhər Nizami adına 7 saylı orta məktəbdə, 1969-1971-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji  məktəbində, 1973-1978-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Pedaqojika və psixologiya fakültəsində təhsil almışdır. 
1983-cü ildən 2000-ci ilədək Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun Şəki filialında metodist işləmişdir. 2000-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında metodist işləyir. Ailəlidir, üç övladı var.

TƏHSİLİ

1978-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Pedaqogika və psixologiya fakültəsini bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1971-ci ildə Şəki şəhər 1saylı uşaq bağçasında tərbiyəçi,
1980-cı ildə Şəki şəhər 1 saylı uşaq bağçasında metodist,
1983-cü ildə Azərbaycan MMTİ-nin Şəki filialında metodist,
2000-ci ildə Azərbaycan Mİ-nin Şəki filialında metodist,
2009-cu ildə Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi  kabinetinə müdir təyin olunmuşdur. 

TƏDRİS ETDİYİ FƏNLƏR:

Məktəbəqədər pedaqogika, ərtafaləmlə tanışlığın metodikası.

SEÇİLMİŞ ƏSƏRLƏRİ VƏ ELMİ-METODİK MƏQALƏLƏRİ

1. “Ictimai həyat hadisələri ilə tanışlığın təşkili”- “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalı,Bakı 1988 N:4 səh.53-56
2. "Məktəbəqədər müəssisədə ətraf aləmlə tanışlıq üzrə işin sistemi" - "Məktəbəqədər və ibtidai təhsil" jurnalı, Bakı 2011. N2 səh.31-36
3. "Məktəbəqədər təhsildə tərbiyəçi - uşaq münasibətləri"- Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" məcmuəsi, Bakı 2011. N4 səh: 204-208
4. “Məktəbəqədər müəssisələrdə ətraf aləmlə tanışlıq prosesində nitq inkişafının reallaşdırılması reallaşdırılması imkanları”. “Məktəbəqədər və ibtidai təhsil” jurnalı. 2012. № 2 Səh:33-40
5. “Məkt'bəqədər təhsilin təşkilinə verilən verilən tələblər”. “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” 2012. №4 səh 190-195
6. “Məktəbəqədər təhsilin yeniləşdirilməsi prosesi" Azərbaycan Respublikası təhsil problemləri institutu. Elmi konfransı 28 iyun 2012
7. “Məktəbəqədər təhsilin təşkilinə yeni yanaşma” AMİ II beynəlxalq konfrans 26 noyabr 2012
8. "Məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsində fəal təlim metodlarının praktik imkanları" AMİ III beynəlxalq konfrans. 22-24 may

“KREDİT SİSTEMİ VƏ TƏLƏBƏ NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ” KABİNETİ

Baloniya prosesinə gedilən yol 1998-ci ilin mayında Fransanın Paris şəhərində 4 Avropa ölkəsisnin - Böyük Britaniya,Almaniya,İtaliya və Fransanın təhsil nazirləri Sorbonna Bəyannaməsini qəbul etdikdən sonra başlamışdır.
Sorbonna Bəyannaməsini imzalamış 4 nazir xarici təhsilalanların mobilliyinin,məzunların işədüzəlmə imkanlarının genişləndirilməsinə yönəldilmiş ümumi sistemin yaranmasını dəstəkləmişdir.1999-cu ilin iyun ayında 30 Avropa ölkəsinin təhsil nazirləri İtaliyanın Baloniya şəhərində Ümumavropa ali təhsil müəssisələrinin gələcək inkişaf tendensiyaların rəsmi sənədinin təsdiqləməsi üşün hazır olduqlarını bildirmiş və rəsmi sənəd imzalamışdır.Bu da Baloniya prosesi kimi tarixə daxil olmuşdur.
Avropa məkanında bu proses intensiv şəkildə gedir və 2010-cu ilədək həmin prosesə bütün Avropa ölkələrinin qoşulması gözlənilir.Ümumiyyətlə,bu günədək Avropa regionunda ali təhsil sistemi inkişaf etmiş və Avropa Şurasına üzv olan 46 ölkədən 45-i Boloniya prosesinə rəsmi şəkildə qoşulmuşdur.
Azərbaycan bu prosesə qoşulmaq üçün ilk addımlarını 2004-cü ildə atmışdır.Belə ki, 17-18 may 2004-cü il tarixlərində Avropa Şurasının Baş Direktorluğunun (Strasburq şəhəri)  təşəbbüsü ilə keçirilmiş Qafqaz ölkələri təhsil nazirlərinin konfransinda xüsusi Bəyannamə qəbul olunmuş və hımin rəsmi sənədə Azərbaycan Respublikasının təhsil naziri də öz imzasını atmışdır.
2005- ci il may ayının 19-dа Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Boloniya prosesinin həqiqi üzvü seçilmişdir.
Baloniya deklorasiyasının əsas müddəaları aşağıdakılardır.
İkipilləli ali təhsil sisteminin tətbiqi;
Kredit sisteminin tətbiqi;
Təhsilin keyfiyyətinə nəzarət;
Mobilliyin genişləndirilməsi;
Dərəcələrin taninması;
Məzunların işə düzəlməsinin təmin olunması;
Avropa təhsil sisteminə cəlb olunmanın təminatı;
Təhsilin sosial yönümlüyünün təmin edilməsi (ömür boyu təhsil) AMİ-nin Şəki filialında “Kredit sistemi və tələbə naliyyətlərinin qiymətləndirilməsi” kabineti təsdiq olunmuş struktura görə 02/68 nömrəli 15.09.2008-ci il tarixli əmrə əsasən fəaliyyətə başlamışdır.Kabinet struktur bölmələrdən biri olub,AMİ-nin Nizamnaməsi və “Kredit sistemi və tələbə naliyyətlərinin qiymətləndirilməsi” kabinetinin əsasnaməsi ilə müəyyənləşdirilmiş funksiyalari yerinə yetirir.Kabinetdə müdir, 2 metodist, 1operator, 2 lobarant ,3tyutor fəaliyyət göstərir.

Müdir : Adışirinova Almas Mustafa qızı,
Metodistlər : Məhərrəmova Amalya Şirəli qızı, Kərimova Aynur  Nurəhməd qızı
Tyutor: Şəmsiyyə İlhamqızı,Mustafayeva Gülnarə Namiq qızı,Kərimova Gülnar Faiq qızı
Operator : Cavadova  Sevinc Əli qızı
Lobarant: Bəşirova Mətanət Hikmət, Məmmədova Nigar Qaffar qızı.



ƏLAVƏ TƏHSİLƏ METODİKİ XİDMƏT KABİNETİ

PDFÇapEmail

ƏSMAYƏ ƏKBƏROVA BƏXTİYAR QIZI

Ekberova-Esmaye.jpgFransız dili müəllimi, baş müəllim,“Əlavə Təhsilə Metodiki Xidmət” kabinetinin müdiri.
QISA BİOQRAFİK MƏLUMAT
1947-ci il, aprel ayının 25-də Şəki şəhərində anadan olub. Əvvəl şəhər 10 saylı orta məktəbi, 1962-66-ci illərdə Şəki Pedaqoji texnikumunu, 1966-71 ci illərdə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunun Fransız dili fakultəsini bitirib. 1972-97-ci illərdə Şəki 12-20 saylı orta məktəblərdə Fransız dili müəllimi, 1994-cü ildən paralel olaraq “Bakı Müəllimləri Təkmilləşdirmə və İxtisasınıartırma İnstitutu” nun Şəki filialında metodist vəzifəsində çalışmışdır. 2000-ci ildə Fransanın Azərbaycandaki səfirliyi tərəfindən Fransanın Berakson şəhərinə ixtisasartırmaya göndərilmişdir. 2003-2006-cı illərdə Amerika Dövlət Departamentinin (İREX) həyata keçirdiyi “Müəllim hazırlığının və orta təhsilin yeni prespektivləri” adlı 3 illik layihənin qalibi və iştirakçısı olmuşdur. Azərbaycanın “Fransız dili müəllimləri assosiasiyasının” üzvüdür. Hazırda Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Əlavə təhsilə metodiki xidmət” kabinetinin müdiri, bakalavr pilləsində fransız dili müəllimidir. 44 il iş stajı var. Dillər kafedrasının “Baş müəllim”idir. 2009-2010-ci ilin sentyabr ayında "Fransa Milli Təhsil Nazirliyi"nin diplomu, (Fransa səfirliyi tərəfindən) "Palmes Académiques" medalı ilə mükafatlandırılmış və  Təhsil kavalleri rütbəsini qazanmışdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI.

1966-cı ildə Şəki pedaqoji texnikumunu bitirib.
1971-ci ildə M.F.Axundov adına Xarici Dillər İnstitututnun Fransız dili fakultəsini bitirib.
“Baş müəllim”dir.

ƏMƏK FƏALİYYƏTİ

1972-ci ildə şəhər 12 saylı orat məktəbdə fransız dili müəllimi.
1974-2007-ci illərdə 20 saylı orta məktəbdə fransız dili müəllimi,
1994-cü ildən indiyə kimi Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəlcə metodist, sonra isə “Əlavə təhsilə metodiki xidmət” kabinetinin müdiri və “Bakalavr” pilləsində fransız dili müəllimi vəzifəsində çalışır.

BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

2005, 14-15 aprel. Bakı. “Tərcümə və Transmilli Proseslər” mövzusunda Beynəlxalq Elmi Konfrans. (ADU.)
2008, 27 noyabr. Bakı. “Azərbaycan cəmiyyətinin müasir mərhələsində gənclərin əxlaqi tərbiyəsinin xüsusiyyətləri” mövzusunda Respublika Elmi Konfransı. (AMİ.)
2009, 30 aprel. Bakı. “Müasir şəraitdə yaşlıların təhsili: problemlər və prespektivlər” mövzusunda Respublika Elmi Konfransı.
2003-2006-cı illərdə Akademik Dövlət Departamentinin (İREX)-in həyata keçirdiyi "Müəllimlər hazırlığı və orta təhsilin yeni perspektivləri" adlı üçillik layihənin qalibi və dərslik müəlliflərindən biri.
2013-2014-cü illərdə "Tərcümə və onun istiqamətləri" mövzusunda Beynəlxalq Elmi Konfrans (ADU).

BEYNƏLXALQ SEMİNARLARDA İŞTİRAKI VƏ ALDIĞI SERTİFİKATLAR.

1999, avqust. Bakı. Fransa səfirliyi.
1999, noyabr. Bakı. Fransa səfirliyi.
1999, 17 dekabr. Bakı. Fransa səfirliyi.
2000, 14 aprel . Bakı. Fransıa səfirliyi.
2000, iyul-avgust. Bakı. Fransa-Bezanson “Beynəlxalq Dilçilik Mərkəzi.”(CLA)
2001, 11 iyun. Bakı. Fransıa səfirliyi.
2004 - 2006, Bakı. 3 illik fəaliyyət. ABŞ səfirliyi tərəfindən həyata keçirilmiş layihə.(İREX)
2007, 28 iyul. Bakı. Fransa səfirliyi.
2008, 21 iyul. Bakı .Fransa səfirliyi.
2005, 14,15 aprel. Baki. ADU.
2008, aprel. Baki. AMİ.
2008, Bakı Fransa səfirliyi
2009, 30 aprel. Baki. AMİ.
2010, Fransa. Diplom və medal.
2011, İyun. Fransa səfirliyi
2012, İyun Fransa səfirliyi.

SEÇİLMİŞ ƏSƏRLƏRİ ELMİ-METODİK MƏQALƏLƏRİ

1. 2003, Bakı. « Təhsilin humanistləşdirilməsi və pedaqoji kadrların ixtisasının artırılması məsələlərinə müasir baxış” Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər №3.
2. 2004, Bakı. “Azərbaycan - Fransa ədəbi əlaqələri”. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Bakı. Tədqiqlər №3.
3. 2006, Bakı. “Kiçik yaşlı məktəblilər” üçün yazılmış Azərbaycan mahnılarının fransız dilində səslənmə variantları. Elmi-metodik və bədii-publisist jurnal “Le Français en Azerbaidjan”. № 2-3.
4. 2007, Bakı. “Xarici dil dərslərində yeni təlim texnalogiyalarından istifadə.” Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri. №3.
5. 2008, Bakı. “La Francophonie en Azerbaidjan, `a Cheki ” Elmi – metodik və bədii publisist jurnal. №1.
6. 2009, Bakı. “Andraqoq yaşlıların təhsilinin təşkilatçısı və animatorudur.” Respublika Elmi Konfransının materialları.
7. 2009, Bakı.“Fransız dili frazeoloji birləşmələrinin Azərbaycan dilində səslənmə variantları”.“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” adlı Ali məktəblərarası elmi məqalələr məcmuəsi. N1.
8. 2010, "La Francophonicen Azerbaidjan" jurnalı. "Fransız dilinin tədrisi metodikası"
9. 2011, "Şəki filialında fransız dilinin tədrisi yolları"
10. 2012 " Frazeoloji birləşmələrin Azərbaycan və fransız dilində səslənmə variantları" , "Təhsil Problemlləri qəzeti"
11. 2014. 22 yanva. "Bədii tərcümənnin yolları. (ADU)
12. 2015. "Gənclərin asudə vaxtlarının təşkili". (ADU)

TEZİSLƏRİ

2005, Bakı. “Poeziya tərcüməsinin xüsusi problemləri.” “Tərcümə və transmilli proseslər ” adlı Beynəlxalq Konfrans. Azərbaycan Dillər Universiteti. Tezislər toplusu.
2008, Bakı. “Müasir Azərbaycan gəncliyi: dövlətçilik və siyasət” adlı Respublika Elmi Konfransının tezisləri. AMİ.
2009. Bakı. AMİ "Andraqogikanın tədqiq sahələri" tezis. Elmi Konfrans.
2014. Bakı. ADU "poetik tərcümə prinsipləri" tezis. Elmi konfrans.

KİTABLAR

1. « İnteraktiv kurrikulum : mahiyyəti və nümunələr » müəllim üçün vəsait . Bakı. İREX. Model 3. 0,8 ç.v.
2. Fransız dilindən tərcümələr. Şer toplusu. Bakı. 2005. Beynəlxalq Elm mərkəzi.
3. Proqram. Bakalavrlarda Fransız dilinin tədrisi" 2011, aprel
4. Proqram. Bakalavr pilləsində "Fransız dilinin nəzəri qramatikası". 2014 oktyabr.
5. Proqram. Bakalavr pilləsində "Fransız dilinin leksikologiyası". 2014 oktyabr.
6. Proqram.Bakalavr pilləsində "Fransız dilinin üslubiyytaı". 2015 yanvar.

“ƏLAVƏ TƏHSİLƏ METODİKİ XİDMƏT” KABİNETİ HAQQINDA MƏLUMAT.

“Əlavə Təhsilə Metodiki Xidmət” kabineti Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının direktorunun 01 noyabr 2006-cı il, 87.35 saylı əmri ilə fəaliyyətə başlamışdır.
Kabinetin strukturuna 5 nəfər daxildir:
1. Kabinetin müdiri : Əkbərova Əsmayə Bəxtiyar qızı, baş müəllim.
İxtisası : Fransız dili müəllimi.
2. Kabinetin metodisti : Şirəliyeva Sevil Əhməd qızı:
İxtisası : İbtidai təhsilin pedaqogikası və metodikası.
3. Kabinetin metodisti : Şərifova İlhamə Nəsib qızı.
İxtisası : Rus dili.
4. Kabinetin metodisti : Abdulkərimova Məhəbbət Fikrət qızı.
5. Operator : Kərimova Sevinc Elxan qızı
İxtisası : kompyuter mütəxəssisi.

KABİNETİN FUNKSİYALARI

Kabinetin Əsasnaməsinə uyğun olaraq iş planı hazırlamaq;
kabinetin fəaliyyyətini tənzimləyən sənədləri əldə etmək və öyrənmək;
Kabinetin nəzdində “Metodiki" şura yaratmaq.
islahatın əsas mahiyyətini və əsas prinsiplərini kurs müddəti və kursarası vaxtlarda müəllimlərə izah etmək;
kursarası dövrlərdə ixtisasartırmaya olan tələbatları üzə çıxarmaq;
qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənmək və metodmərkəzlərlə birgə əməli iş aparmaq;
qabaqcıl təcrübə ünvanını ümumiləşdirib mətbuata çıxartmaq;
tədris prosesində müxtəlif forma, metod və təlim vasitələrinin uğurlu tətbiqi üçün müəllimlərə yaxından köməklik göstərmək;
ixtisasartırma təhsilindən qayıtmış müdavimlərin pedaqoji kollektivdə çıxışlarını təşkil etmək;
pedaqoji mətbuatda məqalələrlə çıxış etmək;
fəal təlim üsullarının reallaşdırılmasına aid dərs kurrikulumları hazırlamaq;
pedaqoji kadrların şəxsi təhsillərinin düzgün istiqamətləndirilməsinə köməklik göstərmək;
yerlərdə təhsilin vəziyyətini öyrənmək, müşahidə olunan çatışmazlığı aradan qaldırmaq üçün məktəblərə reydə çıxmaq;
ixtisasartırmaya cəlb edilmiş müəllimlərlə giriş və yekun anket-sorğu keçirmək;
yenidənhazırlanma və ixtisasartırma ilə bağlı problemlərin həllinə çalışmaq;
yenidənhazırlanma və ixtisasartırma kurslarının fəaliyyəti müddətində kabinet əməkdaşlarının dərs demələrini tənzimləmək;
məşğələlərin gedişində ümumtəhsil məktəblərinin qabaqcıl müəllimlərinin açıq dərslərinin video-kasetlərini nümayiş etdirmək;
məktəblərdə keçiriləcək açıq dərslərdə kurs müdavimlərinin iştirakını təmin etmək.

KABİNETİN FƏALİYYƏTİ

Kabinetin əməkdaşları hər il öz fəaliyyətlərini direktor tərəfindən təsdiqlənmiş iş plani əsasında yerinə yetirirlər. Kabinetin idarəedici orqanı “Metodiki şura"dır. Ayda bir dəfə əməkdaşlar şura qarşısında gördükləri işlər haqqında hesabat verirıər. Müddət ərzində 13 nəfər qabaqcıl müəllimin pedaqoji təcrübəsi öyrənilib, pedaqoji mətbuata 2 nəfərin - Musayeva Ədalət (10), Məmmədova Adilə (10) Respublika miqyasında iş təcrübəsi yayılıb, çıxarılmışdır. İxtisasartırmaya cəlb edilmiş müəllimlərlə səmərəli iş aparmaq məqsədilə bütün kurslarin ilk günü onlarla giriş, sonunda isə yekun sorğular keçirilir. Sorğular anonim keçirildiyindən dinləyicilər öz irad və təkliflərini açıq yazmaqdan çəkinmirlər. Bu isə gələcək fəaliyyətimizdə bizə çox fayda verir. Məşğələləri Müasir Təhsil sisteminin tələbləri əsasında qurmağa çalışırıq. Bu məqsədlə dərs demək üçün Beynəlxalq sertifikatlı, elmi dərəcəli müəllimlərdən ibarət güclü potensial yaradırıq. Yeri gəldikcə ümumtəhsil məktəblərinin qabaqcıl müəllimlərinin dərslərindən çəkilmiş video-kasetləri nümayiş etdiririk. İşimizi daim Şəki Təhsil şöbəsi ilə sıx əlaqədə qurur, metodmərkəzlə birgə əməli iş aparırıq. Çalışırıq ki, müasir təhsil və müasir təlim metodları məktəblərə yol tapsın. Kurikulum islahatı təhsildə öz səmərəsini versin və müəllimlərimizin hər biri təhsildə olan irəliləyişləri öyrənmək üçün treninqlərdə iştirak etsinlər.




PEDAQOJİ FAKÜLTƏ

PDFÇapEmail

ABDULLAYEVA XALİDƏ FİRUDDİN QIZI

Abdullayeva--Xalide.jpgBaş müəllim, Pedoqoji fakültənin dekanı

QISA BİOQRAFİK MƏLUMAT

1975-ci ildə Şəkidə anadan olub.
1982-1992-ci illərdə Şəki şəhər 10 saylı orta məktəbdə təhsil almışdır.

TƏDRİS ETDİYİ FƏNLƏR

Müasir Azərbaycan dili, Azərbaycanın əski yazısı, Azərbaycan dilindən praktikum.

TƏHSİLİ

1997-ci ildə Lənkəran Dövlət Universitetinin Şərqşünaslıq (fars) fakültəsini bitirmişdir.
2007-ci ildən Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspirantıdır.
2008-ci ildən “Azərbaycan ədəbi dilində cümlə üzvləri və mürəkkəb cümlə komponentləri sırasının nəzəri əsasları (XIII-XIV əsrlər)” mövzusunda namizədlik işini yekunlaşdırmışdır.

ƏMƏK FƏALİYYƏTİ

2000-ci ildə BDU-nun Şəki filialında laborant
2003-cü ildə AMİ-nin Şəki filialı “Dillər” kafedrasında müəllim
2008-ci ildə AMİ-nin Şəki filialı “Dillər” kafedrasında baş müəllim
2008-ci ildə AMİ-nin Şəki filialı Pedaqoji fakültənin dekanı

TƏDQİQAT SAHƏSİ

Dil nəzəriyyəsi
Pedaqoji fakultədə 5 nəfər işçi var:
Dekan müavini : Kərimova Mehriban Nurməmməd qızı
Metodist: Səmədova Şəfəq Vaqif qızı, Xəlilova Arzu Məmmədemin qızı
Operator: Qaffarova Nigar Nüsrət qızı, Abbaslı Sevinc Rasim qızı



DİLLƏR KAFEDRASI

PDFÇapEmail

MÜRŞÜDOVA ULDUZ BƏŞİR QIZI

Mursudova-Ulduz.jpgFilologiya elmləri namizədi, dosent, dillər kafedrasının müdiri

QISA BİOQRAFİK MƏLUMAT
1958- ci il mart ayının 22-də Şəki şəhərində anadan olmuşdur. !965- 1975- ci illərdə Şəki şəhər 7 saylı məktəbdə təhsil alıb. 1985-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsini bitirmişdir. 1985-1988-ci illərdə Şəkinin Qaradağlı kənd səkkizillik məktəbdə İngilis dili müəllimi işləmişdir. 1988-ci ildə AMEA Səki Regional Elm Mərkəzinə laborant işinə qəbul edilmişdir. 1993-cü ildən kişik elmi işçi, 1997- ci ildən AMEA ŞREM- in “Folklorşünaslıq və el sənətləri” laboratoriyasının müdiri işləyir. 1998-ci ildə “Rəşidbəy Əfəndizadə və Folklor”mövzusu üzrə müdafiə etmişdir və iki indekslə “10.01.03” və “10.01.09” fil.e.n. elmi dərəcəsi almışdır. 2000 -2002-ci illərdə BDU Şəki filialında fəaliyyət göstərən Müdafiə şurasının üzvü olmuşdur.
2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Şəki filialı Xarici dil fakultəsində Dekan,2006-cı ildən AMİ Şəki filialı “Dillər kafedrası”nın müdiri vəzifəsinə seçilmişdir.
2010-cu ildən dosentdir.
Ailəlidir, iki övladı var.

TƏDRİS ETDİYİ FƏNLƏR:

Kurikulumun əsasları, ingilis dilinin tədrisi metodikası ,ingilis dili tarixi.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1985-ci il. Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsindən məzun olub.
1998-ci il. “Rəşidbəy Əfəndizadə və Folklor” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

ƏMƏK FƏALİYYƏTİ

1985-ci il. Şəki Qaradağlı kənd məktəbi
1988-ci il. AMEA ŞREM. Laborant. 1993-ci il.  AMEA ŞREM k.e.i
1997- ci ildən AMEA ŞREM- in “Folklorşünaslıq və el sənətləri” laboratoriyasının müdiri
2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Şəki filialı. Xarici dil fakultəsinin dekanı
2006-cı ildən AMİ Şəki filialı “Dillər kafedrası”nın müdiri.

TƏDQİQAT SAHƏSİ


Azərbaycan və Şimali Amerika  xalqlarının folklorunun tipologiyası

BEYNƏLXALQ PROYEKT, SİMPOZİUM, SEMİNAR VƏ KONFRANSLARDA İŞTİRAKI

2003, Bakı. ATN və ABŞ Təhsilin inkişaf mərkəzinin birgə təşkil etdiyi “Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafı” proqramı. seminar. “Fəal və İnteraktiv Təlim-Tədris metodları”.
2004, ATN və ABŞ DÖvlət Departamentinin birgə layihəsi. “Azərbaycanda sosial fənlər sahəsində orta məktəb muəllimlərinin hazırlığı üzrə tədris proqramının  (kurrikulumun) inkişafı”. Vircinya ştatı, Corc Meysn universiteti. Akademik fəaliyyət.
2003-2006-cı il. Bakı. Azərbaycan Təhsil Nazirliyi və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Şöbəsinin birgə proqramı olan və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) idarə etdiyi “2003-2006 illərdə Azərbaycanda sosial fənlər sahəsində orta məktəb muəllimlərinin hazırlığı üzrə tədris proqramının  (kurrikulumun) inkişafı layihəsi”ndə akademik fəaliyyət. 8 seminar iştirakçısı.
2004, ABŞ. 24 Aprel. “Təhsildə Liderlik” adlı V elmi- praktiki konfrans. ABŞ Vircinya ştatı. Feəfakc şəhəri, Corc Meysn Universiteti “Çətin valideynlərlə münasibətlərin yaradılması” mövzusunda müzakirə qrupu.
2005, Bakı. “Tərcümə və Transmilli Proseslər” (14-15 aprel) Beynəlxalq konfrans. Azərbaycan Dillər Universitetin.
2005, Bakı. “Akademik Yazi”. Azərbaycan Dillər Universiteti.Beynəlxalq konfrans.
2006, Bakı. “Ortaq Türk keçmişindən ortaq türk gələcəyinə” IV Uluslararası Beynəlxalq Folklor konfransı. AMEA Folklor institutu
2006, Bakı. Xüsusi təhsil(diqqət çatışmazlığı və digər qüsurları olan şagirdlərin təhsili). Seminar.  Təhsildə innovasiya mərkəzi və Xüsusi tələbələrlə iş Konsulluğunun birgə layihəsi.
2007, Bakı. “Ortaq Türk keçmişindən ortaq türk gələcəyinə” V Uluslararası Beynəlxalq Folklor konfransı. AMEA Folklor institutu
2007-2008-ci illər, Bakı. Azərbaycan Təhsil Nazirliyi və Britaniya konsulluğunun birgə hazırladığı ESL İNSETT “Azərbaycanda İngilis dilinin tədrisinin inkişafı” 6 seminar.
2008, Bakı. “Dini və mədəni müxtəliflik haqqında təlim: bütün məktəb və sinifdə bu məsələyə münasibət. Seminar. ATN, Müəllimlərin Təlimi İnstitutu və Avropa Birliyi Şurasının birgə layıhəsi.
2009, Bakı. Fəal təlimin milli kurikulumda tətbiqi. Seminar. ATN və UNİCEF-in birgə layihəsi.
2010, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2010-2011-ci tədris ilində ibtidai sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhərlərində ibtidai sinif müəllimləri ilə altı günlük kurslar.
2011, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2010-2011-ci tədris ilində ibtidai sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Astara, Yardımlı şəhərlərində ibtidai sinif müəllimləri ilə on günlük kursların təşkili
2012,  Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2012-2013-cü tədris ilində ibtidai sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki , Balakən,Zaqatala şəhərlərində ibtidai sinif müəllimləri ilə on günlük kursların təşkili.
2013, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2013-2014-cü tədris ilində 6-cı sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki, Zaqatala, Şamaxı şəhərlərində 6-cı sinif müəllimləri ilə on günlük kursların təşkili.
2014, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2014-2015-ci tədris ilində 7-ci sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki, Ağdaş, Bakı şəhərlərində 7-ci sinif müəllimləri ilə on günlük kursların təşkili.

SEÇİLMIŞ ƏSƏRLƏRİ


1991, Bakı. "Rəşid bəy Əfəndizadə və folklor" BDU.Azərbaycan Folklorçünaslarinin konfransı. BDU
1994, Bakı. Rəşidbəy Əfəndizadə yaradıcılığında şifahi ədəbiyyat motivləri. 19-22 oktyabr 1993-cü ildə Şəkidə keçirilmiş folklor müşavirəsi.Azərbaycan folkloru.Toplama,nəşr və tədqiq problemləri. Sabah
1997, Bakı. Rəşidbəy Əfəndizadə yaradıcılığında inamlar. Mürşüdova U.B.DEP.İSTİİ-də.
1997, Bakı. Rəşidbəy Əfəndizadə Azərbaycan folklorunun toplayıcısı və tədqiqatçısıdır. Mürşüdova U.B.DEP.İSTİİ-də.
2005,Bakı “Azərbaycan folklorunda tərcümə problemləri." Transmilli tərcümə"Azərbaycan Dillər Universitetində keçirilən Beynəlxalq  konfrans.
2006, Bakı. “Azərbaycan və Şimali Amerika folklorunda oxşar motivlər”. AMEA Folklor institutu . Ortaq Türk keçmişindən Ortaq Türk gələcəyinə IV uluslararası folklor konfransının materialları.
2007, Bakı. “Türk-Azərbaycan və Şimali Amerika- Hindu folkloru”. AMEA Folklor institutu . Ortaq Türk keçmişindən Ortaq Türk gələcəyinə V uluslararası folklor konfransının materialları.
2007, Bakı. “Qloballaşma dövründə mənəvi- əxlaqı dəyərlərimizin qorunmasında gənclərin rolu”. “Azərbaycan Cəmiyyətinin müasir mərhələsi, gənclərin əxlaq tərbiyəsi” mövzusunda Respublika Elmi Konfransının materiallları.
2008, Bakı. “Hindu tayfalarının toy adətləri” . “Gələrsən görərsən “ məcmuəsi. №3
2010, Bakı, "Mif əfsanələr"

KİTABLAR

1. 2004, Bakı.“Rəşidbəy Əfəndizadə və Folklor” monoqrafiya
2. 2006, Bakı. “Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri”.(Müəllimlər üçün vəsait)
3. 2008,Bakı. “İngilis dili dərslərində Dinləmə fəaliyyətlərinin təşkili” (müəllimlər üçün vəsait)
4. 2008, Bakı. “İngilis dili dərslərinin tədrisində yeni təlim metodlarından istifadə qaydaları” metodiki vəsait
5. 2008, Bakı, AMEA ŞREN 35 illiyi.
6. 2009, Bakı. “Şəkidə məhəllə adları, soylar və ləqəblər” II cild

"DİLLƏR" KAFEDRASI

Fil.e.n. Şərqiyyə Nüsrət qızı Hümbətova.
B/m. Xalidə Firudin qızı Abdullayeva.
B/m. Yeganə Abdulla qızı Rəhimova.
B/m. Əsmayə Bəxtiyar qızı Əkbərova.
B/m. Ədalət Ələkbər qızı Musayeva.
B/m. Dilbər Siracəddin qızı Məmmədova.
B/m. Mətanət Vahid qızı Kərimova.
B/m.- Azadə Abdulhəmid qızı Süleymanova.
B/m. - Yaqut Vəli qızı Əliyeva.
Müəllim - Dilarə Məmmədəli qızı Kərimova.
Müəllim -
Vüsalə Fərrux qızı Həsənova.
Müəllim -  Xuraman Əli qızı Rəfiyeva.
Müəllim - Aytən Ərman qızı Qasımova.
Müəllim - Dinar Namiq qızı Rasulova.
Müəllim -  Səfurə Səlahəddin qızı Hacıyeva. 
Müəllim - Nübar Rasim qızı Məsimova.
Müəllim -   Könül Qalib qızı Allahyarova.
Müəllim -  Nərminə Zülfəli qızı Nəsrullayeva.
Müəllim -  Nəzakət Nurəddin qızı Səmədova.
Müəllim -  Kəmalə Yaşar qızı Şirinova.
Müəllim - Türkan  Möylam qızı Qədirova.
Müəllim - Mahirə Nütfəli qızı İsrafilova.
Müəllim - Məhsəti Mais qızı Əmrahova.
Müəllim - Sevinc Akif qızı Əliyeva.
Müəllim - Xalidə İsgəndər qızı Naibova.

KAFEDRADA SON İLLƏRDƏ ÇAP OLUNMUŞ DƏRSLİK, MONOQRAFİYA VƏ PROQRAMLAR

U.B,Mürşüdova – Rəşid bəy Əfəndizadə və folklor, Bakı, 2004.

U.B.Mürşüdova – Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri, Bakı, 2006
U.B.Mürşüdova – İngilis dilində dinləmə dərslərinin etapları, Bakı, 2008.
U.B.Mürşüdova – İngilis dilinin tədrisində aktiv və interaktiv təlim metodlarından istifadə qaydaları, Bakı, 2008.
Ş.N.Hümbətova – Müasir fars dilində feldən düzələn isimlər. Bakı, 2009. “Nurlan”, monoqrafiya.
Ə.Ə.Əkbərova - Fransız dili proqramı.

TƏDRİS OLUNAN ƏSAS FƏNLƏR

Kafedrada “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə aşağıdakı fənlər tətbiq olunur:
Müasir Azərbaycan dili
Fars dili
Azərbaycan dilinin üslubu və mətnin təhlili
Azərbaycan dialektologiyası
s/f. Qədim türk yazılı abidələrinin dili
Nitq mədəniyyətinin əsasları
Azərbaycan dili tarixi
Ümumi dilçilik
Azərbaycan dilindən praktikum
Dilçiliyə giriş
Azərbaycan dili
Ana dili
Ana dilinin tədrisi metodikası
s/f. Onomastika
Nitq inkişafı metodikası
s/f Şagirdlərin rabitəli nitq inkişafı
s/f. Müasir təlim metodları

KAFEDRADA “XARİCİ DİL” İXTİSASİ ÜZRƏ AŞAĞIDAKI FƏNLƏR TƏDRİS OLUNUR

İXarici dildə oxu və nitq.
İngilis dilinin praktik fonetiksı.
İngilis dilinin praktik qrammatikası.
s/f. İngilis dilinin tarixi
Nəzəri qrammatika
Nəzəri fonetika
Stilistika
s/f. Tərcümə nəzəriyyəsi
Bədii tərcümə
Fransız dilinin tarixi
Fransız dilinin qrammatikası
Fransız dilinin fontikası
Fransız dilinin tədrisi metodikası
Praktiki tərcmə
s/f. Bədii əsərlərin dili
ingilis dilinin tədrisi metodikası
Fransız dili
Rus dili
Fars dili
İngilis ədəbiyyatı
Dillər kafedrası AMİ – nin Şəki filialının direktorunun 30 oktyabr 2004 – cü il tarixli qərarı ilə təşkil edilib. Kafedranın müdiri kimi f.e.n.dos.əv. G.A.Abdullayeva təyin edilmişdir. 9 dekabr 2006-cı ildən AMİ – nin Elmi Şurasının qərarı ilə kafedraya f.e.n.dos. U.B.Mürşüdova müdir seçilmişdir. Hal – hazırda kafedraya rəhbərlik edir.  Kafedrada 3 nəfər elmlər namizədi, 9 nəfər baş müəllim, 11 nəfər müəllim işləyir. 

KAFEDRANİN ŞTAT CƏDVƏLI

Kafedranın müdiri Fil.e.n.Dos. Ulduz Bəşir qızı Mürşüdova.
Fil.e.n. Gülarə Abdurahman qızı Abdullayeva.



ÜMUMELMİ FƏNLƏR KAFEDRASI

PDFÇapEmail

Read More...




Səhifə 2 > 3-dən

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

İnsan həyatı ilə ölür, ölümü ilə yaşayır. HERAKLİT

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

Əla - 49.5%
Yaxşı - 17.2%
Qənaətbəxş - 14%
Bəyənmədim - 19.3%

Nəticə: 430
The voting for this poll has ended on: 19 Dek. 2016 - 00:00

QALEREYA

KEÇİDLƏR

 

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp