Fəxrİ lövhə

Elmlər doktoru - 4 nəfər
Fəlsəfə doktoru - 17 nəfər
Professor - 3 nəfər
Dosent - 6 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 38 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Fevral 2017 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28          

KEÇİDLƏR

Statistika

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1369
mod_vvisit_counterDünən2073
mod_vvisit_counterBu həftə6159
mod_vvisit_counterKeçən həftə16425
mod_vvisit_counterBu ay48737
mod_vvisit_counterKeçən ay63210
mod_vvisit_counterCəmi3024881

Sizin İP: 54.158.174.202
 , 
Tarix: Fev. 22, 2017

Tərcümə et

English Russian

Ali məktəblərə qəbul planı artırıldı

PDF faylını alÇapE-poçt


Növbəti tədris ili üzrə ali məktəblərə qəbul planında yeni açıqlanması nəzərdə tutulan Bakı Ali Neft Məktəbi üçün də plan yerləri ayrılıb.

Bu barədə 2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, növbəti tədris ili üçün qəbul planının layihəsi artıq Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edilib. Ölkə prezidentinin müvafiq sərəncamına uyğun olaraq, artıq qəbul planının layihəsini Təhsil Komissiyası təsdiqləyəcək.

M. Abbaszadə bu ilki qəbul planında plan yerlərinin ötən ilkinə nisbətən 9,5 faiz artdığını bildirib.

   

Növbəti Elmi Şura keçirildi

PDF faylını alÇapE-poçt

 

03 aprel 2012-ci il tarixdə AMİ-nin Şəki filialında növbəti Elmi Şura iclası keçirilmişdir. İclasda "Əlavə təhsilə metodik xidmət" və "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetlərinin, kitabxananın fəaliyyəti, "Tələbələrin buraxılış işlərini yerinə yetirmələrinin gedişi" və "Tələbələrin asudə vaxtlarının təşkili vəziyyəti" haqqında məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Elmi Şurada filial tələbələrinin və elmi konfransına hazırlığın vəziyyəti ilə əlaqədar cari məsələ də müzakirə olunmuşdur.                                                                          

   

Ali məktəblərində professor-müəllimlər yeni qaydalarla işə götürüləcək

PDF faylını alÇapE-poçt


Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə professor-müəllim vəzifələrinin tutulması üçün qaydalar hazırlayır.

Bu barədə Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda layihə formasında olan bu qaydalarda professor-müəllimlərin işə qəbulu ilə bağlı bır sıra yeniliklər nəzərdə tutulur.

Hazırda ali məktəblərdə professor-müəllimlər fakültələrin və ali məktəbin elmi şuraları tərəfindən 5 il müddətinə seçilir. Yeni qaydalarda isə göstərilir ki, professor-müəllim vəzifələrinin tutulması ilə bağlı son qərarı məktəbdə işə qəbulla bağlı yaradılmış müvafiq komissiya verəcək.

Müsabiqədən keçmiş professor-müəllimlərlə ali məktəb rəhbərliyi 4 illik müqavilə bağlayacaq. Dörd il başa çatdıqdan sonra isə həmin vəzifənin tutulması üçün yenidən elan veriləcək. Bu vəzifəni əvvəl tutmuş müəllim həmin müsabiqədə yenidən iştirak edə və uğur qazanacağı təqdirdə həmin vəzifəni tuta bilər. Bir müəllimin müsabiqədə iştirakı ilə bağlı məhdudiyyət qoyulmayıb.

Bununla yanaşı, müsabiqədən keçən professor-müəllimlə ali məktəb rəhbərliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq, müəllimlər hər ilin sonunda öz fəaliyyətləri barədə hesabat verməlidirlər. Əvvəllər 5 il müddətinə seçilmiş professor-müəllimlərin hesabatı məktəb rəhbərliyi tərəfindən yaxşı işləməyən müəllimə qarşı hər hansı tədbirin görülməsinə imkan vermirdi. Amma indi hesabatın nəticəsindən asılı olaraq, rektorun müəllimlə müqavilənin davam etdirilib-etdirilməyəcəyi ilə bağlı müvafiq qərar qəbul etmək səlahiyyəti olacaq. Müəllimin gördüyü işlərin nəticəsindən asılı olaraq, rektor onunla müqaviləni davam etdirə də, etdirməyə də bilər.

“Müqavilədə müəllimin də müəyyən şərtləri var. Yəni müəllim məktəb rəhbərliyi qarşısında tədris prosesini həyata keçirmək üçün onu lazımi avadanlıqlarla, dərs vəsaitləri ilə, elektron kitabxanaya çıxışla təmin etməyi, ona yaxşı auditoriya verməyi şərt kimi qoya bilər. Ali məktəb rəhbərinin isə şərti odur ki, müəllim keyfiyyətli dərs keçsin, tələbələrə proqramlarla müəyyənləşdirilmiş kompetensiyaları verməsi üçün məsuliyyət daşısın. Əks təqdirdə rektor müəllimlə bu müqaviləni poza bilər”, – Mustafayev əlavə edib.

O hesab edir ki, bu qaydaların hazırlanması ali təhsil sistemi üçün ən mütərəqqi yeniliklərdən biridir. Yeni qaydalar müəllimlərin məsuliyyətini də artıracaq.

Mustafayev artıq “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın hazırlanaraq tətbiq edildiyini söyləyib.

   

Təhsil nazirinin müavini: “TQDK-nın saxta hesab etdiyi diplomların hamısı qanunidir”

PDF faylını alÇapE-poçt


“Qara siyahı”ya salınan diplomları kim hansı rəngdə görür, bilmirəm, amma həmin diplomlar saxta deyil”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin Azərbaycanda 22 mindən çox saxta diplomun olması barədə açıqlamasına münasibət bildirən nazir müavini bunları deyib: “TQDK özü də bilir ki, xarici ölkələrin, başqa yerlərin universitetlərindən köçürmələr var. Əgər Türkiyədə təhsil alan adam ailə vəziyyəti və ya başqa səbəbdən Azərbaycan ali məktəbinə köçürülüb və TQDK-nın imtahanında iştirak etməyibsə, həmin şəxsin diplomunu qara rəngdə görməyi başa düşə bilmirəm. Başqa bir məsələni də demək istəyirəm, 2004-cü ilə kimi Azərbaycanda özəl ali məktəblər də tələbə qəbulu həyata keçirirdilər”.

   

Dünyada olan bütün Azərbaycan əlyazmalarının surətləri ölkəyə gətiriləcək

PDF faylını alÇapE-poçt


Xarici ölkələrdəki əlyazma kataloqlarında Azərbaycana aid 12 min əlyazma var. Amma bu, xarici ölkələrdə Azərbaycanla bağlı olan əlyazmaların çox az hissəsidir. Xarici ölkələrdəki əlyazmalar bundan qat-qat çoxdur.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanla bağlı daha çox əlyazma İran və Türkiyədədir. Amma dünyanın elə bir şərq əlyazması kitabxanası yoxdur ki, orada Azərbaycan əlyazmaları olmasın: “Əfqanıstan, Pakistan, Hindistan əlyazmalarını ümumiyyətlə, İran isə böyük hissəsini kataloqlaşdırmayıb. Belə səbəbdən biz bu əlyazmaların dəqiq sayını deyə bilmirik”.

P. Kərimov bildirib ki, Əlyazmalar İnstitutu bütün dünyada olan Azərbaycan əlyazmalarını vahid mərkəzdə toplayacaq: “Belə bir təklif Ərəb Liqası tərəfindən də edilib. Onlar ərəb əlyazmalarının surətlərini bir mərkəzdə toplayırlar. Biz də dünyada olan Azərbaycan əlyazmalarının surətlərinin ölkəyə gətirilməsi işini həyata keçirəcəyik. Artıq bununla bağlı İnstitutda ayrıca bölmə yaradılıb”.

   

Azərbaycanlı xanım Türkiyədə universitet rektoru oldu

PDF faylını alÇapE-poçt


Türkiyə prezidenti Abdulla Gül professor Aygün Attarı Giresun Universitetinin rektoru təyin edib. APA-nın məlumatına görə, soydaşımız Aygün Attar təyinatdan əvvəl həmin ali məktəbin prorektoru və fənn ədəbiyyat fakültəsinin dekanı olub, bir müddət rektor vəzifəsini icra edib.

Xatırladaq ki, Bakı Dövlət Universitetini bitirmiş soydaşımız 20 ildir Türkiyədə yaşayır. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor Aygün Attar ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.

 

http://ann.az/az/az%c9%99rbaycanli-xanim-turkiy%c9%99d%c9%99-universitet-rektoru-oldu/

   

Oxunmasına qadağa qoyulan kitablar

PDF faylını alÇapE-poçt

 

İndi dünyanın ən şedevr əsərləri kimi tanınan, artıq klassikya çevrilmiş bəzi bədii nəsr nümunələrinin bir zamanlar ən alçaldıcı ittihamlara məruz qalaraq qadağan edildiyini bilirsinizmi? Qadağan edilənlər içərisində kimlər yoxdu ki, Mark Tven, Ceyms Coys, Selincer və digərləri. Onların hansı səbəblərdən dolayı qadağan edildiyini biləndə təəccüblənəcəksiniz. Beləliklə, qadağan edilən 10 klassik bədii nəsr nümunəsini sizlərə təqdim edirik.

1. «Uliss» — Ceyms Coys

2. «Heklberi Finnin macəraları» — Mark Tven

3. «Kandid» — Volter

4. «Ecazkar, yeni dünya» — Oldos Haksli

5. «1984» — Corc Oruel

6. «Çovdarlıqda uçurumdan qoruyan» — Selincer

7. «Siçanlar və İnsanlar» — Con Steynbek

8. «Tom Dayının daxması» — Biçer Stou

9. «Milçəklərin Tanrısı» — Uilyam Qoldinq

10. «Şeytan ayələri» — Salman Rüşdi

   

Səhifə 37 > 42-dən

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Dünyanın ən böyük ideyası bir uşağın göz yaşlarına dəyməz. DOSTOYEVSKİ

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

Əla - 49.5%
Yaxşı - 17.2%
Qənaətbəxş - 14%
Bəyənmədim - 19.3%

Nəticə: 430
The voting for this poll has ended on: 19 Dek. 2016 - 00:00

QALEREYA

KEÇİDLƏR

 

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp